Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-920/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 Lətı̇ f oğlu və İddiaçı2 Cavabdeh Əzı̇ z oğluna qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 Lətı̇ f oğlu (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar və İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahələrindən Cavabdeh Əzı̇ z oğlu (bundan sonra cavabdeh) tərəfindən qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 07 noyabr 2018-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində rəsmiləşdirilmiş alğı-satqı müqaviləsi əsasında X3 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndi ərazisində yerləşən 0,1 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli A seriyalı 327174 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi onun mülkiyyətindədir. O, torpaq sahəsini aldığı gündən bu günədək cavabdeh həmin torpaq sahəsinin ona aid olduğunu bildirərərk onu ora buraxmamış və özü istifadə etmişdir. Onun mülkiyyət hüququları cavabdeh tərəfindən pozulmuşdur. Bu barədə dəfələrlə cavabdehə bildirsə də nəticəsi olmamışdır. Bu məsələnin məhkəmədən kənar həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahələrindən cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulmasını və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci iddiaçı məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə ikinci iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İkinci iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində İsmayıllı rayonu Buynuz kəndi ərazisində yerləşən 0,11 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 20 fevral 2018-ci il tarixli A seriyalı 209428 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi onun mülkiyyətindədir. O, mülkiyyətində olan torpaq sahəsinin ətrafını hasarlamış və orada müxtəlif meyvə tingləri əkmişdir. Bir müddətdən sonra həmin yerə getdikdə hasarın dağıdıldığını və orada heyvanların otladığını görmüşdür. Bu məsələ ilə maraqlandıqda hasarın cavabdeh tərəfindən dağıdıldığı məlum olmuşdur. O, dərhal cavabdehlə görüşmüş və sonuncu, hasarın dağıtdığını etiraf etmişdir. Cavabdeh həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh həmin torpaq sahəsinə dair rəsmi sənədinin olmasını bildirsə də ona heç bir sənəd təqdim etməmiş, əksinə o, qeyd olunan torpaq sahəsinə dair rəsmi sənədini göstərdikdə sonuncu, bunu qəbul etməmiş və həmin torpaq sahəsindən onun istifadə etməyinə yol verməyəcəyini bildirmişdir. Onun mülkiyyət hüququları cavabdeh tərəfindən pozulmuşdur. Bu barədə dəfələrlə cavabdehə bildirsə də nəticəsi olmamışdır. Bu məsələnin məhkəmədən kənar həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahələrindən cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulmasını və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Buynuz kəndində yaşayı. Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli qərarı ilə JN0009 KOD 40727048 nömrəli dövlət aktına əsasən İsmayıllı rayonu Buynuz kəndi ərazisindən onun və ailə üzvlərinin birgə mülkiyyətinə 1,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin qonşuluğunda yerləşir. Həmin torpaq sahəsinin 0,49 hektarı hissəsi ilə bağlı mübahisə vardır. O, 23 ildir ki, mübahisəli torpaq sahəsindən istifadə edir və torpaq sahəsinə onun tərəfindən qulluq edilərək nəzarət olunmuşdur. İddiaçılar iddia edir ki, 23 il onun istifadəsində olan torpaq sahəsi onlara məxsusdur. O, əgər mübahisəli torpaq sahəsi iddiaçılara məxsusdursa ona məxsus torpaq sahəsinin harada yerləşməsini göstərməsini sonunculara bildirmişdir. O, mülkiyyətinə verilmiş torpaq sahəsini əkib becərmiş, lakin maddi imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişdir. İddiaçılar sonradan gələrək başqa şəxslərdən torpaq sahəsi alaraq adlarına rəsmiləşdirmişlər. İddiaçıların iddia tələblərini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, cavadeh atasıdır. Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli qərarı ilə JN0009 KOD 40727048 nömrəli dövlət aktına əsasən İsmayıllı rayonu, Buynuz kəndi ərazisindən onun və ailə üzvlərinin birgə mülkiyyətinə 1,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi ikinci iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin torpaq sahəsinin 0,49 hektarı ilə bağlı mübahisə vardır. Mübahisəli torpaq sahəsi 23 ildir istifadələrindədir. İddiaçılar sonradan gələrək başqa şəxslərdən torpaq sahəsi alaraq adlarına rəsmiləşdirmişlər. Şahid qismində dindirilmiş X12 X1nun ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X2 ifadə verərək göstərdi ki, cavabdeh kəndçisidir. Onun mülkiyyətində olan torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. X11 qərarı ilə onların mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. İddiaçılar sonradan gəlib başqa şəxslərdən torpaq sahələri alaraq adlarına rəsmiləşdirmişlər. İddiaçıların torpaq sahələri ilə onların torpaq sahələri arasında sürüşmələr var və ona görə də həmin torpaq sahələri üst-üstə düşür. Ötən dövr ərzində türk mütəxəssislər tərəfindən onların torpaq sahələrində ölçü işləri aparılmışdır. Bir müddət sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahələri başqa şəxslərə satılmışdır. Bu məsələ ilə bağlı maraqlandıqda həmin torpaq sahələrində sürüşmələrin olduğu bildirilmişdir. Şahid qismində dindirilmiş X26, X13, X18 və X10 X2nun ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 07 noyabr 2018-ci il tarixli AN-İ №0736816 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X7 tam mülkiyyət hüququ üzrə mülkiyyətində İsmayıllı rayonu Buynuz kəndi ərazisində yerləşən 0,1 hektar torpaq sahəsini İddiaçı1 satmışdır. 15 noyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və A №327174 nömrəli torpaq sahəsini planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. 20 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və A №209428 nömrəli torpaq sahəsini planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. 17 dekabr 1999-cu il tarixli JN 0009 KOD 40727048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli 47 nömrəli qərarı ilə X19, X14, X15, X16, X17 və X6 birgə mülkiyyətinə İsmayıllı rayonu Buynuz kəndi ərazisindən 1,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 oktyabr 2021-ci il tarixli **********93 nömrəli və **********94 nömrəli mütəxəssis rəyindən görünür ki, Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasına əsasən **********41 reyestr nömrəli, 15 noyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsi və **********31 reyestr nömrəli, 20 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı2 mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, JN-0009 (KOD ********) nömrəli dövlət aktında göstərilən 0009A nömrəli, 0,4955 hektar (0009A nömrəli torpaq sahəsi JN-0009 (KOD ********) nömrəli dövlət aktında göstərilən ümumi sahəsi 1,83 hektar olan torpaq sahəsinin bir sahəsidir) kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsindən 36 metr məsafədə yerləşir. İddiaçı1 və İddiaçı2 mükiyyətində olan torpaq sahələri Cavabdeh tərəfindən zəbt olunmuş və torpaq sahələrində əkin işləri aparılmışdır. Mütəxəssis rəyinə görə ödəniləcək xidmət haqqı ümumilikdə 190 (bir yüz doxsan) manat təşkil edir. Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 15 noyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və A №327174 nömrəli torpaq sahəsini planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar torpaq sahəsi birinci iddiaçının mülkiyyətindədir. 20 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və A №209428 nömrəli torpaq sahəsini planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar torpaq sahəsi ikinci iddiaçının mülkiyyətindədir. JN 0009 KOD 40727048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Buynuz kəndi ərazisindən 1,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrindən cavabdehin qanunsuz istifadə etdiyini bildirirlər. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrindən cavabdehin qanunsuz istifadə etməsinə son qoyulmasını və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulmasını tələb edirlər. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin qonşuluğunda yerləşdiyini, həmin torpaq sahəsinin 0,49 hektarı hissəsi ilə bağlı mübahisə olduğunu, 23 ildir mübahisəli torpaq sahəsindən istifadə etdiyini, əkib becərdiyini, lakin maddi imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmədiyini, iddiaçıların sonradan gələrək başqa şəxslərdən torpaq sahələri alaraq adlarına rəsmiləşdirdiyini bildirərək iddiaçıların iddia tələblərini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən “Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mütəxəssis rəyi ilə müəyyən edildi ki, 15 noyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla birinci iddiaçının mülkiyyətində olan 0,1 hektar torpaq sahəsi və 20 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla ikinci iddiaçının mülkiyyətində olan 0,11 hektar torpaq sahəsi cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, JN-0009 (KOD ********) nömrəli dövlət aktında 0009A nömrə ilə göstərilən 0,4955 hektar kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsindən 36 metr məsafədə yerləşir. İddiaçıların mükiyyətlərində olan torpaq sahələri cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən cavabdehin qanunsuz istifadə etməsi iddiaçıların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə mütəxəssis rəyinə görə ödəniləcək xidmət haqqı olan 190 (bir yüz doxsan) manat məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1 Lətı̇ f oğlunun mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən Cavabdeh Əzı̇ z oğlu tərəfindən qanunsuz istifadəsinə son qoyulsun və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulsun. İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən Cavabdeh Əzı̇ z oğlu tərəfindən qanunsuz istifadəsinə son qoyulsun və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulsun. Cavabdeh Əzı̇ z oğlundan 190 (bir yüz doxsan) manat xidmət haqqı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN:**********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X36 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-920/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-920/2021
29.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver