Məhkəmə qərarları › İş №2(037)-85/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-85/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-85/2021 08.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1260 manat sığorta ödənişi məbləği, 710 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2000 manat pulun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Xıdır Mirzəyev arasında xx xxxxxxx 2019-cu il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 12 fevral 2020-ci il tarixdə “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə edərkən Bakı şəhəri, F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomaşına zərər vurmuşdur. Bakı şəhər BPİ DYPİ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli,046-1519 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə Cavabdeh zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Pit Stop servis tərəfindən “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 880 manat və işçilik xidmətləri 380 manat olmaqla, ümumilikdə 1260 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1260 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı tərəfindən “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 1260 manat sığorta məbləği cavabdehdən tutulmalıdır. İddiaçı 1260 manat sığorta məbləği, 710 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Cavabdehin qeydiyyat ünvanına rəsmi bildirişlər göndərilmiş və həmin bildirişlər qeyd edilən ünvanda cavabdehin yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxxxxx 2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Xıdır Mirzəyevə məxsus “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən PAA ********** nömrəli şəhadətnamə ilə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmışdır. Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, ***-**** saylı arayışın surətindən görünür ki, 2020-ci ilin fevral ayının 12-də Cavabdeh Xıdır Mirzəyevə məxsus “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşını müvafiq etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək Nihad Quliyevə məxsus “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Cavabdeh barəsində Bakı şəhər DYPİ-i tərəfindən AR İXM-nin 327.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Pit Stop servis tərəfindən verilmiş dəyən ziyanın məbləğinin müəyyənləşdirilməsi barədə məktubdan görünür ki, “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 880 manat və işçilik xidmətləri 380 manat olmaqla, ümumilikdə 1260 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixli, 20-01585/02/AA-1102/20 nömrəli sığorta aktından müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil Nihad Quliyevə məxsus “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Nihad Quliyevə məxsus “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş və dəymiş ziyana görə sığorta ödənişi məbləği 1260 manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, iddiaçı tərəfindən 1260 manat məbləği “xxxx” ASC vasitəsilə xx xxxxxx 2020-ci il tarixli, 20-01585/02/AA- 1102/20 nömrəli sığorta aktına əsasən sığorta ödənişi X3 hesabına ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, “xxxx” ASC ilə Xıdır Mirzəyev arasında xx xxxxxxx 2019-cu il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 12 fevral 2020-ci il tarixdə “Mercedes Benz C220 CDİ” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə edərkən Bakı şəhəri, F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomaşına zərər vurmuşdur. Bakı şəhər BPİ DYPİ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli,046-1519 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə Cavabdeh zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Pit Stop servis tərəfindən “Mercedes Benz E 350 CDİ” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 880 manat və işçilik xidmətləri 380 manat olmaqla, ümumilikdə 1260 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1260 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddiaçı 1260 manat sığorta məbləği, 710 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikirini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş 1260 manat sığorta məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 710 manat işlərin görülməsi xərcinin cavabdehdən tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, 710 manat məbləğində işlərin görülməsi xərclərinin nədən ibarət olması və həmin xərclərin hansı formada çəkilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1260 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1290 (bir min iki yüz doxsan) manat tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar