Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-872/2022 03.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğumun qeyd edilməsinin müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək 08 aprel 2011-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olmaqla X14 ilə ailə qurmuşdur. Həmin vaxt nikahlarını rəsmiləşdirməmişlər. Birgə faktiki nikahlarından 08 aprel 2011-ci il tarixdə Səid, 26 avqust 2014-cü il tarixdə Leyla və 20 iyul 2020-ci il tarixli Dəniz adlı üç övladları doğulmuşdur. Qızları Leyla və Dəniz üçün doğum haqqında sənəd almış, oğlu Səid üçün isə sənəd ala bilməmişlər. Əri çoban işləyir. Qış vaxtı qışlaqda, yay vaxtı isə yaylaqda olurlar. Oğlu Səid qışlaqda olduqları vaxtda doğulmuşdur. Oğlu doğulduğu vaxt həkimə müraciət etməyə imkanları olmamışdır. Uşaq hal-hazırda tam sağlamdır və heç bir fiziki qüsuru yoxdur. Oğlu Səid 16 may 2022-ci il tarixdə uşaq poliklinikasında həkim müayinəsindən keçmiş və onun praktiki sağlam olması barədə arayış verilmişdir. Uşağın doğum haqqında şəhadətnaməsinin olmaması onun hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Səidə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etmişdir, lakin ilkin tibbi sənədlər olmadığından uşağın doğumunun qeydə alınması mümkün olmamış və doğumun qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda oğlu sağlam olmaqla onlarla birlikdə yaşayır. 08 aprel 2011-ci il tarixində İsmayıllı rayonun Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktını qohumları və qonşuları da təsdiq edirlər. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs müdiri X24 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi oğluna doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X6 ifadə verərək göstərdi ki, ərizəçi onun gəlinidir. Oğlu ilə gəlini faktiki nikahla ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 08 aprel 2011-ci il tarixdə Səid, 26 avqust 2014-cü il tarixdə Leyla və 20 iyul 2020-ci il tarixli Dəniz adlı üç uşaqları doğulmuşdur. Leyla və Dəniz adlı uşaqlara müvafiq sənədlər alınmışdır. Lakin Səid qışlaqda ev şəraitində doğulduğundan ona xəstəxanadan tibbi şəhadətnamə alınmamışdır. Ərizəçinin 08 aprel 2011-ci il tarixdə bir oğlan uşağı doğmasını təsdiq edir. X5 və X15 X6 ilə eyniməzmunlu ifadə verərək ərizəçinin 08 aprel 2011-ci il tarixdə bir oğlan uşağı doğmasını təsdiq edir. Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 3/814 nömrəli çıxarışın surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1991-ci ildə Kürdəmir rayon Ərəbqubalı kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 403882 nömrəli 06 may 2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən ki, X4 Vüsalə Yadigar qızından 26 avqust 2014-cü il tarixdə doğulmuş X7 atası hesab edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 06 may 2022-ci il tarixli AZ-İV 713399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 avqust 2014-cü il tarixdə doğulmuş, atası X14, anası isə Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 433863 nömrəli 06 may 2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən ki, X4 Vüsalə Yadigar qızından 20 iyul 2020-ci il tarixdə doğulmuş X8 atası hesab edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 06 may 2022-ci il tarixli AZ-İV 713400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 iyul 2020-ci il tarixdə doğulmuş, atası X14, anası isə Ərizəçidır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X36 tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 05-02-320/2022 nömrəli arayışından görünür ki, ərizəçi 2011-ci il tarixdə İsmayıllı RMX-nın Mama-Ginekologiya şöbəsində uşaq dünyaya gətirməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 05 / Q 270 / nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi 08 aprel 2011-ci il tarixdə doğulmuş kişi cinsli uşaqa doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və lakin oğlunun doğum akt qeydi aşkar edilməmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İsmayıllı RMX-sı PHŞ-in ASM şöbəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 322 nömrəli arayışdan görünür ki, ərizəçinin 08 aprel 2011-ci il təvəllüdlü övladı İsmayıllı RMXsı PHŞ-in ASM şöbəsində 16 may 2021-ci il tarixdə tibbi müayinədən keçmiş, praktiki sağlamdır. İsmayıllı rayon İHB-nın Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 241 nömrəli arayışından görünür ki, X1 yaşayış, qeydiyyatdadır və ailə tərkibi aşağıdakı kimidir: özü-X16, arvadı-Ərizəçi, qızı-X11, qızı-X13, oğlu-X18. X9 doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxxxx 1991-ci ildə Kürdəmir rayon Ərəbqubalı kəndində anadan olmuşdur. Ərizəçinin X14 ilə faktiki nikahlarından 08 aprel 2011-ci il tarixdə Səid, 26 avqust 2014-cü il tarixdə Leyla və 20 iyul 2020-ci il tarixli Dəniz adlı üç uşaqları doğulmuşdur. Leyla və Dəniz adlı iki uşağa müvafiq sənədlər alınmışdır. 08 aprel 2011-ci il tarixdə doğulmuş Səid adlı uşaq isə ev şəraitində doğulduğundan və doğum haqqında tibbi şəhadətnamə almaq üçün vaxtında müraciət olunmadığından uşağa doğum haqqında tibbi şəhadətnamə yazılmamış, hazırda da köhnə tarixə həmin tibbi şəhadətnamənin yazılması mümkün olmamışdır. Uşaq sağlam olmaqla İsmayıllı rayonun Qubaxəlilli kəndində ərizəçinin himayəsində yaşayır. Ərizəçi 08 aprel 2011-ci il təvəllüdlü uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə və “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X34 müraciət etmiş, müraciətinin təmin olunması mümkün olmamış və doğumun qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin uşağının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, 08 aprel 2011-ci il təvəllüdlü uşağın doğum haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi olmasa da onun həmin tarixdə doğulması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğumunu təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 08 aprel 2011-ci tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-872/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-872/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver