Məhkəmə qərarları › İş №2(037)-73/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-73/2023

30.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-73/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə 2(037)- 48/2023 nömrəli və iddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun Cavabdeh qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbi barədə 2(037)-73/2023 nömrəli mülki işin materiallarını 30 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: 2(037)-48/2023 nömrəli mülki iş üzrə iddiaçı Cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş X4, 27 avqust 2008-ci ildə vəfat etmiş X1 İsmayıllı rayon Qıçatan kəndində yerləşən "Torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsində 1953-cü ildə inşa edilmiş bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evi və "Torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 mömrəli Dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul ediməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququ haqqında şahadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-73/2023 nömrəli mülki iş üzrə iddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək 2008-ci ildə vəfat etmiş atası X2 miras qalan, İsmayıllı rayonu Qıçatan kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin atasından miras qalan hissəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə və iddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun Cavabdeh qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni əmlak mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə 2(037)- 48/2023 nömrəli və iddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun Cavabdeh qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbi barədə 2(037)-73/2023 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-48/2023 nömrəsi verilsin. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar