Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-878/2023 12.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə 12 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək X8 onun nənəsi olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 iyun 2023-cü il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********97-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 331,6 kv.m olan iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o xx xxxxxx 1955-ci il tarixdə İsmayıllı rayon Qalagah kəndində anadan olmuşdur. X1 və X22, atasının valideynləri X30 və X12 olmuşdur. Atası körpə olanda X2 vəfat etmiş, babası 22 dekabr 1948-ci il tarixdə X23 ilə ailə qurmuş və İntizar babasının soyadına uyğun Yəhyayeva soyadını götürmüşdür. İntizarın qardaş-bacısı olmamış, ailə qurduqdan sonra da övladı olmamışdır. Atası İsmayıl 08 may 1975-ci il tarixdə, babası Mirzə 04 fevral 1990-cı il tarixdə, nənəsi İntizar 18 sentyabr 1999-cu il tarixdə, anası Zərxanım isə 06 iyun 2010-cu il tarixdə vəfat etmişlər. Nənəsi İntizar vəfat etdiyi günə qədər onlarla bir ailədə yaşamışdır. Onun bütün dəfn və hüzur mərasimlərinin xərcini o çəkmiş, qəbir daşını düzəltdirmişdir. X20 İsmayıllı rayonun Cülyan kəndində 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Nənəsi İntizarın birinci və ikinci növbəli vərəsələri yoxdur. Müraciətinə əsasən Notariat Ofisi tərəfindən araşdırma aparılmış, o İntizarın vərəsəsi müəyyən edilmişdir. O, nənəsindən miras qalan əmlakları faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə edir. Evin qaz və işıq sayğaclarını öz adına sənədləşdirmiş, evə aid bütün kommunal xərcləri, torpaq vergisini o ödəyir. Nənəsindən qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, lakin nənəsi ilə qohumluğunu təsdiq edən sənəd olmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X5 ilə qohumluq əlaqələrinin müəyyən olunması məhkəmədən kənar mümkün deyildir. Ona görə də X8 onun nənəsi olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 iyun 2023-cü il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********97-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 331,6 kv.m olan iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid X18 ifadə verərək göstərdi ki, o, Ərizəçi qardaşıdır. X6 və anası X15r. Atasının valideynləri X30 və X12 olmuşdur. X2 vəfat etdikdən sonra babası 1948-ci ildə X23 ilə ailə qurmuş və İntizar babasının soyadına uyğun Yəhyayeva soyadını götürmüşdür. İntizar ailədə tək olmuş, qardaş-bacısı olmamış, ailə qurduqdan sonra da övladı olmamışdır. Atası İsmayıl 1975-ci ildə, babası Mirzə 1990-cı ildə, nənəsi İntizar 1999-cu ildə, anası Zərxanım isə 2010-cu ildə vəfat etmişlər. Nənəsi İntizar vəfat etdiyi günə qədər qardaşı Rəfaellə bir ailədə yaşamışdır. Onun bütün dəfn və hüzur mərasimlərinin xərcini qardaşı Rəfael çəkmişdir. X20 İsmayıllı rayonun Cülyan kəndində 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Nənəsi İntizarın birinci və ikinci növbəli vərəsələri yoxdur. Ərizəçi İntizardan miras qalmış evdə yaşayır, miras əmlakını faktiki qəbul edərək sahiblik və idarə edir. O, X8 ərizəçinin nənəsi olması, X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsini təsdiq edir və miras əmlakdan heç bir pay tələb etmədiyini bildirir. X3 və X16 şahid X18 ilə eyni məzmunlu ifadə verərək X8 ərizəçinin nənəsi olması, X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etdilər və miras əmlakdan heç bir pay tələb etmədiklərini bildirdilər. X11 ifadə verərək göstərdi ki, ərizəçi onun yaxın qohumudur. X17 ərizəçinin nənəsidir və vəfat etdiyi günə qədər ərizəçi ilə birlikdə yaşamışdır. İntizarın dəfn və yas mərasiminin xərclərini ərizəçi çəkmişdir. Ərizəçi İntizardan miras qalmış evdə yaşayır və ondan qalan miras əmlakları faktiki olaraq qəbul edərək idarə edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş -ИЖ 187592 nömrəli 15 fevral 1955-ci il tarixli doğum haqqında şəhadətnamənin və AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə İsmayıllı rayonun Qalagah kəndində anadan olmaqla İsmayıllı rayonun Cülyan kəndində yaşayır. Valideynləri - X6, anası X15r. -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli 553 nömrəli çıxarışdan görünür ki, X25 11 mart 1924-cü il tarixdə İsmayıllı rayonun Qələyə kəndində anadan olmuş, atası X30, X4r. -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli 60 nömrəli arayışdan görünür ki, X9 ilə X23 arasında 22 dekabr 1948-ci il tarixdə nikah bağlanmış, ərə Yəhyayev, arvada Yəhyayeva soyadı verilmişdir. -Talıstan kənd icra hakimiyyəti tərəfindən verilmiş 26 sentyabr 1999-cu il tarixli Az 023825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. -İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 319586 nömrəli arayışdan görünür ki, X21 08 may 1975-ci il tarixdə vəfat etmişdir. -İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 409794 nömrəli arayışdan görünür ki, X19 06 iyun 2010-cu il tarixdə vəfat etmişdir. -İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 251771 nömrəli arayışdan görünür ki, X9 04 fevral 1990-cı il tarixdə vəfat etmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Cülyan kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 331,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X13 məxsusdur. -Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonun Cülyan kəndində yerləşən iki mərtəbəli 3 otaqlı ümumi sahəsi 331,6 kv.metr, yaşayış sahəsi 74,8 kv.metr, köməkçi sahəsi 256,8 kv.metrdən ibarət olan fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. -İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli 3-48- 23RA/2-1/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, İsmayıllı rayonun Talıstan kənd İƏD üzrə RİHB-nin nümayəndəliyinin 65 nömrəli Arxiv fondunda saxlanan 1991- 2000-ci illərin Təsərrüfatbaşına kitablarında mərhum X8 ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimidir: ailə başçısı-X17 1900-ci il təvəllüd. Torpaq sahəsi cəmi: 0,12 ha. Evin tikli tarixi: qeyd olunmayıb. -İsmayıllı rayon Cülyan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, ərizəçi mərhum nənəsi X17 18 sentyabr 1999-cu il tarixində vəfat edən gündən bu günə qədər ona məxsus olan İsmayıllı rayonu Cülyan bələdiyyəsi ərazisində yerləşən torpaq sahələrini və fərdi yaşayış evini idarə etmiş, sahiblik etmiş, aqrotexniki qulluq göstərmiş, torpaq və əmlak vergisini vaxtında ödəmişdir. -İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli 251 nömrəli məktubundan görünür ki, 18 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi Ərizəçi müəyyən olunmuşdur. -İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 491 nömrəli məktubdan görünür ki, ərizəçi 18 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, sənədlərdə qohumluq münasibəti sübuta yetirilmədiyindən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İsmayıllı rayon İHB-nin Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli 163 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Cülyan kənd sakini Ərizəçi ondan ötrü ki, o həqiqətən İsmayıllı rayonunun Cülyan kəndində nənəsi mərhumə X13 məxsus fərdi yaşayış evində yaşayır. X17 18 sentyabr 1999-cu ildə vəfat etmiş, vəfat edənə qədər birgə yaşamışlar və dəfn xərcini nəvəsi Ərizəçi çəkmişdir. Hal-hazirda həmin yaşayış evinin bütün komunal xərclərini Ərizəçi ödəyir. -“Azəriqaz” X39 X47 İdarəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli 010B-0085 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Cülyan kəndində yaşayn Ərizəçi X52 İstismar İdarəsinin İsmayıllı xidmət sahəsinin AGİS proqramında abonent kimi qeydiyyatdadır və 10 iyul 2023-cü il tarixə borcu yoxdur. (abonent kodu: **********1570, sayğacın son göstəricisi 9775, sayğac nömrəsi ********). -X26 Təchizatı və Sarış İdarəsi İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli 26/27 nömrəli arayışdan görünür ki, Ərizəçi **********00027 kodu altında Cülyan kəndində 11 sentyabr 2015-ci il tarixindən İsmayıllı EŞ-də qeydiyyatdadır və həmin ünvanda istifadə etdiyi elektrik enerjisinə görə 07 iyul 2023-cü il tarixə abonentin heç bir borcu yoxdur. -İsmayıllı rayon İHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli 169 nömrəli arayışdan görünür ki, X17 həqiqətən İsmayıllı rayonun Cülyan kəndində nəvəsi Ərizəçi ilə bigə yaşamış, 18 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. X8 övladı olmamış, hal-hazırda onun birinci və ikinci dərəcəli vərəsəsi qalmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İsmayıllı rayonun Cülyan kəndində yaşayır. Ərizəçinin X6, anası X19, atasının valideynləri X30 və X10 olmuşdur. Ərizəçinin babası Mirzə Yahyayev 22 dekabr 1948-ci il tarixdə X23 ilə ailə qurmuş, İntizar ərinin soyadına uyğun Yəhyayeva soyadını götürmüşdür. Ərizəçinin atası İsmayıl 08 may 1975-ci il tarixdə, babası Mirzə 04 fevral 1990-cı il tarixdə, nənəsi İntizar 18 sentyabr 1999-cu il tarixdə, anası Zərxanım isə 06 iyun 2010-cu il tarixdə vəfat etmişlər. X7 İsmayıllı rayonun Cülyan kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 331,6 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi mərhum nənəsi X17 vəfat edən gündən bu günə qədər ona məxsus olmuş İsmayıllı rayonu Cülyan bələdiyyəsi ərazisində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini idarə və sahiblik etmiş, aqrotexniki qulluq göstərmiş, torpaq və əmlak vergisini vaxtında ödəmişdir. X8 vəfat etdiyi 18 sentyabr 1999-cu il tarixədək ərizəçi ilə birgə yaşamış, vəfat etdikdən sonra dəfn xərcini nəvəsi olan ərizəçi çəkmişdir. Hazırda ərizəçi mərhum nənəsi X13 məxsus İsmayıllı rayonunun Cülyan kəndində yerləşən fərdi yaşayış evində yaşayır, fərdi yaşayış evinin qaz və elektirik sayğacları ərizəçinin adına qeydiyyatdadır həmin yaşayış evinin bütün komunal xərclərini ərizəçi ödəyir və həmin ünvanda istifadə olunan elektrik enerjisinə və təbii qazdan istifadəyə görə heç bir borc yoxdur. X8 övladı olmamış, hal-hazırda onun birinci və ikinci dərəcəli vərəsələri qalmamışdır. İsmayıllı rayon Notariat Ofisi tərəfindənr 1999-cu il tarixdə vəfat etmiş X8 vərəsəsinin Ərizəçi olduğu müəyyən edilmişdir. Ərizəçi İsmayıllı rayon Notariat ofisinə müraciət edərək mərhum X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdə İntizar Yəhyayeva ilə ərizəçinin qohumluq münasibəti sübuta yetirilmədiyindən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi İntizar Yəhyayevanın onun nənəsi olmasını təsdiq edən sübutu əldə edə bilməmişdir. Ona görə də ərizəçi X8 onun nənəsi olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 iyun 2023-cü il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********97-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Göstərilən faktları məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələri ilə təsdiq edilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası bərabər pay hüquqlu vərəsələr sayılırlar. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. X8 ərizəçinin nənəsi olması, X7 miras qalan İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması başqa qaydada mümkün deyildir. Məhkəmə X8 ərizəçinin nənəsi olması faktına münasibət bildirərək qeyd edir ki, ərizəçinin ata babası olmuş X9 22 dekabr 1948-ci il tarixdə X23 ilə nikah bağlamış, arvada Yəhyayeva soyadı verilmişdir. Həmin vaxtdan başlayaraq İntizar Yəhyayeva ərizəçinin atasına analıq etmiş, vəfat edən günədək bir ailədə yaşamışlar. Ərizəçinin əvvəl atası, sonra isə babası vəfat etmişdir. İntizar Yəhyayeva vəfat edən günə kimi ərizəçi ilə bir evdə yaşamışdır. Buna baxmayaraq ərizəçi İntizar Yəhyayeva ilə qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X8 tam mülkiyyətində İsmayıllı rayonun Cülyan kəndində 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Ərizəçinin X6 08 may 1975-ci il tarixdə, babası X32 04 fevral 1990-cı il tarixdə, nənəsi X17 18 sentyabr 1999-cu il tarixdə, anası X19 06 iyun 2010-cu il tarixdə vəfat etmişlər. Ərizəçinin nənəsi İntizar Yəhyayeva vəfat etdikdən sonra ondan miras qalan əmlakları ərzəçi faktiki olaraq qəbul edərək idarə edir. Miras qoyan İntizar Yəhyayevanın birinci və ikinci növbə vərəsələri yoxdur. Hazırki iş üzrə ərizəçi mərhum İntizar Yəhyayevanın qanun üzrə üçüncü növbədə vərəsəsidir. Miras qoyan vəfat etdiyi günədək ərizəçinin yanında yaşamışdır. Bununla da ərizəçi qanun üzrə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından X8 ərizəçinin nənəsi olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 iyun 2023-cü il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********97-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X7 miras qalan, İsmayıllı rayonun Cülyan kəndində mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 331,6 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizəçi ərizəsi təmin edilsin. X8 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 07 iyun 2023-cü il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********97-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X8 mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 331,6 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-878/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-878/2023
12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver