Məhkəmə qərarları › İş №2(037)-742/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-742/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-742/2021 17.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış, İsmayıllı rayonu, Basqal kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən 1918-ci ildə inşa edilmiş bir mərtəbəli, bir otaqlı yaşayış evindən ibarət miras əmlakını qanunla qəbul edilməsi üçün müəyyən edilmiş müddət ərzində qəbul etməməyini üzürlü sayaraq, mirasın qəbul edilməsi vaxtının uzadılması haqqında qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, göstərdi ki, ona anasından miras ev və torpaq sahəsi qalmışdır, o həmin miras əmlakı başqa bir qadına satmışdır. Evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur və həmin sənədləri satdığı şəxs almalıdır. Ona görə iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi, sözügedən tələbə aid hüquqda mübahisə olmadığından, həmin tələb ərizə formasında, yəni xüsusi icraat qaydasında verilməli olduğu halda iddia ərizəsi formasında, yəni iddia icraatı qaydasında verilmiş, eyni zamanda mirasın kütləsinə daxil olan əmlaka (fərdi yaşayış evinə) dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün iddiaçiya növbəti məhkəmə baxışınadək vaxt verilmiş, lakin iddiaçı həmin müddət ərzində sözügedən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş, tələbdə əks edilmiş cavabdehlərin məsuliyyət həddi (hər bir cavabdehə qarşı yönələn tələb) əks edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar