Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-808/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən 2 mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması və qeyriyaşayış sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (bundan sonra iddiaçı) iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 saylı qərarı ilə JN-0007 KOD 40701004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mağaza binası tikilməsi üçün 0.02 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2008-ci il tarixli 142 saylı sərəncamı ilə “Planet” adlanan ümumi sahəsi 640 kv.metr olan sahibkarlıq obyektinin inşa edilməsinə razılıq verilmişdir. Onun tərəfindən inşa edilmiş mağaza binası tikintisi başa çatmış obyektin istifadəyə verilməsi haqqında qəbul komissiyasının 14 dekabr 2009-cu il tarixli aktı ilə təyinatına uyğun istifadəyə yararlı hesab edilmişdir. Sahibkarlıq obyekti bir müddət təyinatı üzrə fəaliyyət göstərmişdir. Bakı şəhər sakini Səhrab Əbilova ona məxsus əmlakı idarə etmək və üzərində sərəncam vermək barədə İsmayıllı rayon Dövlət Notariat Kontorunda reyestrdə 7E-4/1346 nömrə ilə qeydə alınmış 17 may 2011-ci il tarixli AR-İ№098384 nömrəli ümumi etibarnamə vermişdir. 20 iyul 2012-ci il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontoruna müraciət edərək Bakı şəhər sakini Səhrab Əbilova verdiyi ümumi etibarnaməni ləğv etdirmişdir. Həmin obyektdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq istifadə edirlər. Cavabdehlərlə görüşərək mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxmalarını təklif etsə də sonuncular Səhrab Əbilovla aralarında olan icarə müqaviləsinin 2024-cü ilədək qüvvədə olmasını əsas gətirərək qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişlər. Hal-hazırda cavabdehlərlə heç bir icarə müqaviləsi mövcud deyil, mövcud olsa belə Səhrab Əbilova verdiyi ümumi etibarnamə 2012-ci ildə ləğv olunduğundan bağlanmış müqavilə etibarsız sayılmalıdır. Səhrab Əbilov ölkə ərazisini 2019-cu ildə tərk edərək Rusiya Federasiyasına getsə də cavabdehlər Səhrab Əbilovla aralarında icarə müqaviləsinin 2021-ci ilin yanvar ayında bağlandığını iddia edirlər. Cavabdehlər qanunsuz olaraq qeyri-yaşayış sahəsindən istifadə edirlər. Qeyri-yaşayış sahəsi onun mülkiyyətində olmasına baxmayaraq ötən vaxt ərzində əmlakından istifadə edə bilməmişdir. O, İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən 2 mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 (bundan sonra birinci cavabdeh) iştirak etdiyi məhkəmə prosessində iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli “Planet” market adlanan qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında istifadə edir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla Səhrab Əbilov arasında 01.02.2021-ci il tarixdən 01.02.2024-cü il tarixədək üç il müddətinə illik icarə haqqı 1200 manat olmaqla, icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanan vaxt X9 Federasiyasında olduğundan həmin müqavilə Səhrab Əbilovun adından oğlu tərəfindən imza edilmişdir. Səhrab Əbilov icarə müqaviləsini öz adından imza etmək üçün oğluna etibarnamə vermişdir və həmin etibarnaməni hazırda məhkəməyə təqdim edə bilmir. Qeyri-yaşayış sahəsindən istifadə etməsinə görə vaxtıvaxtında dövlətə vergi ödəmişdir. Bundan əlavə qeyri-yaşayış sahəsindən istifadəyə dair hər il onun tərəfindən Dövlət Sosial Müdafiə Fonduna pul ödənilmişdir. Hal-hazırda istifadəsində olan qeyri-yaşayış sahəsində istifadə etdiyi ərzaq məhsulları və digər istifadə olunan mallar vardır. Hesab edir ki, istifadəsində olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin müddəti bitmədiyindən, onun həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməsi qanunsuzdur. O, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) iştirak etdiyi məhkəmə prosessində iddia tələbini qəbul etmədiyini bildirdi və birinci cavabdehin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını, cavabdehlərin iddia tələbinə münasibətlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 15 iyul 2004-cü il tarixli JN-0007 KOD 40701004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 saylı qərarı ilə İsmayıllı şəhər ərazisindən tikinti materialları mağazası tikmək üçün 0.02 hektar torpaq sahəsi İddiaçı mülkiyətinə verilmişdir. İsmayıllı RİHB-nın 02 oktyabr 2008-ci il tarixli 142 nömrəli Sərəncamından görünür ki, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən Talıstan kənd sakini İddiaçı İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən 2 mərtəbəli, mansard tipli, zirzəmili, ümumi sahəsi 640.0 kv.metr olan mağaza binasının tikintisinə icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istifadəyə verilməsi haqqında qəbul komissiyasının 14 dekabr 2009-cu il tarixli Aktından görünür ki, İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində X2 tərəfindən inşa edilmiş ümumi sahəsi 640 kv.metr olan 2 mərtəbəli, mansard tipli mağaza binasının tikintisinə 02 oktyabr 2008-ci il tarixdən başlanılmış və 14 dekabr 2009cu il tarixdə başa çatmış, həmin qeyri-yaşayış binası tikinti norma və qaydalara uyğun hesab edildiyindən təyinatına uyğun istifadəyə yararlı hesab edilmişdir. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş reyestrdə 7E-4/1346 nömrə ilə qeydə alınmış 17 may 2011-ci il tarixli AR-İ№098384 nömrəli etibarnamədən görünür ki, İsmayıllı rayon Talıstan kənd sakini İddiaçı tərəfindən Bakı şəhər sakini X4 ona məxsus əmlakı idarə etmək və üzərində sərəncam vermək barədə ümumi etibarnamə verilmişdir. İsmayıllı rayon Notariat Kontorunda reyestrdə 7-E-3/2362 nömrə ilə qeyd alınmış 20 iyul 2012-ci il tarixli ərizədən görünür ki, İsmayıllı rayon Talıstan kənd sakini Əbilov X1 rayon Notariat Kontorunda reyestrdə 7-E-3/2362 nömrə ilə qeydə alınmış 20 iyul 2012-ci il tarixli ərizə yazaraq 17.05.2011-ci il tarixdə İsmayıllı rayon Notariat Kontorunda onun tərəfindən Bakı şəhər sakini X4 verilmiş reyestrdə 7E-4/1346 nömrə ilə qeydə alınmış AR- İ№098384 nömrəli ümumi etibarnamənin ləğv etməyi xahiş etmişdir. 01 fevral 2021-ci il tarixli təsdiq edilməmiş icarə müqaviləsinin surətindən görünür ki, 01 fevral 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixdək üç il müddətinə illik icarə haqqı 1200 manat olmaqla 100 kv.metrlik “Çay Evi” binası X7 tərəfindən Cavabdeh1 icarəyə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 saylı qərarı ilə JN-0007 KOD 40701004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən tikinti materialları mağazası tikmək üçün 0.02 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.İsmayıllı RİHB-nın 02 oktyabr 2008-ci il tarixli 142 nömrəli Sərəncamı ilə İddiaçı İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində ümumi sahəsi 640.0 kv.metr olan mağaza binasının tikintisinə icazə verilmişdir. Taqid Ədilov tərəfindən inşa edilmiş mağaza binası tikintisi başa çatmış obyektin istifadəyə verilməsi haqqında qəbul komissiyasının 14 dekabr 2009-cu il tarixli aktı ilə təyinatına uyğun istifadəyə yararlı hesab edilmişdir. İddiaçı tərəfindən Bakı şəhər sakini X6 rayon Dövlət Notariat Kontorunda reyestrdə 7E-4/1346 nömrə ilə qeydə alınmış 17 may 2011-ci il tarixli AR-İ№098384 nömrəli ümumi etibarnamə verilmişdir. İsmayıllı rayon Notariat Kontorunda reyestrdə 7-E- 3/2362 nömrə ilə qeyd alınmış 20 iyul 2012-ci il tarixli ərizə əsasında İddiaçı tərəfindən Səhrab Əbilova verilmiş 17.05.2011-ci il tarixli İsmayıllı rayon Notariat Kontorunda reyestrdə 7E-4/1346 nömrə ilə qeydə alınmış AR-İ№098384 nömrəli ümumi etibarnamə ləğv edilmişdir. Səhrab Əbilov ona verilmiş ümumi etibarnamə 2012-ci ildə ləğv edilməsinə baxmayaraq 01 fevral 2021-ci il tarixdə təsdiq edilməmiş əmlakın icarə müqaviləsi ilə üç il müddətinə illik icarə haqqı 1200 manat olmaqla 100 kv.metrlik “Çay Evi” binasını Cavabdeh1 icarəyə vermişdir. İddiaçı İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən 2 mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Birinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli “Planet” market adlanan qeyriyaşayış sahəsinə dair Səhrab Əbilovla aralarında 01.02.2021-ci il tarixdən 01.02.2024-cü il tarixədək üç illik icarə müqaviləsi olduğunu, qeyri-yaşayış sahəsindən istifadə etməsinə görə vaxtı-vaxtında dövlətə vergi ödədiyini, bundan əlavə qeyri-yaşayış sahəsindən istifadəyə dair hər il Dövlət Sosial Müdafiə Fonduna pul ödədiyini bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İkinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırkı iddianın predmetinə aid olan İsmayıllı şəhəri, Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binası qanuni əsaslarla iddiaçıya məxsusdur. Taqid Ədilov tərəfindən qeyri-yaşayış sahəsinin idarə edilməsinə dair Səhrab Ədilova verilmiş etibarnamə 20.07.2012-ci il tarixdə ləğv olunmuşdur. Cavabdeh1 qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Səhrab Ədilov aralarında 01.02.2021-ci il tarixdə icarə müqaviləsi bağlandığını, həmin icarə müqaviləsinin Səhrab Ədilovun adından oğlu tərəfindən imza edildiyini və icarə müqaviləsinin imza edilməsi üçün Səhrab Ədilov tərəfindən oğluna etibarnamə verildiyini bildirsə də həmin etibarnamə məhkəməyə təqdim olunmamışdır Səhrab Ədilov qeyri-yaşayış sahəsinə dair heç bir hüququ olmadığı halda notarial qaydada təsdiq edilməmiş 01 fevral 2021-ci il tarixli icarə müqaviləsi əsasında Taqid Ədilova məxsus qeyri-yaşayış sahəsini üç il müddətinə 01.02.2021-ci il tarixdən 01.02.2024-cü il tarixədək illik 1200 manata Cavabdeh1 icarəyə vermişdir. 01 fevral 2021ci il tarixdə X8 Məlikova arasında bağlanmış və Səhrab Ədilov tərəfindən deyil, oğlu tərəfindən imzalanmış icarə müqaviləsi notarial qaydada təsdiq olunmamışdır və Səhrab Ədilovun öz adından icarə müqaviləsini oğlu tərəfindən imza edilməyə səlahiyyət verən etibarnamə təqdim olunmamışdır. Belə bir etibarnamə olsa belə Taqid Ədilov tərəfindən Səhrab Ədilova verilmiş etibarnamə ləğv olunduğundan, etibar edilmişi başqasına etibar etmə də qüvvədən düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıllı şəhəri Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından çıxarılmalı və qeyri-yaşayış binası İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Umudov X3 şəhəri Qələbə küçəsinin qərbində yerləşən iki mərtəbəli, “Planet” market adlanan qeyri-yaşayış binasından çıxarılsınlar və “Planet” market adlanan qeyri-yaşayış binası İddiaçı təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-808/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-808/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver