Məhkəmə qərarları › İş №2(037)-719/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-719/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-719/2021 15.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Tircan Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki işə 15 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon Tircan Bələdiyyəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh heyvandarlığın inkişafı üçün ayrılmış “örüş otlaq” torpaq sahəsi üzərində qeyriqanuni tikinti işləri aparmışdır. Belə ki, cavabdeh həmin ərazidə 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi inşa etdirmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin bu hərəkəti müəyyən şəxslərin də narazılığına və şikayətinə səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırması və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi barədə rəsmi müraciət edilmiş, lakin sonuncu buna məhəl qoymayaraq işini davam etdirmişdir. İddiaçıya məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. O, icarə götürdüyü torpaq sahəsində razılaşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və istifadəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən onun rəsmi müraciətinə cavab verilməmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən də onun rəsmi müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri aparmışdır. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 aprel 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 15 hektar örüş otlaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İsmayıllı rayon Tircan Bələdiyyəsinin 04 fevral 2021-ci il tarixli 06 nömrəli məktubunun surətindən görünür ki, İsmayıllı rayon Tircan Bələdiyyəsi tərəfindən 1 ay müddətində qanunsuz tikililərin sökülməsi üçün Cavabdeh rəsmi müraciət olunmuşdur. Cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 05 iyul 2021-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh icarə götürdüyü torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı 20 avqust 2021-ci il tarixli 05/1360 nömrəli müraciətinə cavab məktubunun təsdiq edilmiş surətindən görünür ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir və müvafiq sənədləri İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacağı qeyd olunmuşdur. İsmayıllı rayon Prokurorluğunun 11 oktyabr 2021-ci il tarixli 632 X-21 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına icazə verilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciətinə cavab verilməməsi ilə bağlı İsmayıllı rayon Prokurorluğuna şikayət ərizəsi daxil olmamışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2021-ci il tarixli 01/569 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə 2016-cı ildən hal-hazıradək RİH başçısı aparatında heç bir sənəd aşkar edilməmişdir. 2016-cı ilədək vətəndaşlardan daxil olan müraciətlər RİH başçısı yanında fəaliyyət göstərən Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Ekspert Komissiyasının qərarına əsasən saxlanılmalı olmayan sənədlərin məhv edilməsi akta uyğun olaraq məhv edilmişdir. 2016-cı ilədək barələrində qərar qəbul olunmuş sərəncamlar və digər sənədlər isə saxlanılmaq üçün İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin ərazidə 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi inşa etdirmişdir. İddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırması və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi barədə rəsmi müraciət edilmiş, lakin sonuncu buna məhəl qoymayaraq işini davam etdirmişdir. Cavabdeh icarə götürdüyü torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə 05 iyul 2021-ci il tarixli ərizə ilə rəsmi müraciət etmişdir. Həmin dövlət qürumu tərəfindən cavabdehin müraciətinə cavab olaraq bildirilmişdir ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir. Müvafiq sənədləri İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2021-ci il tarixli 01/569 nömrəli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, cavabdehin iddiaçıya məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə 2016-cı ildən hal-hazıradək RİH başçısı aparatında heç bir sənəd aşkar edilməmişdir. 2016-cı ilədək vətəndaşlardan daxil olan müraciətlər RİH başçısı yanında fəaliyyət göstərən Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Ekspert Komissiyasının qərarına əsasən saxlanılmalı olmayan sənədlərin məhv edilməsi akta uyğun olaraq məhv edilmişdir. 2016-cı ilədək barələrində qərar qəbul olunmuş sərəncamlar və digər sənədlər isə saxlanılmaq üçün İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. Torpaq istifadəçiləri və ya icarəçiləri otlaq sahələrindən təyinatı üzrə istifadəyə əməl etməyə borcludurlar. “Torpaq icarəsi haqqında” Qanunun 1 9 - c u m a d d ə s i n i n m ə z u m u n u n a əsasən İcarəyə verənin icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək; icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Həmin Qanunun 23-cü maddəsinin məzmununa ə s a s ə n icarəçinin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələri vardır. H ə m i n Q a n u n u n 3 0 - c u m a d d ə s i n ə ə s a s ə n t orpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbayca Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının qanunsuz tikilmiş tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsi cavabdehin icarəsindədir. Cavabdeh müvafiq dövlət orqanlarının razılığını almadan icarəyə götürdüyü torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Məhkəmə həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddiaçının tələbini qanuni, əsaslı və ədalətli hesab edir. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçıya məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddia tələbi təmin edilməlidir. Həmin qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi Cavabdeh hesabına sökülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar