Məhkəmə qərarları › İş №2(037)-905/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-905/2020

16.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-905/2020 16.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçi Salmanov Kamı̇ l Əlövsət oğlunun İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Salmanov Kamı̇ l Əlövsət oğlu (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək xx xxxxxxx 1988-ci ildə vəfat etmiş atası Salmanov Əlövsət Şıxalı oğlundan miras qalmış İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.14 hektar hissəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə (bundan sonra ərizəçinin nümayəndəsi) məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçinin nümayəndəsi izahat verərək göstərdi ki, 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evi ərizəçinin atası Salmanov Əlövsət Şıxalı oğluna məxsus olmuşdur. Ərizəçinin qardaşı Xaqani Salmanov 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini adına rəsmiləşdirmiş və həmin torpaq sahəsində özünə miras evdən ayrı fərdi yaşayış evi tikmişdir. Ərizəçi atası Əlövsət Salmanovun sağlığında atası ilə birlikdə həmin evdə yaşamışdır. Ərizəçinin atası xx xxxxxxx 1988-ci ildə vəfat etmişdir. Ərizəçi mərhum atasının vəfatından sonra anası ilə birlikdə atasından miras qalmış evdə yaşamağa davam etmişdir. Ərizəçinin anası Şahid4 Hümbət qızı xx xxxxx 1998-ci ildə vəfat etmişdir. Mərhum anasının vəfatından sonra ərizəçi o və uşaqları ilə birlikdə miras evdə yaşamış, evin kommunal xidmətlər üçün haqlarını ödəmiş və mirası faktiki qəbul edərək idarə etmişdir. Mərhum Əlövsət Salmanovun digər birinci növbəli vərəsələri olan ərizəçinin qardaşları mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq edirlər. Miras əmlakla bağlı onlar arasında heç bir mübahisə yoxdur. Ərizəçi miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, lakin notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının məhkəmədən kənar təsdiqi mümkün deyildir. Ona görə də ərizəçi xx xxxxxxx 1988-ci ildə vəfat etmiş atası Salmanov Əlövsət Şıxalı oğlundan miras qalmış İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.14 hektar hissəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid1 bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə üç qardaşdırlar, bacısı yoxdur. Atası Əlövsət Salmanov sağ ikən ərizəçi ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1979-cu ildə inşa edilmiş fərdi yaşayış evində yaşamışdır. O isə atasına məxsus 0.20 hektar torpaq sahəsinin 0.06 hektar hissəsində özünə fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin evdə yaşamış və 0.06 hektar torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Digər qardaşı da özünə ayrı ev tikərək ailəsi ilə birlikdə yaşamışdır. Atası xx xxxxxxx 1988-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ərizəçi anası ilə birlikdə atasından miras qalmış evdə yaşamışdır. Anası xx xxxxx 1998-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ərizəçi ailəsi ilə birlikdə miras evdə yaşamağa davam etmişdir. Onun və digər qardaşı Bəhruzun atasından miras qalmış əmlaka dair iddiaları yoxdur. O, İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən mərhum atası Əlövsət Salmanovdan miras qalmış 0.14 hektar torpaq sahəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa edilmiş fərdi yaşayış evinin ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq edir. Şahid2 bildirdi ki, ərizəçi onun qardaşıdır. Atası Əlövsət Salmanov sağ ikən ərizəçi ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1979-cu ildə inşa edilmiş evdə yaşamışdır. Atası xx xxxxxxx 1988-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ərizəçi əvvəlcə anası ilə birlikdə miras evdə yaşamış, 1998-ci ildə anası vəfat etdikdən sonra da ailəsi ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. O, özünə ayrı ev tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Onun və digər qardaşının atasından miras qalmış əmlaka dair iddiaları yoxdur. O, mərhum atası Əlövsət Salmanovdan miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq edir. Şahid3 bildirdi ki, ərizəçi onun qaynıdır. Qaynatası Əlövsət Salmanov sağ ikən ərizəçi ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən evdə yaşamışdır. Qaynatasının vəfatından sonra ərizəçi ilk öncə qaynanası ilə, daha sonra ailəsi ilə birlikdə miras evdə yaşamışdır. Onlar isə qaynatasına məxsus 0.20 hektar torpaq sahəsinin 0.06 hektar hissəsində özlərinə fərdi yaşayış evi inşa edərək ərizəçi və ailəsindən ayrı yaşamışlar. X7 0.06 hektar torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. O, mərhum qaynatası Əlövsət Salmanovdan miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq edir. Şahid4 bildirdi ki, ərizəçi onun əmisidir. Onlar əmisigilin evlərindən aşağı hissədə yerləşən özlərinə məxsus evdə yaşayırlar. Əmisigil isə ayrı evdə yaşayırlar. xx xxxxxx 1966-cı il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Salmanov Kamı̇ l Əlövsət oğlu xx xxxxxx 1966-cı ildə doğulmuş, atası Salmanov Əlövsət Şıxalı oğlu, anası Şahid4 Hümbət qızıdır. 1988-ci ilin mart ayında verilmiş texniki pasportdan müəyyən olunur ki, sahəsi 2000 kv.m olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş ümumi sahəsi 102.7 m2 olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi Salmanov Əlövsət Şıxalı oğlunun adına qeydə alınmışdır. xx xxxxxxxx 2020-ci il tarixli AZ-İİ 112052 nömrəli təkrar ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Salmanov Əlövsət Şıxalı oğlu xx xxxxxxx 1988-ci il tarixdə vəfat etmişdir. xx xxxxx 1998-ci il tarixli 299148 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid4 Hümbət qızı xx xxxxx 1998-ci il tarixdə vəfat etmişdir. Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2010-cu il tarixdə 3411 nömrə ilə qeydə alınmış A № 273744 saylı torpaq sahəsinin plan və ölçü sənədindən müəyyən olunur ki, İsmayıllı rayon X1 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə 600 kv.m həyətyanı torpaq sahəsi Şahid1 ayrılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxxx 2020-ci il tarixli 2795 nömrəli arayışından görünür ki, 31 nömrəli təsərrüfatbaşına kitabın 148-ci səhifəsinə 3074 nömrəli şəxsi hesaba əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 8-də xx.xx.1966-cı il təvəllüdlü Salmanov Kamı̇ l Əlövsət oğlu, xx.xx.1973-cü il təvəllüdlü Nümayəndə, xx.xx.1994-cü il təvəllüdlü X2, xx.xx.1996-cı il təvəllüdlü X3, xx.xx.1961-ci il təvəllüdlü Şahid3 və xx.xx.1999-cu il təvəllüdlü Şahid4 qeydiyyatdadırlar. İsmayıllı rayon Notariat Ofisinin xx xxxxxxxx 2020-ci il tarixli 1408 nömrəli məktubundan görünür ki, Salmanov Kamı̇ l Əlövsət oğlu xx xxxxxxx 1988-ci il tarixdə vəfat etmiş atası Salmanov Əlövsət Şıxalı oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, müraciətə əsasən Kamı̇ l Salmanova qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli **********19 nömrəli sorğuya cavab məktubundan görünür ki, Xidmətin 9 saylı X4 arxiv materiallarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən Salmanov Əlövsət Şıxalı oğlunun adına tərtib edilmiş JN 1743F saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilməmişdir. Sərf olunmuş kommunal xidmətlər üçün haqları müəyyən edən bildirişlərdən və ödəniş qəbzlərindən görünür ki, kommunal xidmətlər üçün haqlar ayrı-ayrı vaxtlarda ərizəçi tərəfindən ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinn 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı (keçmiş Аzərbаycаn SSR) Mülki Məcəlləsinin maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 527-ci mаddəsinə əsаsən vərəsəlik qаnun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci mаddəsinə görə vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə аçılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin atası Əlövsət Salmanov xx xxxxxxx 1988-ci ildə, anası Şahid4 xx xxxxx 1998-ci ildə vəfat etmişdir. İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evi miras qalmışdır. Ərizəçinin qardaşı Xaqani Salmanov 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini adına rəsmiləşdirmiş və həmin torpaq sahəsində özünə ayrı fərdi yaşayış evi tikmişdir. Ərizəçi valideynlərindən miras qalmış 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.14 hektar hissəsinə və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmişdir. Notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması səbəbi ilə ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi atasının sağlığında atası ilə birlikdə, atasının vəfatından sonra anası ilə birlikdə miras evdə yaşamışdır. 1998-ci ildə anası vəfat etdikdən sonra ərizəçi ailəsi ilə birlikdə miras evdə yaşamış, evin kommunal xidmətlər üçün haqlarını ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mərhum Əlövsət Salmanovun digər birinci dərəcəli vərəsələri məhkəmə prosesində şahid qismində dindirilmiş, miras əmlaka dair iddialarının olmadığını bildirmiş və mərhum atasından miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etmişlər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxxx 1988-ci ildə vəfat etmiş Salmanov Əlövsət Şıxalı oğlundan miras qalmış İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.14 hektar hissəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evinin Salmanov Kamı̇ l Əlövsət oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin edilsin. xx xxxxxxx 1988-ci ildə vəfat etmiş Salmanov Əlövsət Şıxalı oğlundan miras qalmış İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 ünvanında yerləşən 1988-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.14 hektar hissəsi və həmin torpaq sahəsində 1979-cu ildə inşa olunmuş fərdi yaşayış evinin Salmanov Kamı̇ l Əlövsət oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar