Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-82/2024 29.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum qardaşı X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmiş JN-1651F Kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən və 13 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum atası X5 miras qalmış İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 1970ci ildə inşa edilmiş ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-ci il tarixli 120 saylı qərarı ilə 23 yanvar 2023-cü ildə vəfat etmiş X21a “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1651F Kod 40701004 nömrəli Şəhadətnaməyə əsasən ümumilikdə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanda yerləşən həmin torpaq sahəsinin üzərində atası Məhərrəm İslamov tərəfindən 1970-ci ildə inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. X21 vəfat edən günədək həmin evdə yaşamışdır. Bundan başqa həmin ünvanda atasına aid torpaq sahəsi mövcuddur.Lakin torpaq sahəsinin ona məxsus olmasına dair sənədləri əldə edə bilməmişdir. 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş X21dan miras qalmış İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanda ümumilikdə 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi xx.xx.2023-cü il tarixli 769 saylı müraciətə cavab məktubunda qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü,bu səbəbdən də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı,bu məsələ ilə bağlı İsmayıllı rayon Məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir.X21 İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanda yaşamış və 23 yanvar 2023-cü ildə vəfat etmişdir. X16 birinci növbə vərəsəsi yoxdur. Belə ki, X20 övladı yoxdur və arvadı Gülbanda İslamova ilə aralarında olan nikah 29 dekabr 2015-ci il tarixdə pozulmuşdur. X16 ikinci növbə vərəsələri o və bacıları Ağayeva (İslamova) Narxanım Məhərrəm qızı və Aslanova (İslamova) Roha Məhərrəm qızıdır.Digər ikinci növbə vərəsələr qardaşı Nifti İslamov xx.xx.1998-ci ildə və bacısı Sevil Ağayeva (İslamova) isə xx.xx.2007-ci ildə vəfat etmişlər. O, Bakı şəhərində yaşasa da,onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul olunmuşdur.Digər vərəsələr həmin torpaq sahəsini və torpaq sahəsində olan fərdi yaşayış evini onun adına rəsmiləşdirilməsinə onların adından çıxış etməyinə etiraz etmədikləri barədə etibarnamə vermişlər.Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edirsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verilməlidir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş Təşkilat İslamov miras qalmış İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanda yerləşən, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 120 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1651F Kod 40701004 nömrəli şəhadətnaməyə əsasən ümumilikdə 0.06 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin, onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsidir. Hesab edir ki, vəfat etmiş X16 vərəsəsi olaraq İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir.İsmayıllı rayon Notariat Ofisindən ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər.Bu faktın müəyyən edilməsi üçün həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin miras qoyana aid hissəsinin onun tərəfindən qəbul edilməsi barədə ərizəsi əsaslıdır və təmin olunmalıdır. Qeyd edilən hüquqi əhəmiyyətli faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizəsinin təmin olunaraq, 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum qardaşı X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmiş JN- 1651F Kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən və 13 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum atası X5 miras qalmış İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli AZ-T №184428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X3 xx.xx.1952-ci ildə İsmayıllı şəhərində anadan olmuş,atası X12, anası X6r,bu barədə doğum haqqında akt qeydləri kitabında 1952-ci ilin fevral ayının, 18 günüdə 10 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1956-cı il tarixli İ-ИЕ №127016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1956-cı ildə İsmayıllı şəhərində anadan olmuş,atası X12, anası X6r,bu barədə doğum haqqında akt qeydləri kitabında 1956-cı ilin may ayının, 4 günüdə 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan Xətai RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE №******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1952-ci ildə İsmayıllı şəhərində anadan olmuş,Bakı şəhəri,Xətai rayonu,S.Senyuşkin küçəsi,ev 3,m 5 ünvanında qeydiyyatdadır. İşdə olan Tovuz RPŞ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZE №04527400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1944-cü ildə İsmayıllı rayonu,Lahıc kəndində anadan olmuş,ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı-Nizami RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE №07723165 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X14 xx.xx.1956-cı ildə İsmayıllı rayonu,Namazgah kəndində anadan olmuş,ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin 12 oktyabr 2023-cü il tarixli, №769 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş X21dan miras qalmış əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi barədə müraciətinə baxılmış,müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 1733 nömrəli arayışından görünür ki,İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yaşamış mərhum X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra onun vərəsələri bacıları Ağayeva (İslamova) Narxanım Məhərrəm qızı, Manafova (İslamova) Lumuxanım Məhərrəm qızı, Aslanova (İslamova) Rohə Məhərrəm qızı,xx.xx.2007-ci il tarixdə vəfat etmiş Ağayeva (İslamova) Sevil Məhərrəm qızı və xx.xx.1998-ci il tarixdə vəfat etmiş qardaşı X15 olmuşlar. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 1996-cı il tarixli, İV-ЖГ №476092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı ilin avqust ayının,15 günüdə,54 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyul 2012-ci il tarixli, AZ-İ №542571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1998-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin 04 ayının,20 günüdə,12 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, AZ-İİ №333886 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 01 ayının,27 günüdə,59 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli, AZ-İ №210904 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 arasında olan nikah 29 dekabr 2015-ci il tarixdə pozulmuşdur,bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 12 ayının,29 günüdə,87 nömrə ilə qeyd edilmişdir. İşdə olan JN-1651F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə JN-1651F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı şəhər sakini X2 mülkiyyətinə İsmayıllı şəhəri ərazisindən 0.06 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 16763 nömrə ilə qeydə alınaraq iki nüsxədə tərtib edilərək bir nüsxəsi X4 verilmişdir. İşdə olan 1977-ci il tarixli, 647 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun surətindən görünür ki, İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 1977-ci ildə 647 inventar nömrəsi ilə X9 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə,məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddia ərizəsi və iş materialları ilə müəyyən edilir ki,Ərizəçi xx.xx.1952-ci ildə İsmayıllı şəhərində doğulmuş,ünvan 6 ünvanda yaşayır. 13 avqust 1996-cı il tarixdə vəfat etmiş mərhum X12 ərizəçinin atası, 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş mərhum X8 isə ərizəçinin qardaşı olmuşdur. "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" 647 invertar nömrəli pasporta əsasən İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi mərhum X9, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1651F Kod 40701004 nömrəli Şəhadətnaməyə əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi isə mərhum X2 adına dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin X21 vəfat etdiyi günədək İsmayıllı şəhəri,Üzeyir Hacıbəyov küçəsi ev 3 ünvanında özünə məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. X19 arvadı Gülbəndə İslamova arasında olan nikah 29 dekabr 2015-ci il tarixdə pozulmuşdur. X24 vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq ikinci növbə vərəsələri olan bacıları Narxanım Ağayeva (İslamova) və Rohə Aslanova (İslamova) qəbul edərək idarə etmişlər,digər ikinci növbə vərəsələr qardaşı Nifti İslamov və bacısı Sevil Ağayeva (İslamova) vəfat etmişlər, mərhumun birinci növbə vərəsəsi arvadı Gülbəndə İslamova ilə aralarında olan nikah 29 dekabr 2015-ci ildə pozulmuşdur və mərhumun digər birinci növbə vərəsələri olmamışdır.X20 ikinci növbə vərəsələri bacıları Narxanım Ağayeva (İslamova) və Rohə Aslanova (İslamova) ayrı-ayrılıqda məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək ərizədə xx.xx.1996-cı ildə vəfat etmiş ataları X12 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşları X2 ölümündən sonra İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qaldığı, mirasdan Ərizəçi xeyrinə imtina etdiklərini və miras payı tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklərini qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq,ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmiş JN-1651F Kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən və 13 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X5 miras qalmış 647 invertar nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasporta əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X1 miras qalmış İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmiş JN-1651F Kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən və 13 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X5 miras qalmış 647 invertar nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasporta əsasən İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 208.7 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-82/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-82/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver