Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-83/2024 31.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma,tikilinin sökülməsi və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki işə 31 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətlərində olan,İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən (MH seriyalı ******* və 0003789) nömrəli çıxarışlarda göstərilən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən çəkilmiş metal hasarın cavabdehin hesabına sökülməsi,torpaq sahəsindən istifadə üzrə cavabdeh tərəfindən törədilən maneələrə qəti şəkildə son qoyulması və işə baxılması ilə əlaqədar məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,İsmayıllı rayonu,Topçu kəndində cəmi 0.20 hektar həyətyanı təyinatlı torpaq sahəsi onların mülkiyyətlərindədir.Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* və ********* reyestr nömrələri ilə qeydiyyata alınmış və bu barədə iddiaçılar İddiaçı1 MH seriyalı ******* və İddiaçı2 MH seriytalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.Həmin torpaq sahələrinin bir hissəsi Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilmişdir. Cavabdeh tərəfindən tutulmuş hissə servitutla yüklü deyil,qonşuluq təsirindən irəli gələn hər hansı öhdəliyə görə cavabdehin istifadəsinə əsas vermir. Torpaq sahəsinin zəbtdən azad edilməsi xahiş edilmiş, lakin cavabdeh hər hansı hüquqi əsas göstərmədən torpağın ona aid olduğunu bildirmiş,həmin hissəni metal torla hasara almışdır. Cavabdehin əməlləri qanunsuzdur, mülkiyyət hüquqlarına açıq-aşkar qəstdir. Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılmalı, metal hasar cavabdehin hesabına sökülməli və torpaq sahəsindən istifadə üzrə törədilən maneələrə qəti şəkildə son qoyulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsi üçün çəkilən və çəkiləcək bütün xərclər cavabdehdən tutulmalıdır. Cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoyması tələb edilməsinə baxmayaraq cavabdeh torpaq sahələrinin zəbt edilmiş hissəsindən qanunsuz istifadə edir və mülkiyyət hüquqlarını pozaraq onlara məxsus zəbt etdiyi torpaqdan istifadə etmələrinə icazə vermir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və iddia tələbinin təmin edilməsini xahiş edirlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmənin sorğusu əsasında mübahisəli ərazidə ölçmə işlərinin aparılması üçün mütəxəssisin iştirakı təmin edilmiş, o, mütəxəssisin dəvəti ilə mübahisəli ərazidə ölçmə işlərinin aparılmasında iştirak etmişdir. Mütəxəssis tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, lakin cavabdeh qəsdən mübahisəli əraziyə gəlməyərək mütəxəssisə ərazidə ölçmə işlərinin aparılmasına şərait yaratmamışdır.Cavabdehin niyyəti məhkəmə iclaslarına gəlməməklə və eyni zamanda mübahisəli ərazidə mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına şərait yaratmamaqla,mülkiyyətlərində olan torpaq sahəsinin özbaşına zəbt etdiyi hissəsini ələ keçirməkdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclaslarında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi əri İddiaçı1 təmsil etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı1 izahatını dinləyib,işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003788 nömrəli, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 190703375, reyestr nömrəsi **********63 olan Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində X2 adına qeydə alınaraq MH seriyalı №0003788 nömrəli, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 190703375, reyestr nömrəsi **********63 olan çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003789 nömrəli, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 190703376, reyestr nömrəsi **********62 olan Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İsmayıllı rayonu, Topçu kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində İddiaçı2 adına qeydə alınaraq MH seriyalı №0003789 nömrəli,xx.xx.2007-ci il tarixli,qeydiyyat nömrəsi 190703376, reyestr nömrəsi **********62 olan çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İşdə olan 14 iyun 2022-ci il tarixdə tərtin edilmiş “Torpaq sahəsinin naturada sərhədlərinin (koordinatlarının) tanıdılması” aktının surətindən görünür ki, İddiaçı1 müraciəti əsasında ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi Vasif Bədəllinin, İsmayıllı RİHB-nın Topçu kənd icra nümayəndəsi Gülzar Şiraliyevanın, mülkiyyətçi İddiaçı1 və hal şahidi Zöhrə Şalbuzovanın iştirakı ilə 14 iyun 2022-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin naturada sərhədlərinin (koordinatlarının) tanıdılması” aktında hüquqların Dövlət qeydiyyatı haqqında **********63 reyestr nömrəli çıxarış (dövlət aktı) əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə yerində baxış keçirildiyi, baxış zamanı İddiaçı1 mülkiyyətində olan İsmayıllı rayonu, Topçu kəndində yerləşən 0.08 hektar torpaq sahəsində müasir ölçmə alətləri vasitəsilə çöl ölçmə işləri aparıldığı, torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilərək torpaq sahəsinin naturada sərhədləri İddiaçı1 iştirakı ilə müəyyən edilərək ona tanıdıldığı, İddiaçı1 mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin döngə nöqtələri tanıdılan zaman naturada torpaq sahəsinin müəyyən hissəsi başqa vətəndaş tərəfindən metal torla hasarlanaraq ərazi ilə üst-üstə düşdüyünün müəyyən olunduğu və həmin vətəndaş olmadığından hasarlanmış ərazinin daxilində ölçü işləri aparılmadığı qeyd edilmiş, aktın doğruluğu aktı tərtib etmiş şəxslər tərəfindən imza edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3- 21-3-42/2-1367/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı1 tərəfindən iddia olunan Cavabdeh istifadəsində olan ölçülməsi məqsədi ilə mütəxəssisin iştirakı təmin edilmiş,sözügedən torpaq sahəsinin ölçülməsi məqsədi ilə Cavabdeh ilə əlaqə yaratmaq mümkün olmamışdır.Bu səbəbdən işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003788 nömrəli, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 190703375, reyestr nömrəsi **********63 olan Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində Musayev (Mürsəlov) Mürsəl Həmzə oğlunun adına qeydə alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003789 nömrəli, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 190703376, reyestr nömrəsi **********62 olan Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində İddiaçı2 adına qeydə alınmışdır. İddiaçı1 müraciəti əsasında ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mülkiyyətində olan İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən 0.08 hektar torpaq sahəsində müasir ölçmə alətləri vasitəsilə çöl ölçmə işləri aparılmış, torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilmiş, torpaq sahəsinin naturada sərhədləri İddiaçı1 iştirakı ilə müəyyən edilərək ona tanıdılmış, İddiaçı1 mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin döngə nöqtələri tanıdılan zaman naturada torpaq sahəsinin müəyyən hissəsinin başqa vətəndaş tərəfindən metal torla hasarlanaraq ərazi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur və həmin vətəndaş olmadığından hasarlanmış ərazinin daxilində ölçü işləri aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1367/2024 nömrəli sorğuya cavab məktubunda İddiaçı1 tərəfindən iddia olunan Cavabdeh istifadəsində olan ölçülməsi məqsədi ilə mütəxəssisin iştirakı təmin edildiyi, sözügedən torpaq sahəsinin ölçülməsi məqsədi ilə Cavabdeh ilə əlaqə yaratmaq mümkün olmadığından işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı hazırda cavabdeh tərəfindən zəbt olunmuş mübahisəli torpaq sahələrinə dair iddiaçılar ilə cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən zəbt olunmuş torpaq sahələrinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların sözügedən zəbt olunmuş torpaq sahələrindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin zəbt olunmuş hissələri üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq, həmin torpaq sahələrinin zəbt olunmuş hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin zəbt olunmuş torpaq sahələri üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur.İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iddia tələbinin iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2- 1367/2024 nömrəli məktubuna əsasən mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan torpaq sahəsinə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Qeyd olunan səbəbdən mübahisə predmeti olan torpaq sahələrinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda məhkəmə iddiaçıların iddia tələbində qeyd etdikləri cavabdehin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması ilə razılaşır və hesab edir ki, Cavabdeh İsmayıllı rayonu,Topçu kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003788 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.08 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003789 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahələrindən çıxarılmalıdır. Məhkəmə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1367/2024 nömrəli məktubuna əsasən mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan torpaq sahəsinə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir).Qeyd olunan səbəbdən mübahisə predmeti olan torpaq sahələrinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh təyin edilmiş mütəxəssisin mübahisəli torpaq sahəsinə baxış keçirərək müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmadığına görə məhkəmə iddiaçıların iddia tələbində qeyd etdikləri mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə tərəfindən hazırkı mülki iş üzrə məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, həmin iclaslar barədə cavabdehə rəsmi məlumat verilmiş,sonuncu məhkəmə bildirişlərini qəbul etsə də,məhkəmə iclaslarında iştirak etməyərək iddia tələbinə münasibət bildirməmiş,eyni zamanda məhkəmənin qərardadı əsasında mübahisəli ərazidə mütəxəssisin iştirakı təmin edilmiş, mütəxəssis tərəfindən cavabdehin mübahisəli ərazidə ölçmə işlərinin aparılmasında iştirakının təmin edilməsi üçün onunla dəfələrlə əlaqə saxlanılmış, ancaq cavabdeh mübahisəli əraziyə gəlməyərək mütəxəssisə ərazidə ölçmə işlərinin aprılmasına şərait yaratmamışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh Məmmədov X1 rayonu,Topçu kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003788 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı Musayev (Mürsəlov) Mürsəl Həmzə oğlunun mülkiyyətində olan 0.08 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003789 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahələrindən çıxarılmalı, cavabdeh tərəfindən çəkilmiş metal hasar cavabdehin öz hesabına sökülməli və torpaq sahələrindən iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər.Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədov X1 rayonu,Topçu kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003788 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı Musayev (Mürsəlov) Mürsəl Həmzə oğlunun mülkiyyətində olan 0.08 hektar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı №0003789 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0.12 hektar həyətyanı təyinatlı torpaq sahələrindən çıxarılsın, cavabdeh tərəfindən çəkilmiş metal hasar cavabdehin öz hesabına sökülsün və torpaq sahələrindən iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Cavabdeh 100 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı1 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-83/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-83/2024
31.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver