Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-838/2021 22.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X7 atası, X4 isə anası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxxxx 1950-ci il tarixdə İsmayıllı rayonun Diyallı kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. X3 və X8 olmuşdur. 7 sentyabr 1965-ci il tarixdə ona alınmış doğum haqqında şəhadətnamədə də valideynləri X14 və X8 yazılmışdır. Ona görə də şəxsiyyət vəsiqəsi ona Mamedova soyadı ilə verilmişdir. Onun 1947-ci ildə doğulmuş Gözəl adlı bacısının və 1954 –cü ildə doğulmuş Gülağa adlı qardaşının da doğum haqqında şəhadətnamələrində valideynləri X14 və X8 yazılmışdır. Atası X23 iştirak etmiş və “İgidliyə görə” medalla təltif olunmuşdur. Bu barədə 01 may 1947-ci il tarixdə tərtib olunmuş vəsiqədə də atasının soyadı Mamedov kimi yazılmışdır. Lakin ona məlum olmayan səbəblərdən 05 aprel 1956-cı il tarixdə atası özünə doğum haqqında şəhadətnamə alarkən soyadı Qədirov kimi yazılmışdır. Bundan sonra 04 iyun 1964-cü il tarixdə atasına verilmiş hərbi biletdə də atasının soyadı Qədirov yazılmışdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999-cu il tarixli 81 saylı qərarı ilə atasının mülkiyyətinə 2794,54 kv.m, 9694,85 kv.m və 1098,36 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri veirlmişdir. Bu barədə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədlərində də atasının soyadı Qədirov kimi qeyd olunmuşdur. Eyni zamanda onun və valideynlərinin birgə mülkiyyətlərinə 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-053A kod 40707005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atasının soyadı Qədirov, anasının soyadı Qədirova, onun soyadı isə Mamedova kimi yazılmışdır. X2 06 aprel 2008-ci il tarixdə, atası X15 isə 16 yanvar 2017-ci il tarixdə vəfat etmişlər. Hər iki valideyninin ölüm haqqında şəhadətnamələrində soyadları Qədirovdur. Lakin onun soyadı doğum haqqında şəhadətnaməsinə uyğun valideyinlərinin soyadları ilə eyni olsa da valideyinlərinin digər sənədlərində olan soyadları ilə uyğunsuzluq olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Onun valideyinlərinin soyadları əvvəl Mamedov olsa da, atası sonradan doğum haqqında şəhadətnamə alarkən ona Qədirov soyadı verilmişdir. Anasınin da soyadı Qədirova olsa da onların nikahda olmasına dair müvafiq sənədi almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində valideynlərinin nikah akt qeydi tapılmamışdır. X15 və X9 ilə qohumluq münasibətlərinin müəyyən olunması və miras qalan əmlakları adına rəsmiləşdirməsi üçün lazımı sənədləri əldə edə bilmir. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun xalasıdır. Ərizəçinin valideynləri X14 və X8 olmuşdur. Əvvəllər tərtib olunan sənədlərdə ərizəçinin valideynlərinin soyadları Mamedov yazılsa da, sonradan məlum olmayan səbəblərdən valideynlərinin sənədləri Qədirov soyadı ilə tərtib olunmuşdur. Ərizəçinin anası 2008-ci ildə, atası isə 2017-ci ildə vəfat etmişdir. Soyadlarda uyğunsuzluq olduğundan onların ərzəçinin valideyinləri olması təsdiq olunmadığından ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. O, X7 ərizəçinin atası, X4 isə anası olmasını təsdiq edir. X1 ilə X19 X5 ilə eyni məzmunlu ifadə verərək X7 ərizəçinin atası, X4 isə anası olmasını təsdiq etdilər. AЦ 474296 nömrəli vəsiqənin surətindən görünür ki, Mamedov Saxrab G.Axmed oğlu 1941-1945-ci illərdə X23 iştirak etmiş və “igidliyə görə” medalla təltif olunmuşdur. İ-ИЕ 127500 nömrəli 05 aprel 1956-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 valideynləri X10 və X11r. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçinin atasına X15 adı ilə hərbi bilet verilmişdir. A3 ******* nömrəli 7 sentyabr 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin 1947-ci il təvəllüdlü Gözəl Mamedova adlı bacısı olmuş və onun valideynləri X14 və X6r. A3 ******* nömrəli 7 sentyabr 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X14 və X6r. A3 ******* nömrəli 7 sentyabr 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin 1954-cü il təvəllüdlü Gülağa Mamedov adlı qardaşı olmuş və onun valideynləri X14 və X6r. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 18 avqust 2005-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 1463 nömrə ilə uçota alınmış “A” seriyalı 153459 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, mülkiyyətçinin soyad, ad və ata adı X26 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 1464 nömrə ilə uçota alınmış “A” seriyalı 153460 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, mülkiyyətçinin soyad, ad və ata adı X26 kimi qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş texniki təsvirin surətindən görünür ki, İsmayıllı rayonun Diyallı kəndində yaşayış evi X7 adına qeydə alınmışdır. JN-053A Kod 40707005 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999-cu il tarixli qərarına əsasən X15, X9 və Ərizəçi birgə mülkiyyətinə İsmayıllı rayonun Diyallı kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 2773 nömrəli vəsiqənin surətindən görünür ki, ərizəçinin anasına qocalığa görə verilmiş pensiya vəsiqəsində onun soyadı Mamedova yazılmışdır. AZ-İ 280240 nömrəli 08 aprel 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 aprel 2008-ci il tarixdə vəfat etmişdir. AZ-İ 481204 nömrəli 06 yanvar 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımova Gözəl Səhrab qızı 29 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. AZ-İ 842596 nömrəli 23 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 16 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. AZ-İ 951681 nömrəli 25 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 17 iyul 2018-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın 21 iyul 2020-ci il tarixli arayışının surətindən görünür ki, islahat aparılarkən ərizəçinin ailə üzvləri aşağıdakı kimi olmuşdur. X13 oğlu, anası-X12, özü- Ərizəçi. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 382 nömrəli 18 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X14 ilə X8 nın nikahları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdıırlmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə və ismayıllı rayon Arxivində 1945-1961-ci illər üzrə yoxlama aparılmış və heç bir məlumat tapılmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxxxx 1950-ci il tarixdə İsmayıllı rayonun Diyallı kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. X3, anası X8 olmuşdur. Ərizəçinin valideynlərinə məxsus bir neçə sənəddə, eləcə də onun , bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində atasının və anasının soyadları Mamedov kimi qeyd olunmuşdur. Ərzəçinin atasına 1965-ci ildə verilmiş doğum haqqında şəhadətnamədə atasının soyadı Qədirov kimi yazılmışdır. Aparılan torpaq isalahatları zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999-cu il tarixli 81 saylı qərarı ilə X7 mülkiyyətinə 2794,54 kv.m, 9694,85 kv.m və 1098,36 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Bundan başqa X15, X9 və Ərizəçi birgə mülkiyyətinə İsmayıllı rayonun Diyallı kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X9 06 aprel 2008-ci il tarixdə, X15 isə 16 yanvar 2017-ci il tarixdə vəfat etmişlər. Soyadlarında uyğunsuzluq olduğundan ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmədiyindən valideynlərindən qalan miras əmlakı adına rəsmiləşdirə bilməmişdir. Ərizəçinin X15 və X9 ilə qohumluq münasibətlərinin olması faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göründüyü kimi ərzəçinin atası əvvəl Mamedov olmuş , özünə və uşaqlarına alınmış doğum haqqında şəhadətnamələrdə soyadları Mamedov kimi yazılmışdır. Ərzəçinin atası sonradan doğum haqqında şəhadətnamə alarkən Qədirov soyadını götürmüşdür. Ərizəçinin ailəsində iki soyad mövcud olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X7 ərizəçinin atası, X4 isə anası olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materalları ilə təsdiq olunduğundan, habelə ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından X7 ərizəçinin atası, X4 isə anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X7 Ərizəçi atası olması faktı müəyyən edilsin. X4 Ərizəçi anası olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-838/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-838/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver