Məhkəmə qərarları › İş №2(037)-918/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-918/2023

06.10.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-918/2023 06.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan olunması ərizəsinə dair mülki işə 06 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək 20 may 1989-cu il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş oğlu X6 ölmüş elan edilməsi və ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu Rahib Osmanlı 20 may 1989-cu il tarixdə İsmayıllı rayon Mollaisaqlı kəndində doğulmuşdur. Rahib 2014-cü ilin iyul ayında ərəb dili üzrə təhsil almaq adı ilə Türkiyə Respublikasına getmiş, lakin sonradan onlara məlum olmuşdur ki, Türkiyə Respublikasından Suriya Respublikasının ərazisinə keçərək dini ekstremist quruplara qoşulmuşdur. Rahib Türkiyəyə gedənədək doğulduğu Mollaisaqlı kəndində qeydiyyatda olmuşdur. Rahib onlarla sonuncu dəfə 2018-ci ilin mart ayında telefon əlaqəsi saxlamışdır. Həmin ilin may ayında Suriya-İraq ərazisində fəaliyyət göstərən İŞİD dini ekstrmist qurumu məhv edilmişdir. Oğlunu və ailəsini tanıyan, Suriyada yaşayan azərbaycanlı qadınla 2020-ci ildə mobil telefon nömrəsi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, oğlu X16 şəhərində Rus aviasiyası tərəfindən həyata keçirilən bombardıman zamanı həlak olmuşdur. Rahibin ailə qurduğu çeçen əsilli qadın da həmin faktı təsdiq edir. Hazırda Rahibdən heç bir xəbər yoxdur, heç bir əlaqə saxlanılmayıbdır. Oğlunun İŞİD-ə qarşı koalisiya qüvvələrinin apardığı son döyüşlərdə həlak olduğunu güman edir. Oğlu Rahibin və digər ailə üzvlərinin birgə mülkiyyətərində torpaq sahəsi vardır. Oğlunun döyüşlərdə həlak olması barədə rəsmi sənəd olmadığına görə həmin torpaq sahəsinə dair sərəncamvermə hüququnu həyata keçirə bilmir. Oğlunun ölmünə dair sənədi başqa qaydada əldə edə bilmir. Bu faktın təsdiq olunması isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X9 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu Rahibin ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. X17 2014-cü ilin iyul ayında ərəb dili üzrə təhsil almaq adı ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Respublikasının ərazisinə keçərək dini ekstremist quruplara qoşulmuşdur. Rahiblə sonuncu dəfə 2018-ci ilin mart ayında telefon əlaqələri olmuşdur. Sonradan əlaqələri kəsilmişdir. Altı ilə yaxındır qardaşından heç bir xəbərləri yoxdur. Qardaşının Suriya Respublikasında gedən döyüşlərdə həlak olduğunu güman edir. X2 X4 ilə eyniməzmunlu ifadə verərək qardaşı X14 respublikasında döyüşlərdə həlak olmasını təsdiq etdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İsmayıllı RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi 08 avqust 1958-ci il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş, İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 5-də yaşayır. XİV- ЖГ seriyalı 365480 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 valideynləri X11 və X3r. İsmayıllı RPŞ tərəfindən verilmiş AZE seriyalı 05328806 nömrəli şəxsiyyət vəsiqəsinin vəsiqəsinin surətindən görünür ki, X6 20 may 1989-cu il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olması, İsmayıllı rayonun Mollaisaqlı kəndində yaşaması qeyd olunmuşdur. Ərizənin surətindən görünür ki, ərizəçi 20 may 1989-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş X6 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(001)-10845 nömrəli qətnaməsinin surətindən görünür ki, X6 (doğulduğu tarix xx.xx.1989-cu il, doğulduğu yer İsmayıllı rayonu) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İsmayıllı rayon İHB-nın Mollaisaqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 250 nömrəli 14 iyul 2023-cü il tarixli arayışdan görünür ki, ərizəçinin 20 may 1989-cu il təvəllüdlü oğlu X1 rayonu Mollaisaqlı kəndində qeydiyyatda olsa da 2014-cü ilin ortalarından hal-hazıradək ərazidə olmamışdır. Valideyinlərinin dediyinə görə 2014-cü ilin iyul ayında təhsil almaq adı ilə Türkiyə Respublikasına getmiş, lakin Türkiyə ərazisindən Suriya dövlətinin ərazisinə keçərək dini ekstremist qruplara qoşulmuşdur. 2018-ci ilin mart ayından Rahiblə valideyinlərinin bütün əlaqələri kəsilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli 84/2-21549 nömrəli məktubundan görünür ki, 20 may 1989-cu il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş, İsmayıllı rayonun Mollaisaqlı kəndində qeydiyyatda olmaqla yaşamış X12 barəsində İsmayıllı RPŞ-də hər hansı təqsirləndirici material, axtarış işi və ya cinayət işi yoxdur. Maraqlı şəxs 03-16-5/8-15-438/23 nömrəli məktubundan görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu Rahib Osmanlı 20 may 1989-cu il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuşdur. Ərizəçi izahatında, şahidlər ifadələrində Rahibin 2014-cü ilin iyun ayında Türkiyə Respublikasına, oradan da Suriya Respublikasının ərazisinə keçərək dini ekstremist quruplara qoşulmasını göstərirlər. Ərizəçinin 2018-ci ilin mart ayına qədər oğlu ilə telefon əlaqələri olmuş, sonradan əlaqələri kəsilmişdir. İsmayıllı rayon İHB-nın Mollaisaqlı kənd İƏD üzrə nümayəndəliyi 20 may 1989-cu il təvəllüdlü X6 İsmayıllı rayonu Mollaisaqlı kəndində qeydiyyatda olmasına baxmayaraq 2014-cü ilin ortalarından hal-hazıradək ərazidə olmadığını, 2014-cü ilin iyul ayında təhsil almaq adı ilə Türkiyə Respublikasına getdiyini, oradan Suriya dövlətinin ərazisinə keçərək dini ekstremist qruplara qoşulduğunu, 2018-ci ilin mart ayından Rahiblə valideyinlərinin bütün əlaqələrinin kəsildiyini göstərir. Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(001)-10845 nömrəli qətnaməsi ilə X6 (doğulduğu tarix xx.xx.1989-cu il, doğulduğu yer İsmayıllı rayonu) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İsmayıllı rayon X15 rayonun Mollaisaqlı kəndində anadan olmuş, İsmayıllı rayonun Mollaisaqlı kəndində qeydiyyatda olmaqla yaşamış X12 barəsində İsmayıllı RPŞ-də hər hansı təqsirləndirici material, axtarış və ya cinayət işinin olmadığını göstərir. Ərizəçi oğlu Rahib Osmanlıya ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Rahib Osmanlının ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Ərizəçinin oğlu barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Ötən 6 ilə yaxın müddət ərzində ərizəçi oğlundan heç bir məlumat almadığından oğlunun Suriya Respublikasında qanunsuz yaradılmış silahlı birləşmələrin tərkibində koalisiya qüvvələrinə qarşı aparılan döyüşlərdə həlak olduğu güman edilir. Lakin bu barədə rəsmi sənəd olmadığına görə oğlunun ölmünə dair şəhadətnamə ala bilmədiyindən birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair sərəncamvermə hüququndan istifadə edə bilmir. Ərizəçi oğlu X6 ölmüş elan edilməsi və ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məccəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin oğlu Rahib Osmanlının ölüm təhlükəsi törədən döyüş şəraitində həlak olduğunu güman etməyə kifayət qədər əsaslar vardır. Ona görə də ərizə təmin edilməli, X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41, 214-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 20 may 1989-cu il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş X12 ölmüş elan edilsin. X6 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar