Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-86/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Şamaxı Regional X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yaşayan Cavabdeh İsmayıllı rayonu ərazisində yerləşən qanunsuz istifadə etdiyi Meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı Şamaxı Regional X1 nümayəndəsi X3 məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Şamaxı Regional X1 nümayəndəsi X3 tərəfindən iddia ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının nümayəndəsinin vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-86/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-86/2023
23.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver