Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-921/2021 26.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Göyüşov Ədalət Lətı̇ f oğlunun Cavabdeh Əzı̇ z oğluna qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə son qoyulması tələbi barədə mülki işin materiallarını 26 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: 2(037)-920/2021 nömrəli mülki iş üzrə iddiaçı Göyüşov Ədalət Lətı̇ f oğlu iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,1 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən Cavabdeh Əzı̇ z oğlu tərəfindən qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-921/2021 nömrəli mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,11 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən Cavabdeh Əzı̇ z oğlu tərəfindən qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Göyüşov Ədalət Lətı̇ f oğlunun Cavabdeh Əzı̇ z oğluna qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə son qoyulması tələbi barədə və İddiaçı Cavabdeh qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə qadağa qoyulması tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni torpaq sahələri mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Göyüşov Ədalət Lətı̇ f oğlunun Cavabdeh Əzı̇ z oğluna qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə son qoyulması tələbi barədə 2(037)- 920/2021 nömrəli və İddiaçı Cavabdeh qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin istifadəsinə son qoyulması və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə qadağa qoyulması tələbi barədə 2(037)-921/2021 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-920/2021 nömrəsi verilsin. Sədrlik edən Rəfayel Şirinov İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi, cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması, cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X1 və İbrahimova Səlmi Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi
Məhkəmə qərarları › İş №2(037)-921/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-921/2021
26.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver