Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-72/2023 22.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı̇ oğlunun Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdə olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı̇ oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan dövlət reyestrində xx.xx.2011-ci il tarixdə 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********47 -10301 reyestr nömrəsi, **********1 qeydiyyat nömrəsi ilə qeydə alınaraq verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0.0681 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin yan divarının yanında Cavabdeh (bundan sonra cavabdeh) tikinti texniki normalarına zidd olaraq qanunsuz inşa etdirdiyi və inşası davam edən tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətdə olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində İsmayıllı rayon Lahıc qəsəbəsində yerləşən 0,0681 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2010-cu ildə inşa olunmuş fərdi yaşayış evi vardır. Hər iki daşınmaz əmlaka dair vahid mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində xx.xx.2011-ci ildə **********47 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh torpaqdan istifadəyə dair heç bir hüquqi sənəd olmadan onun evinin yan tərəfində tikinti və arxitektura normalarını pozaraq əvvəl hamam və sanitar qovşağı tikmişdir. Nəticədə bir neçə ildir ki, evinin birinci mərtəbəsinin taxta döşəməsi çürüyərək yararsız hala düşmüşdür. Bununla kifayətlənməyən və tələblərinə əhəmiyyət verməyən cavabdeh evinin yan divarına demək olar ki, heç bir ara məsafəsi saxlamadan fərdi yaşayış evinin tikintisinə başlamışdır. Bu isə tikinti normalarına tamamilə zidd olmaqla həmin tərəfə açılan pəncərələrə gün düşməsinin qarşısını alır və evinin günəş şüasından məhrum olmaqla havalanmasına mənfi təsir etməklə kif göbələklərinin yaranmasına səbəb olur. Bu da insan sağlamlığına tamamilə qorxuludur. O, bu barədə qəsəbə icra nümayəndəliyinə, bələdiyyəyə şifahi olaraq müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə (bundan sonra iddiaçının nümayəndəsi) təmsil etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdeh həmçinin 051 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan və reyestr nömrəsi **********47-10301, inventar nömrəsi 407-3016/125 olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən 0.0681 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 103.7 kv/m, yardımçı sahəsi 132 kv/m olmaqla, ümumi sahəsi 235.7 kv/m olan 6 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı̇ oğluna məxsusdur. İşdə olan fotoşəkillərdən və 29 mart 2023-ci il tarixli 10/8799 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən tikililər üzrə aparılır. Tədqiq olunan ünvanda baxış keçirilən zaman iş üzrə iddiaçı tərəfin istifadəsində olan fərdi yaşayış evinin girişə nisbətdə sol yan hissəsində iş üzrə cavabdeh tərəfindən ölçüləri 2.90 m x 8.40 m olan, hündürlüyü 2.60 metr olan, 1 otaqdan ibarət yaşayış evinin inşa edildiyi müşahidə olunmuşdur. Həmçinin baxış zamanı iş üzrə cavabdeh tərəfindən inşa edilmiş 1 otaqdan ibarət yaşayış evinin dam hissəsinin iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin girişə nisbətdə sol yan divarına bitişik vəziyyətdə olduğu müşahidə olunmuşdur. İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən, iş üzrə cavabdeh tərəfindən tikilmiş yaşayış evinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********47-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində 0.0681 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 103.7 kv/m, yardımçı sahəsi 132 kv/m, ümumi sahəsi 235.7 kv/m olan 6 otaqlı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Mübahisə predmeti olan tikililərin ekspert tərəfindən aparılmış tədqiqatı nəticəsində iddiaçı tərəfin istifadəsində olan fərdi yaşayış evinin girişə nisbətdə sol yan hissəsində cavabdeh tərəfindən ölçüləri 2.90 m x 8.40 m olan, hündürlüyü 2.60 metr olan, 1 otaqdan ibarət yaşayış evinin inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş həmin 1 otaqdan ibarət yaşayış evinin dam hissəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin girişə nisbətdə sol yan divarına bitişik vəziyyətdə olduğu müşahidə olunmuş və beləliklə də İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən, cavabdeh tərəfindən tikilmiş yaşayış evinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının sözügedən tikililərin sökülməsi tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyənləşmiş ara məsafəsini gözləmədən iddiaçıya məxsus fərdi yaşayış evinin girişinə nisbətdə sol yan hissəsində fərdi yaşayı evi inşa etmiş və sonuncunun yaşayış evinin dam hissəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin girişinə nisbətdə sol yan divarına bitişik vəziyyətdə olması ekspert rəyi ilə müəyyən olunmuşdur. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Məhkəmə həmçinin ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, verilmiş ekspert rəyində cavabdeh tərəfindən yaşayış evinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinin pozulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinin tələblərinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Məhkəmə ekspert rəyini mötəbər sübut hesab edərək qeyd edir ki, cavabdeh tikililər inşa edən zaman yuxarıda qeyd olunan Qaydaların tələblərinə əsasən müvafiq orqanlara müraciət etməmiş, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə məhkəməyə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara və qanunvericilk normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililərin dam hissəsinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin girişinə nisbətdə sol yan divarına bitişik vəziyyətdə olması və tikililər arasında ara məsafəsinin gözlənilməməsi iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindən tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Qeyd olunan cavabdeh tərəfindən inşa edilmiş tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmaqla inşa edilmişdir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********47-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən İddiaçı̇ oğlunun mülkiyyətində olan 0.0681 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin yan divarının yanında Cavabdeh tərəfindən tikinti texniki normalara zidd olaraq qanunsuz inşa olunmuş və inşası davam edən tikililər sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və İddiaçı̇ oğlunun mülkiyyətində olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********47-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində yerləşən İddiaçı̇ oğlunun mülkiyyətində olan 0.0681 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin yan divarının yanında Cavabdeh tərəfindən tikinti texniki normalara zidd olaraq qanunsuz inşa olunmuş və inşası davam edən tikililər sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin və İddiaçı̇ oğlunun mülkiyyətində olan fərdi yaşayış evinə kənar təsirlərin edilməsinə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-72/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-72/2023
22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver