Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-810/2022 21.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə 21 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon İsmayıllı kəndi ünvanında yerləşən RX seriyalı ******* nömrəli Çıxarış və AN №106123 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətlərində olan 0.3710 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumu məbləğinin geri qaytarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,məhkəməyə gəlməməsinin səbəblərini bildirməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçı və cavabdehin ərizələrini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-810/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-810/2022
21.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver