Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-817/2020 29.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı X1 cavabdeh Laçın rayon Pirdinar kənd tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx xxxxxxxx 2020ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X2 iddia ərizəsi ilə müraciət edərək Laçın rayon Təhsil Şöbəsinin 63/5 nömrəli xx.xx.2016-cı il tarixli əmri ləğv edilməklə onun İsmayıllı rayonunda yerləşən Laçın rayonu Pirdinar kənd tam orta məktəbinə müəllim vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti ərzində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hər ay üçün 2020-ci il tarixdə orta əmək haqqı olan 744,5 manatın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdıraraq hesb edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi İsmayıllı rayonunda yerləşən Laçın rayon Pirdinar kənd orta məktəbini göstərsə də, Laçın rayon Təhsil Şöbəsinin 63/5 nömrəli xx.xx.2016-cı il tarixli əmrinin ləğv olunması və digər tələblərlə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Laçın rayon Təhsil Şöbəsi İsmayıllı rayon ərazisində deyil, Ağcabədi rayonu (Laçın) Taxta-körpü qəsəbəsi H.Əliyev prospekti 5 ünvanında yerləşir. İddia ərizəsinə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı özü də Laçın rayonun Qarakeçdi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi iş üzrə iddiaçı Laçın rayonunda qeydiyyatdadır. Cavabdeh təşkilat isə Ağcabədi rayonu ərazisində yerləşir. Ona görə də iddiaçının hazırkı tələbi üzrə işə İsmayıllı rayon Məhkəməsində baxılması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması ərazi aidiyyatı qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Laçın rayon Pirdinar kənd tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-817/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-817/2020
29.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver