Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-772/2020 19.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İmamverdı̇yeva Bı̇rcə Mürsal qızının cavabdehlər Cavabdeh1 Cabı̇r qızı və Cavabdeh2 qarşı borc pul və zərər tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İmamverdı̇yeva Bı̇rcə Mürsal qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Cabı̇r qızı (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) pensiyasından tutulan məbləğin ödənilməmiş qalan 300 manat, xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 saylı yeni kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2674,80 manat, xx xxxxx 2016-cı il tarixli 2(037)-767/2016 saylı məhkəmə əmrinə əsasən nəzərdə tutulmuş 20 manat dövlət rüsumu və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3024,80 manat əsas qalıq borc və vurulan zərər məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlər onun yaxın qohumlarıdır. 2015-ci ilin mart ayının əvvələrində Cavabdeh1 özü və oğlu Cavabdeh2 üçün onun adına kredit götürüb verməsini xahiş etmişdir. Cavabdehlər kreditin əsas, faiz və digər xərclərini tam şəkildə ödəyəcəklərinə söz vermişlər. O, cavabdehlərə inanaraq xx xxxx 2015-ci il tarixdə öz adına “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2759 ABŞ dolları məbləğində kredit götürərək cavabdehlərə vermişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri şifahi öhdəlikləri icra etməmiş və nəticədə bank ona qarşı məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli məhkəmə əmrinə əsasən ondan 3479,58 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmənin icra sənədinə və İcra şöbəsinin məktubuna əsasən xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2019cu il tarixədək onun pensiyasından 2998 manat tutularaq “xxxxxxxxx” ASC-nin İsmayıllı filialının hesabına ödənilmişdir. Cavabdehlər onun pensiyasından tutulan məbləğin əsas hissəsini ona nağd ödəmiş, 300 manat isə qalmışdır. Prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq pensiyasından tutulmalar dayandırılmış və bank ödənilməmiş qalan 2699,80 manat məbləğini illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi barədə onunla xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 saylı yeni kredit müqaviləsi bağlamışdır. Bundan sonra cavabdehlər hər ay üçün 2,25 manat 11 aylıq faiz hissəsini ödəmiş, 2674,80 manat isə borc qalmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq nəticəsi olmamışdır. Cavabdehlərdən pensiyasından tutulan məbləğin ödənilməmiş qalan 300 manat, xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 saylı yeni kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2674,80 manat, xx xxxxx 2016-cı il tarixli 2(037)-767/2016 saylı məhkəmə əmrinə əsasən nəzərdə tutulmuş 20 manat dövlət rüsumu və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3024,80 manat əsas qalıq borc və vurulan zərər məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Birinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə birinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun xalasıdır. O və anası pula ehtiyacları olduğundan kredit götürmək üçün iddiaçıya müraciət etmiş və “xxxxxxxxx” ASC-dən iddiaçının adına 2759 ABŞ dolları məbləğində kredit götürmüşlər. İddiaçının pensiyasından 1000 manat pul tutulmuş və həmin məbləğin 800 manatını anası iddiaçıya ödəmiş, 200 manat isə borcları qalmışdır. İddiaçının krediti Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və bankla yeni müqavilə bağlanılaraq 2699,80 manat kredit borcunu illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən kredit borcunu hər ayın 13-ü tarixindən gec olmayaraq ödəyir. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(037)-767/2016 nömrəli məhkəmə əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 3479,58 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq 2699,80 manat kredit borcunun illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsinə dair yeni kredit müqaviləsi bağlanmışdır. Dövlət X1 İsmayıllı rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək İddiaçı pensiyasından 2998,04 tutularaq “xxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialına köçürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxx” ASC-dən 2759 ABŞ dolları məbləğində kredit götürmüşdür. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(037)-767/2016 nömrəli məhkəmə əmrinə əsasən iddiaçıdan 3479,58 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuş, məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmənin icra sənədinə və İcra şöbəsinin məktubuna əsasən xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək iddiaçının pensiyasından 2998 manat tutularaq “xxxxxxxxx” ASC-nin İsmayıllı filialının hesabına ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq iddiaçının pensiyasından tutulmalar dayandırılmış və iddiaçı ilə 2699,80 manat məbləğin illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 saylı yeni kredit müqaviləsi bağlanmışdır. İkinci cavabdeh iddiaçının iddia tələbini əsassız hesab etdiyini, həmin kredit borcunu güzəştli şərtlərlə hissə-hissə ödəyəcəyini bildirir. Birinci cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. İddiaçı öz adına kredit götürüb cavabdehlərə verdiyini bildirsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İmamverdı̇yeva Bı̇rcə Mürsal qızının cavabdehlər Cavabdeh1 Cabı̇r qızı və Cavabdeh2 qarşı pensiyasından tutulan məbləğin ödənilməmiş qalan 300 manat, xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-102435 saylı yeni kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2674,80 manat, xx xxxxx 2016-cı il tarixli 2(037)-767/2016 saylı məhkəmə əmrinə əsasən nəzərdə tutulmuş 20 manat dövlət rüsumu və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3024,80 manat əsas qalıq borc və vurulan zərər məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-772/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-772/2020
19.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver