Məhkəmə qərarları › İş №2(037)-92/2022

İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-92/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-92/2022 28.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Dəyanət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması və yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsi tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dəyanət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 İsmayıllı rayon Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında mülkiyyətində olan 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması, yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Dəyanət qızı məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İradə Əlizadə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı qızıdır. İsmayıllı rayon Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi 14A ünvanında 0.03 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 32.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətində olsa da, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən öz əmlakları kimi istifadə edirlər.İddiaçı ilk əvvəl cavabdehlərin hərəkətlərinin ötəri olduğunu düşünmüş və cavabdehlərin nənəsi, bibisi və əmiləri olduğundan aralarındakı yaxın qohumluq münasibətlərinə xələl gəlməməsinə, aralarında baş verənlərdən elobanın, qohum-əqrabanın bilməməsinə çalışmış və mübahisənin öz aralarında sülh yolu ilə həll edilməsini istəmişdir. Lakin cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsi və fərdi yaşayış evinin öz mülkiyyətlərində olduğunu bildirərək həmin evdə qanunsuz hərəkətlər etməyə başlamışlar. Belə ki, ötən dövür ərzində cavabdehlər iddiaçıya məxsus olan fərdi yaşayış evində Lahıc qəsəbəsinə gələn turistləri qəbul edərək müxtəlif şəxslərə icarəyə vermiş və onlardan müxtəlif məbləğlərdə gəlir əldə etmişlər. İddiaçı hər dəfə evə gələndə evin təhvil verildiyi kimi olmadığını cavabdehlərə bildirdikdə onlar evi icarəyə vermələrini inkar etmişlər. İddiaçı cavabdehlərdən bu hərəkətlərinə son qoyulmasını tələb etdikdə onlar buna əhəmiyyət verməmiş, ona və iddiaçıya qarşı hörmətsizlik nümayiş etdirmişlər. Bu səbəbdən də aralarında mübahisələr baş vermiş və xoşagəlməz vəziyyət yaranmışdır. Bundan başqa cavabdehlərin onu və iddiaçını tərbiyyəsiz söyüşlərlə söyüb təhqir etdiklərinə, şərəf və ləyaqətlərini alçaltdıqlarına görə barələrində məhkəmə qətnaməsi qəbul olunmuşdur. Buna baxmayaraq cavabdehlər məhkəmənin yekun aktından sonra da özlərində nəticə çıxarmayaraq iddiaçının mülkiyyət hüququnu pozmaqda davam etmişlər. İddiaçı cavabdehlərin təqsiri üzündən mülkiyyətində olan fərdi yaşayış evindən istədiyi kimi istifadə edə bilmir və fərdi yaşayış evinə vaxtlı-vaxtında daxil ola bilmir. İddiaçı hər dəfə evinə daxil olmaq istədikdə cavabdehlər tərəfindən müxtəlif maneələrlə rastlaşır. Göründüyü kimi iddiaçı özünə məxsus 0.03 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdehlər tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə olan maneələrə son qoyulmasını, yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsini cavabdehlərdən tələb etdikdə onlar buna öz etirazlarını bildirmişlər. Ona görə də iddiaçı cavabdehlərin qanunsuz əməllərinə son qoyulması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2009-cu il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ə.Bayramov küçəsində istifadədə olan 0.0263 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 32.8 kv.metr yaşayış sahəsindən ibarət 14 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətindən görünür ki, İsmayıllı rayonu,Lahıc qəsəbəsi, Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 32.80 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********40-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, bir mərtəbəli fərdi yaşayış evinin qarşı tərəfində evin dam hissəsində bir ədəd ağ rəngli müşahidə kamerası quraşdırılmışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 32.80 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməklə mülkiyyətçinin razılığı olmadan həmin evin qarşısında dam hissədə bir ədəd müşahidə kamerası quraşdırmaqla sonuncuya mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən istifadəsinə maneə olurlar. İddiaçı mülkiyyətində olan 0.03 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını cavabdehlər tərəfindən yaradılmış maneələrə görə sərbəst şəkildə həyata keçirə bilmir. İddiaçı İsmayıllı rayon Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında mülkiyyətində olan 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, yaşayış evinin qarşısında quraşdırılmış kameranın sökülərək götürülməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğinin cavabdehlərdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən onların iddia tələbinin mahiyyətinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********40- 10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş İsmayıllı rayon Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdehlər mane olduqlarından, həmçinin fərdi yaşayış evinin qarşısında iddiaçının razılığı olmadan cavabdehlər tərəfindən müşahidə kamerası quraşdırıldığından iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalı və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 tərəfindən İddiaçı Dəyanət qızının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulsun və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar