Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-75/2025 03.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə 03 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun Cavabdeh ilə 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC ilə bağlanmış 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən menecer vəzifəsində işə başlamışdır. Həmin müəssisənin rəhbəri X3 01 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Şirkət həmin vaxtdan fəaliyyətini dayandırmışdır. Lakin o, həmin müəssisədə aktiv işçi kimi qeydiyyatdadır. Bu səbəbdən nə yeni işə düzələ bilmir, nə də işsiz kimi qeydiyyata alına bilmir. O, əmək müqaviləsinə xitam verilməsi tələbi ilə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sessiyasına müraciət etmişdir. Lakin cavabdeh "xxxx" sessiyada iştirak etməmişdir. 26 oktyabr 2024-cü il tarixli arayış təqdim edilmişdir. O, yaranmış problemlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi X2 səlahiyyətləri xaricindədir. Ona görə də, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun Cavabdeh ilə 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəiyini bildirərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumlarının dövlət reyestri haqqında çıxarışın surətindən görünür ki, Cavabdeh (VÖEN **********) 12 iyun 2019-cu il tarixdən dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X1r. 05 dekabr 2019-cu il tarixli, AZ-İİ №055648 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 01 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin sorğuya cavab məktubundan görünür ki, məlumat bazasına əsasən məktubda adı qeyd olunan Cavabdeh (VÖEN **********) 12 iyun 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, hal-hazırki fəaliyyəti aktivdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı məktubda qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hyesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Bakı 14 saylı Mediasiya Təşkilatının 26 oktyabr 2024-cü il tarixli, MŞB/14/2024- 00601 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı 26 oktyabr 2024-cü il tarixində, saat 13:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh (VÖEN **********) 12 iyun 2019-cu il tarixdən dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X1r. X3 01 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi sorğuya cavab məktubunda qeyd edir ki, məlumat bazasına əsasən məktubda adı qeyd olunan Cavabdeh (VÖEN **********) 12 iyun 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, halhazırki fəaliyyəti aktivdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı məktubda qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hyesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 74.1-1-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, fiziki şəxs olan işəgötürən X3 01 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hyesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ilə 01 iyul 2019-cu il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ üçüncü şəxs X4 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə 01 iyul 2019-cu il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ üçüncü şəxs X4 Xidmətinə həvalə edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-75/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-75/2025
03.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver