Məhkəmə qərarları › İş №2(037)-722/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-722/2022

17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-722/2022 17.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 17 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X5, anasının X6 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1973cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. X1 və X3r. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək ailəsi ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmiş və orada məskunlaşmışlar. İsmayıllı rayonun Ruşan kənd sakini X22 ailə qurmuş və birgə nikahlarından üç uşaqları olmuşdur. 08 fevral 2017-ci il tarixdə Musa Musayevlə aralarında olan nikah pozulmuş və o, valideynlərinin yanına Soltankənd kəndinə qayıdaraq orada yaşamışdır. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə Qalagah kəndi ərazisində torpaq sahəsi verilmişdir. X29 14 dekabr 2001-ci il, atası Kamil Abbasov 09 iyun 2009-cu il tarixdə vəfat etmişlər. Valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. Lakin Ermənistan Respublikasını tərk edən zaman bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi də orada qalmışdır. Ermənistan Respublikası ilə əlaqələr olmadığına görə doğum haqda akt qeydini bərpa etmək mümkün deyildir. Yenidən doğum şəhadətnaməsi verilməsi üçün onun doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Bu faktın müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X17 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, o, 18 yanvar 1957-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Ərizəçi onun balaca bacısıdır. Bacısı olan ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Onların doğum haqqında şəhadətnamələri olmuşdur. X1 və X3r. Məlum hadisələrdən sonra Ermənistan Respublikasından qaçqın düşərək ailələri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gələrək orada məskunlaşmışlar. Anası 14 dekabr 2001-ci il, atası isə 09 iyun 2009-cu il tarixdə vəfat etmişlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından valideynlərindən qalan miras əmlakı adlarına rəsmiləşdirə bilmirlər. O, ərizəçinin xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq edir. X2 və X18 X4 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq etdilər. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayır. İ-3Ж 006506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 yanvar 1957-ci il tarixdə Basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuş, atası X5, anası isə X3r. İ-3Ж ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 dekabr 1966-cı il tarixdə Basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuş, atası X5, anası isə X3r. İİ-СЛ 268085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 15 oktyabr 1977-ci il tarixdə Vardenis rayonunda anadan olmuş, atası X5, anası isə X3r. İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 932658 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 16 oktyabr 2006-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, onun atası X22, anası isə X8r. İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 264446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 29 dekabr 2008-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, onun atası X22, anası isə X8r. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 041420 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 128 may 2010-cu il tarixdə İsmayıllı rayonun Ruşan kəndində anadan olmuş, onun atası X22, anası isə X8r. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 252922 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X14 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 08-ci günündə 08 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Abbasova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 362187 nömrəli 10 iyun 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 iyun 2009-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin iyun ayının 16-cı günündə 25 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 243478 nömrəli 03 mart 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin 12-ci ayının 16-cı günündə 25 nömrə ilə qeyd edilmişdir. İsmayıllı rayon İHB-nən Ruşan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli 125 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Ruşan kəndində qeydiyyatdadır. İsmayıllı rayon İHB-nən Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli 75 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində yaşayır, lakin həmin kənddə qeydiyyatda deyil. JN-213 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarı ilə X5, X6, X11, X7, Ərizəçi və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qalagah kəndi ərazisindən 6,9 hektar torpaq sahəsi verilmişdir. Maraqlı şəxs 20 aprel 2022-ci il tarixli 05 / Q-222 nömrəli məktubundan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. Ərizəçinin 18 yanvar 1957-ci il tarixdə Basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuş X11, 08 dekabr 1966-cı il tarixdə Basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuş X7 adlı iki bacısı və 15 oktyabr 1977-ci il tarixdə Vardenis rayonunda anadan olmuş X13 adlı bir qardaşı doğulmuşdur. Bacılarının və qardaşının doğum haqqında şəhadətnamələri vardır və həmin şəhadətnamələr əsasında şəxsiyyət vəsiqəsi almışlar. Ərizəçiyə də İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 15 aprel 2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş doğum akt qeydi Ermənistan Respublikasında aparılmış və arxiv sənədləri orada qalmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi doğum haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərzəçinin doğumu haqqında hər hansı məlumat olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olduğunu təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi, ərizəçinin xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulması, atasının X5, anasının X6 olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer Ermənistan Respublikası Vardenis rayonu, doğulduğu tarix xx xxxx 1973-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Ruşan kəndi, atası X5, anası X6 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar