Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-83/2022 04.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi İbrahı̇ m qızının İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi və miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası tələbinə dair mülki işə 04 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi İbrahı̇ m qızı (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 44 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq olunan İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, yaşayış sahəsi 37.4 kv.metr, köməkçi sahəsi 74.7 kv.metr, ümumi sahəsi 121.1 kv.metr olan evin X3 vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi Vəkil işə ərizəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçinin nümayəndəsi tələbi müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ərizəçinin X4 09 fevral 2001-ci il tarixdə, anası X6 isə 05 avqust 2018-ci il tarixdə vəfat etmişlər. Mülkiyyət hüququ Azərbaycan Respublikası Dövlət Tikinti ve Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 44 saylı qeydiyyat vəsiqəsi ilə İsmayıllı rayonu Qubaxəlili kəndində yerləşən, iki otaqlı, yaşayış sahəsi 37.4 kv.metr, köməkçi sahəsi 74.7 kv.metr, ümumi sahəsi 121.1 kv.metr olan ev ərizəçinin anası Gülxanım Xeyxatinin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Ərizəçinin valideynləri vəfat etdikdən sonra onların ərizəçi, X15, X18, X10 və X11 olmaqla beş vərəsəsi olmuşdur. Ərizəçinin qardaşı Vahab Xeyxati 05 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin qardaşı Vahab Xeyxatinin vərəsələri X19, X23 və X12r. Vərəsələr öz aralarında razılığa gələrək mərhum Gülxanım Xeyxatinin mülkiyyətində olan əmlakı vərəsə kimi ərizəçinin tərəfindən qəbul edilməsini qərarlaşdırmış və bu barədə hər biri notarial qaydada ərizə yazmışlar. Ərizəçi miras qalan əmlaka dair vərəsə kimi şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin İsmayıllı rayon Notariat Ofisi tərəfindən ərizəçinin anasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması bildirilmişdir. Bundan sonra ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi anası vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsinin alınmasının tələb olunduğunu savadsızlığı səbəbindən anlamamışdır. Ərizəçi ali təhsili olmamaqla, yaşlı qadındır. Bu səbəbdən ərizəçi öz hüquqlarını yaxşı bilmir. Ərizəçi anası vəfat etdikdən sonra ondan miras qalan əmlaka faktiki olaraq nəzarət etmişdir. Ərizəçi anasından miras qalan əmlaka daimi baş çəkmiş və həyətdə təsərrüfat işləri ilə məşğul olmuşdur. X17 miras qalan, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 121.1 kv.metr olan evin vərəsə kimi ərizəçi tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpası barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçi məxsus 18 yanvar 2010-cu il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 44 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, yaşayış sahəsi 37.4 kv.metr, köməkçi sahəsi 74.7 kv.metr, ümumi sahəsi 121.1 kv.metr olan yaşayış evi X3 adına şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 07 sentyabr 2021-ci il tarixli AZ-İV №622071 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 01 noyabr 1956-cı il tarixdə doğulmuşdur. X4, anası X6 olmuşdur. 09 fevral 2001-ci il tarixli AZ №076980 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 08 fevral 2001-ci il tarixdə vəfat etmişdir. 09 sentyabr 2014-cü il tarixli AZ-İ №688207 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 05 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. 06 avqust 2018-ci il tarixli AZ-İ №917131 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 05 avqust 2018-cü il tarixdə vəfat etmişdir. 03 sentyabr 2021-ci il tarixli, 10 sentyabr 2021-ci il tarixli, 10 sentyabr 2021-ci il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 09 oktyabr 2021-ci il tarixli və 14 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, mərhum X3 oğlu X15, qızı X10, oğlu X13, gəlni X20, nəvəsi X19 və nəvəsi X23 ondan qalan mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalan miras əmlakdan onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etmədiklərini və etməyəcəklərini, gələcəkdə bu mirasla bağlı iddiaları olmayacağını notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişlər. İsmayıllı rayon İHB-nin Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 09 sentyabr 2021-ci il tarixli 274 nömrəli arayışından görünür ki, X6 05 avqust 2018-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günə kimi İsmayıllı rayonu Qubaxəlilli kəndində özünə məxsus olan evində tək yaşamışdır. İsmayıllı rayon İHB-nin Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 10 sentyabr 2021-ci il tarixli 279 nömrəli arayışından görünür ki, X3 X9 ilə birgə nikahından X15, Ərizəçi, X18, X10 və X13 olmaqla, beş övladı olmuşdur. İsmayıllı rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı 27 oktyabr 2021-ci il tarixli 1654 nömrəli məktubdan görünür ki, 05 avqust 2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İsmayıllı rayon İHB-nin Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 17 noyabr 2021ci il tarixli 370 nömrəli arayışından görünür ki, X6 05 avqust 2018-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günə kimi İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşamışdır. Ərizəçi anası Gülxanım Xeyxati vəfat etdiyi günə kimi ona qulluq göstərərək baxmışdır. Anası vəfat etdikdən sonra Ərizəçi ondan miras qalmış evə nəzarət edərək həmin evi təmizləmiş və evin sökülüb dağılmasına imkan verməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mübahisəli əmlak İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 44 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 121.1 kv.metr olan yaşayış evi X3 adına şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Ərizəçinin X4 09 fevral 2001-ci il tarixdə, qardaşı X18 05 sentyabr 2014-cü il tarixdə, anası X6 isə 05 avqust 2018-ci il tarixdə vəfat etmişlər. 03 sentyabr 2021-ci il tarixli, 10 sentyabr 2021-ci il tarixli, 10 sentyabr 2021-ci il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 09 oktyabr 2021-ci il tarixli və 14 oktyabr 2021-ci il tarixli notarial qaydada ərizələrlə mərhum X5 Bəhlul İbrahim oğlu, qızı X10, oğlu X13, gəlni X20, nəvəsi X19 və nəvəsi X23 ondan qalan mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalan miras əmlakdan onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etmədiklərini və etməyəcəklərini, gələcəkdə bu mirasla bağlı iddiaları olmayacağını bildirmişlər. Ərizəçi anasından qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət etmiş, 27 oktyabr 2021-ci il tarixdə Notariat Ofisi tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Ərizəçi mərhum anası Gülxanım Xeyxatidən miras qalan, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 121.1 kv.metr olan evin vərəsə kimi onun tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpası barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından ərizəçi özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi anasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməsini, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını, anası vəfat etdikdən sonra miras evdə yaşamasını, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməsini, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X17 miras qalan, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 121.1 kv.metr olan evin vərəsə kimi onun tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpasına dair Ərizəçi ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: X1 miras qalan, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 121.1 kv.metr olan evin vərəsə kimi onun tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpasına dair Ərizəçi İbrahı̇ m qızının ərizəsi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-83/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-83/2022
04.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver