Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-722/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı Rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, 17 aprel 2017-ci il tarixdə vəfat etmiş anası X1 DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 16 yanvar 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayonu Quşencə kəndində yerləşən 0,37 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə məhkəmə prosesinin gedişində ərizəçi ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ərizəçi ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçih tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İsmayıllı Rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-722/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-722/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver