Məhkəmə qərarları › İş №2(037)-850/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-850/2020

06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-850/2020 06.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X12 onun bacısı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1947-ci ildə İsmayıllı rayonun Qubaxəlilli kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. X5, anası X2 olmuşdur. X29 1973-cü ildə, anası Gülbaxça Məhərrəmova isə 1990-cı ildə vəfat etmişdir. Anası Gülbaxça atası ilə ailə qurmamışdan əvvəl Ağsu rayon sakini Hüseyin Rəhimov ilə evli olmuş və onun soyadına uyğun Rəhimova soyadını qəbul etmişdir. X19 birgə nikahından 1921-ci ildə Güllü adlı bir qız övladı doğulmuşdur. Hüseyin Rəhimov vəfat etdikdən sonra anası X29la ailə qurmuşdur. Valideynlərinin birgə nikahlarından 1947-ci ildə o, doğulmuşdur. Bacısı Güllü anası ilə birlikdə İsmayıllı rayonun Qubaxəlilli kəndinə köçərək ailə qurmuş və Hüseynova soyadını qəbul etmişdir. Güllünün nikah haqqında şəhadətnaməsi tapılmamışdır. Bacısının əri vəfat etmiş, birinci növbə vərəsələri qalmamışdır. Güllü ölən günə qədər onunla yaşamış və 2006-cı ildə vəfat etmişdir. Bacısının mülkiyyətinə Qubaxəlilli kəndi ərazisində JN 054A Kod 40716018 nömrəli şəhadətnaməyə əsasən 0,04 hektar həyətyanı və JN 0633 nömrəli Kod 40716018 Dövlət Aktına əsasən 1,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin miras əmlakları faktiki olaraq o, qəbul etmiş və idarə edir. Əmlakları adına sənədləşdirmək üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, bacısı ilə soyadlarında və ata adlarında uyğunsuzluq olduğundan notariat əməliyyatı aparmaq mümkün olmamışdır. Uyğunsuzluqların aradan qaldırılması üçün müxtəlif orqanlara müraciət etsə də bacısının soyadının və ata adının dəyişdirilməsinin və bacısı olması faktının təsdiq olunmasının mümkün olmadığı bildirilmişdir. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X6 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Ərinin anasının birinci evliliyindən Güllü adlı bir qızı doğulmuşdur. Güllü ailə quraraq ərinin soyadına uyğun Hüseynova soyadını götürmüşdür. Güllünün əri vəfat etdikdən sonra ərizəçinin yanına qayıtmış və ölən günədək bir evdə yaşamışdır. Birinci növbə vərəsələri qalmamışdır. Güllü 2006-cı ildə vəfat etdikdən sonra ondan qalan mirası faktiki olaraq ərizəçi qəbul etmiş və idarə edir. O, X12 ərizəçinin bacısı olmasını təsdiq edir. X8 X6 ilə eyni məzmunlu ifadə verərək X12 ərizəçinin bacısı olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə xx xxxxxx 2008-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. A3 584064 nömrəli xx xxxxxx 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X15 və X1r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X11 atası X20 və anası X4r. JN-054A Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X14 xx xxxxxx 2001-ci il tarixli qərarına əsasən X12 mülkiyyətinə İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisindən 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-06xx xxx 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 2005-ci il tarixli 4ə-1-74 saylı alqı-satqı müqaviləsi ilə X12 mülkiyyətinə İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisindən 1,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İ-ЖГ 305396 nömrəli xx xxxxxx 1975-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxx 1973-cü il tarixdə vəfat etmişdir. İV-ЖГ 290063 nömrəli xx xxxxxx 1990-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 1990-cı il tarixdə vəfat etmişdir. AZ-İ 173370 nömrəli xx xxxx 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 615 nömrəli arayışın surətindən görünür ki, 1921-ci ildə Ağsu rayonun Alpoud kəndində anadan olmuş X12 ailə vəziyyətini müəyyən etmək məqsədi ilə xx xxxx 2006-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X12 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İsmayıllı rayon İƏD üzrə RİHB-nın Qubaxəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 469 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, mərhum Güllü Hüseynova ölən günədək Ərizəçila birlikdə yaşamış, birinci növbə vərəsələri qalmamış, ondan qalan mirası faktiki olaraq Ərizəçi qəbul etmişdir və idarə edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1947-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində anadan olmuşdur və hazırda həmin kənddə yaşayır. Onun valideynləri X15 və X2 olmuşdur. Anasının birinci nikahından 1921-ci ildə Güllü adlı bir bacısı doğulmuşdur. Sonradan anası X29la nikaha girmiş və 1947-ci ildə həmin nikahdan o, doğulmuşdur. Bacısı Güllü anası ilə birlikdə İsmayıllı rayonun Qubaxəlilli kəndinə köçmüşdür. Bacısı ailə qurmuş və ərinin soyadına uyğun Hüseynova soyadını götürmüşdür. Güllünün nikah haqqında şəhadətnaməsi tapılmamışdır. Güllü vəfat etdiyi günədək ərizəçinin yanında yaşamış, ondan qalan mirası faktiki olaraq ərizəçi qəbul etmiş və idarə edir. Güllünün doğum haqqında şəhadətnaməsində anası X7 qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnaməsində Güllünün soyadı Hüseynova, ata adı Hüseyn yazılmışdır. Ərizəçinin bacısının nikah haqqında şəhadətnaməsi tapılmadığından onların bacı-qardaş olması müəyyən olunmur. Güllünün birinci növbə vərəsələri yoxdur. Ərizəçi bacısının ikinci növbə vərəsəsidir və faktiki olaraq ondan qalan mirası qəbul etmişdir. Sənədlərində uyğunsuzluq olduğundan bacısından qalan miras əmlakı adına rəsmiləşdirə bilməmişdir. Uyğunsuzluğun aradan qaldırılması üçün müraciət etsə də bacısının soyadının dəyişdirilməsi və doğma bacısı olması faktının təsdiq olunmasının mümkün olmadığı bildirilmişdir. Ərizəçinin X18 ilə qohumluq münasibətlərinin olması faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir.Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X12 ərizəçinin bacısı olması ərizəçinin izahatı və şahidlərin ifadələri ilə təsdiq olunduğundan, Güllü Hüseynovanın ərizəçidən əvvəl növbə vərəsələri olmadığından, habelə ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından mərhum X12 ərizəçinin bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X12 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar