Məhkəmə qərarları › İş №2(037)-82/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-82/2023

23.01.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-82/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 23 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X3 04 oktyabr 2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində qocalaraq ürək çatışmamazlığından ev şəraitində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X6 1934-cü ildə anadan olmuş və xx.xx.2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində yaşadıqları evdə yaşlanaraq qocalmış və ürək çatışmamazlığı səbəbi ilə vəfat etmişdir. Atasının cənazəsi İsmayıllı rayon Vəng kənd qəbirstanlığında dəfn edilmişdir. Atasının ölüm aktı müvafiq dövlət orqanında qeydə alınmamış və bu barədə şəhadətnamə verilməmişdir. Atası vəfat etdiyi vaxt başları hüzürə qarışdığından atasının ölümünü qeydə aldırmamışdır. Hal-hazırda atasının ölümünün qeydə alınması zəruridir. Atasının ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir. Atasının ölməsi İsmayıllı RİHB-nın Ruşan kənd İƏD üzrə Nümayəndəliyinin arayışı, qəbrin foto şəkilləri və şahid ifadələri ilə təsdiq olunur. Atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Vəng kəndində yaşayır. Ərizəçi kəndçisidir. Ərizəçinin atası X6 1934-cü ildə İsmayıllı rayon Vəng kəndində doğulmuş, xx.xx.2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində ölmüş və Vəng kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Vəng kəndində yaşayır. Ərizəçi kəndçisidir. Ərizəçinin atası X6 1934-cü ildə İsmayıllı rayon Vəng kəndində doğulmuş, xx.xx.2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində ölmüş və Vəng kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1973-cü il tarixli İ-ЖГ№452541 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi X10 09.Xİ.1973-cü il tarixdə İsmayıllı rayon Ruşan Sovetliyinə daxil olan Vəng kəndində doğulmuş,atası X9, anası X2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********1 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Vəng kənd sakini Ərizəçi İİ qrup müharibə əlili olmaqla 350 manat müavinət alır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 058308 nömrəli vəsiqədən görünür ki, Ərizəçi hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 dəfn edilmiş, qəbirüstü abidəsi vardır və abidənin üzərində “X5” “1934 – 2001” yazılmışdır. İş materiallarında olan İsmayıllı RİHB-nın Ruşan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 326 nömrəli arayışdan görünür ki, 1934-cü il təvəllüdlü X6 həqiqətən İsmayıllı rayon Ruşan İƏD üzrə Vəng kəndində yaşamış 2001-ci il tarixdə vəfat etmiş,Vəng kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 431 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 16 yanvar 2023-cü il tarixli,PHŞ-6-47/3- 159/2023 saylı məktubundan görünür ki, 1934-cü il təvəllüdlü X6 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir, X3 ölümü barədə İsmayıllı RMX-na müraciət edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 rayon Vəng kəndində vəfat etmiş və İsmayıllı rayon Vəng kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 04 oktyabr 2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227,233,307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 04 oktyabr 2001-ci il tarixdə İsmayıllı rayon Vəng kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar