Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-844/2021 16.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Alixan oğlunun cavabdehlər Həşı̇ mov Çı̇ ngı̇ z Əlı̇ sa oğlu və Həşı̇ mli Əbülfəz Çı̇ ngiz oğluna qarşı pul tələbinə dair mülki işə 16 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Alixan oğlu iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Həşı̇ mov Çı̇ ngı̇ z Əlı̇ sa oğlu və Həşı̇ mli Əbülfəz Çı̇ ngiz oğlundan 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, valideynlərinə məxsus fərdi yaşayış evinin torpaq sahəsində “Qaradolaq-Tatarlar” sortu adlanan 116 baş xırda buynuzlu malı satmaq qərarına gəlmişdir. Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunduğundan həmin heyvanları bazara çıxarıb sata bilmədiyindən alıcı axtarmağa başlamışdır. Cavabdehlər ölkə ərazisində xüsusi karantin rejimini fürsət bilib 116 baş xırda buynuzlu heyvanı, hər biri heyvanın dəyəri 210 manat olmaqla, ümumilikdə 24360 manata almaq istədiklərini bildirmişlər. Cavabdehlər ödənişi həftə ərzində 1500 manat olmaqla ödəyəcəkləri barədə onunla razılığa gəlmişlər. O, cavabdehlərin sözlərinə inanaraq həmin heyvanları İsmayıllı rayonu Qaraqaya kəndində yerləşən sonunculara məxsus həyətə gətirərək təhvil vermişdir. Cavabdehlər sonradan əldə etdikləri heyvanların dəyərini vəd etdikləri kimi deyil, öz istədikləri kimi ödəməyə başlayanda öz etirazını bildirsə də nəticəsi olmamışdır. Cavabdehlər heyvanların ümumi dəyəri kimi müəyyən olunmuş 24360 manat puldan 12900 manat pulu hissə-hissə ödəmiş və qalan 11250 manat pulu isə bu günədək verməmişdilər. O, qalan 11250 manat pulu cavabdehlərdən dəfələrlə tələb etsə də sonuncular müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışlar. Cavabdehlərin bu əməllərində dələduzluq cinayət tərkibinin olduğuna inanır. Cavabdehlər onun etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirmişlər. Cavabdehlərdən 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrini iddia tələbi ilə razılaşmaları kimi qiymətləndirir. 31 oktyabr 2020-ci il tarixli əlyazmada Həşı̇ mli Əbülfəz Çı̇ ngiz oğlu hər bir malın dəyəri 210 manat olmaqla, 116 baş xırda buynuzlu malın ümumilikdə dəyəri 24150 manat müəyyən edilməklə həmin malları nisyə aldığını və pulun ödənişini fevral ayının sonuna kimi tam bağlayacağını qeyd etmişdir. Əlyazmanı öz imzası ilə təsdiq etmişdir. 20 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiklərindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Həşı̇ mov Çı̇ ngı̇ z Əlı̇ sa oğlu və Həşı̇ mli Əbülfəz Çı̇ ngiz oğlundan müştərək qaydada 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 11280 (on bir min iki yüz səksən) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Alixan oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-844/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-844/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver