Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-803/2024 24.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə 24 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən onun və ailə üzvləri arvadı X4,qızı X2 və oğlu X1 ümumi birgə mülkiyyətlərində olan 0.15 hektar həyətyanı torpaq sahəsindən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən onun və ailə üzvləri arvadı X4,qızı X2 və oğlu X1 ümumi birgə mülkiyyətlərində olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum oğlu X1 payına düşən hissələrdən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda,məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər,yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Ərizəçi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən ərizəçinin vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-803/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-803/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver