Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-86/2025 30.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İnqılab qızının Cavabdeh Lətıf oğluna qarşı arxitektura qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin özülünün sökülməsi tələbinə dair mülki işə 30 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İnqılab qızı Cavabdeh Lətıf oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 21 oktyabr 2014-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********91 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 61 nömrəli reyestr kitabının 39-cu vərəqində qeydiyyata alınaraq verilmiş RX seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq mülkiyyətində olan, İsmayıllı rayonu Talıstan kənd (hazırda İsmayıllı şəhəri, A.Mahmudov küçəsində) yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə bitişik cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəslinin 69.4, 69.5 və 69.5.2-1-ci maddələrinin tələblərinə zidd olaraq, yəni tikintilərin divararası məsafəsinin 0,9 metr olmaqla, fərdi yaşayış evinin inşa edilmiş özülünün sökülməsi, özülün ona məxsus hasarla ara məsafəsinin cavabdehin inşa etdirmək istədiyi fərdi yaşayış evinin smeta-layihə sənədlərində göstərilən ölçülərinə uyğun 1,67 metr ölçüdə ara məsafəsi vəziyyətinə gətirilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində iddiaçı ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olaraq 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 107, 119.1, 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İnqılab qızının Cavabdeh Lətıf oğluna qarşı arxitektura qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin özülünün sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı İnqılab qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. İddiaçı İnqılab qızından 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-86/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-86/2025
30.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver