Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-906/2024 14.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İnqı̇ lab qızının Cavabdeh Lətı̇ f oğluna qarşı həyətyanı torpaq sahəsinə gedən ictimai yolun açılması, ictimai yolda inşa edilən fərdi yaşayış evinin özülünün sökülməsi və yolun əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki işə 14 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İnqı̇ lab qızı Cavabdeh Lətı̇ f oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 21 oktyabr 2014-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********91 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 61 nömrəli reyestr kitabının 39-cu vərəqində qeydiyyata alınaraq verilmiş RX seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq mülkiyyətində olan, İsmayıllı rayonu Talıstan kəndində (hazırda İsmayıllı şəhəri, A.Mahmudov küçəsində) yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən, cavabdeh tərəfindən zəbt edilmiş ictimai yolun açılması, ictimai yolda inşa edilən fərdi yaşayış evinin özülünün sökülməsi, yolun əvvəlki vəziyyətinə gətirilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı ərizə təqdim edərək iddia tələbinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanaı cavabdeh ərizə təqdim edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İnqı̇ lab qızının Cavabdeh Lətı̇ f oğluna qarşı həyətyanı torpaq sahəsinə gedən ictimai yolun açılması, ictimai yolda inşa edilən fərdi yaşayış evinin özülünün sökülməsi və yolun əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı İnqı̇ lab qızına qaytarılsın. İddiaçı İnqı̇ lab qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-906/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-906/2024
14.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver