Məhkəmə qərarları › İş №2(037)-846/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-846/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-846/2020 11.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Məmmədova Cəmı̇lə Faı̇q qızının Babayev Famı̇l Nadı̇r oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddiası, Babayev Famı̇l Nadı̇r oğlunun Məmmədova Cəmı̇lə Faı̇q qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məmmədova Cəmı̇lə Faı̇q qızı iddia ərizəsi ilə müraciət edərək Babayev Famı̇l Nadı̇r oğluna məxsus İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babayev Famı̇l Nadı̇r oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Məmmədova Cəmı̇lə Faı̇q qızının İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4, mənzil 6 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı Məmmədova Cəmı̇lə Faı̇q qızı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı Babayev Famı̇l Nadı̇r oğlu ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə İddiaçı ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Məmmədova Cəmı̇lə Faı̇q qızının Babayev Famı̇l Nadı̇r oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddiası, Babayev Famı̇l Nadı̇r oğlunun Məmmədova Cəmı̇lə Faı̇q qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Məmmədova Cəmı̇lə Faı̇q qızına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar