Məhkəmə qərarları › İş №2(037)-755/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-755/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-755/2021 30.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonar ərizəçi) məhkəməyə müraciət edərək 12 mart 1994-cü il tarixdə vəfat etmiş X1ndan və 31 dekabr 1994-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən 0,07 hektar torpaq sahəsinin və ümumi sahəsi 72 kv.metr olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq tam şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxx 1956-cı il tarixdə İsmayıllı rayonu Pirəbilqasım kəndində anadan olmuşdur. X1 12 mart 1994-cü il tarixdə, anası X11 isə 31 dekabr 1994-cü il tarixdə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra o, İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən torpaq sahəsini və yaşayış evini öz faktiki sahibliyinə qəbul etmişdir. Həmin vaxtdan indiyədək valideynlərindən miras qalan İsmayıllı rayonu Pirəbilqasım kəndində 0,07 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında onun 1925-ci il təvəllüdlü mərhum atası Əvəz Ədilovun 0,07 hektar torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin üzərində 72 kv.metr sahəsi olan evin yerləşdiyi, evin tikili tarixinin qeyd olunmadığı və valideynləri 1994-cü ildə vəfat etdikləri üçün adlarının üzərindən xətt çəkildiyi qeyd edilmişdir. X2, bacıları X16, X14, X6 və X10 valideynlərindən miras qalmış əmlaklardan onlara çatan vərəsəlik payını qəbul etmədiklərini, qəbul etməyəcəklərini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiklərini, idarəçilik etməyə başlamadıqlarını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətlərinin olmadığını, onların vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduqlarını və öz vərəsəlik hüquqularını rəsmiləşdirmək istəmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişlər. Qeyd olunan fərdi yaşayış evi ilə bağlı bütün kommunal və məcburi ödənişlər, o cümlədən, torpaq sahəsi ilə bağlı ödənişlər onun tərəfindən həyata keçirilmişdir. 12 mart 1994-cü il tarixdə vəfat etmiş X1ndan və 31 dekabr 1994-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən 0,07 hektar torpaq sahəsinin və ümumi sahəsi 72 kv.metr olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq tam şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Əri valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən torpaq sahəsini və yaşayış evini öz faktiki sahibliyinə qəbul edərək həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin fərdi yaşayış evi ilə bağlı bütün kommunal və məcburi ödənişlər, o cümlədən, torpaq sahəsi ilə bağlı ödənişlər əri tərəfindən həyata keçirilmişdir. Qeyd olunan miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq edir. Şahid qismində dindirilmiş X18 və X19 X4 ilə eyni məzmunlu ifadə verərək Əvəz Ədilov və Əminə Ədilovadan miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdilər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 30 aprel 1956-cı il tarixli 127878 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur, X1, anası isə X7r. 14 mart 1994-cü il tarixli 454936 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 12 mart 1994-cü ildə vəfat etmişdir. 02 yanvar 1995-ci il tarixli 454940 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 31 dekabr 1994-cü ildə vəfat etmişdir. İsmayıllı rayon Dövlət Arxivinin 14 sentyabr 2020-ci il tarixli 144 nömrəli arxiv arayışının surətindən görünür ki, Keyvəndi kənd İƏD üzrə nümayəndəliyinin Pirəbilqasım kəndi üzrə 1990-1995-ci illərin təsərrüfatbaşına kitabında mərhum X8 ailə başçısı olmaqla istifadəsində olan torpaq sahəsi və yaşayış evi haqqında qeydlərlə bağlı onun 1925-ci il təvəllüdlü olduğu, torpaq sahəsinin 0,07 hektar olduğu, evin tikili tarixi qeyd olunmadığı, sahəsinin 72 kv.metr təşkil etdiyi, o və arvadı 1994-cü ildə vəfat etdikləri üçün adlarının üzərindən xətt çəkildiyi və təsərrüfatının bağlanması qeyd edilmişdir. 05 noyabr 2020-ci il tarixli **********600 nömrəli və **********601 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X6 atası X12 və anası X3 miras qalmış əmlaklardan ona çatan vərəsəlik payını qəbul etmədiyini, qəbul etməyəcəyini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiyini, idarəçilik etməyə başlamadığını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətinin olmadığını, o, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduğunu və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiyini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişdir. 26 noyabr 2021-ci il tarixli **********288 nömrəli və 01 iyul 2021-ci il tarixli **********866 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X10 atası X12 və anası X3 miras qalmış əmlaklardan ona çatan vərəsəlik payını qəbul etmədiyini, qəbul etməyəcəyini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiyini, idarəçilik etməyə başlamadığını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətinin olmadığını, o, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduğunu və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiyini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişdir. 22 fevral 2021-ci il tarixli **********237 nömrəli və 02 iyul 2021-ci il tarixli **********570 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X21 atası X12 və anası X3 miras qalmış əmlaklardan ona çatan vərəsəlik payını qəbul etmədiyini, qəbul etməyəcəyini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiyini, idarəçilik etməyə başlamadığını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətinin olmadığını, o, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduğunu və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiyini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişdir. 24 may 2021-ci il tarixli **********659 nömrəli və 02 iyul 2921-ci il tarixli **********577 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X15 (X9 əvəzinə) atası X12 və anası X3 miras qalmış əmlaklardan ona çatan vərəsəlik payını qəbul etmədiyini, qəbul etməyəcəyini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiyini, idarəçilik etməyə başlamadığını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətinin olmadığını, o, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduğunu və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiyini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişdir. 26 may 2021-ci il tarixli **********920 nömrəli və 02 iyul 2021-ci il tarixli **********580 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X16 atası X12 və anası X3 miras qalmış əmlaklardan ona çatan vərəsəlik payını qəbul etmədiyini, qəbul etməyəcəyini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiyini, idarəçilik etməyə başlamadığını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətinin olmadığını, o, vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduğunu və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmədiyini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 139.1 və 139.3-cü maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. 178,1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli ev dövlət reyestrində miras qoyanın adına qeydiyyata alınmamışdır ki, bu hal da həmin əmlakın miras kütləsinə daxil olmasını istisna edir. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Normada qeyd olunan əmlak hüquqları (miras aktivi) anlayışı dövlət reyestrində qeydiyyata alınan əmlak hüquqları ilə məhdudlaşmamalıdır.Əmlak hüquqları anlayışı geniş təsfir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında deyilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən 0,07 hektar torpaq sahəsi və fərdi yaşayış evi Əvəz Ədilov və Əminə Ədilovaya məxsus olmuş və onlar qanuni əsaslarla həmin evdə yaşamışlar. Həmin evə dair Əvəz Ədilovun adına müvafiq icra hakimiyyəti orqanı tərəfindən arxiv arayışı tərtib edilmişdir. Həmin arxiv arayışında ərizəçinin 1925-ci il təvəllüdlü mərhum atası Əvəz Ədilovun 0,07 hektar torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin üzərində 72 kv.metr sahəsi olan evin yerləşdiyi, evin tikili tarixinin qeyd olunmadığı və valideynləri 1994-cü ildə vəfat etdikləri üçün adlarının üzərindən xətt çəkildiyi qeyd edilmişdir. Mərhumların həmin torpaq sahəsi və fərdi yaşayış evini öz mülkiyyətlərinə keçirmək üçün qanuni gözləntiləri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3-cü bəndində kəndlərdə, o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Daşınmaz Əmlakın dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.8-ci bəndinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Göründüyü kimi, analoji evlərin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir. Şəxsin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Ona görə belə hüquqlar miras aktivinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, mərhum Əvəz Ədilov və Əminə Ədilova 1994-cü ildə vəfat etmişlər. İsmayıllı rayonu Pirəbilqasım kəndində 0,07 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum Əvəz Ədilov və Əminə Ədilovadan miras qalmışdır. Ərizəçi qardaşı Mütalib Ədilov, bacıları Zivər Müslümova, Aybəniz Sadıqova, Zenfira Abdullayeva və Elmira Süleymanova valideynlərindən miras qalmış əmlaklardan onlara çatan vərəsəlik payını qəbul etmədiklərini, qəbul etməyəcəklərini, miras əmlaka sahiblik etmədiyini, miras əmlakın idarəçiliyində iştirak etmədiklərini, idarəçilik etməyə başlamadıqlarını, mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması və ya bərpa etmək üçün və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etmək niyyətlərinin olmadığını, onların vərəsələr sırasına daxil edilmədən vərəsəliyin rəsmiləşdirilməsinə razı olduqlarını və öz vərəsəlik hüquqularını rəsmiləşdirmək istəmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi mərhum Əvəz Ədilov və Əminə Ədilova vəfat etdikdən sonra miras evdə yaşamış, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1994-cü ildə vəfat etmiş X5 və X3 miras qalmış İsmayıllı rayonu Pirəbilqasım kəndində yerləşən 0,07 hektar torpaq sahəsinin və ümumi sahəsi 72 kv.metr olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki olaraq tam şəkildə qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar