Məhkəmə qərarları › İş №2(037)-947/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-947/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-947/2021 15.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Nurı̇ yev Tural Nazı̇ m oğluna qarşı borc pul tələbinə dair mülki işə 15 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Nurı̇ yev Tural Nazı̇ m oğlundan (bundan sonra cavabdeh) 1050 ABŞ dolları əsas borc, 250 manat hüquqi yardım və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 1050 ABŞ dolları və 280,40 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı Göyçay rayon İHB-nin Qarayazı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində çalışarkən Göyçay rayon X1 kəndi üzrə sahə müvəkkilinin köməkçisi Cavabdehlə tanış olmuşdur. 2018-ci ilin oktyabr ayında cavabdeh 3 ay müddətinə 1500 ABŞ dolları borc pula ehtiyacı olduğunu iddiaçıya bildirmişdir. 12 oktyabr 2018-ci il tarixdə iddiaçı 3 ay müddətinə 1500 ABŞ dolları cavabdehə borc vermişdir. Cavabdeh öz təşəbbüsü ilə 12 oktyabr 2018-ci il tarixdə 1500 ABŞ dolları məbləğində borc pul aldığını, 15 yanvar 2019-cu il tarixə kimi həmin borcu qaytaracağı barədə öhdəlik götürməklə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh 2019-cu ilin yanvar ayında borcu vaxtında qaytarmağa imkanı olmadığını bildirərək iddiaçıdan möhlət istəmişdir. 2021-ci ilin yanvar ayında iddiaçı pul ehtiyacı olduğundan cavabdehdən borcu qaytarmasını xahiş etmişdir. Cavabdeh fevral ayında 400 manat, mart ayında 400 manat olmaqla, cəmi 800 manat iddiaçıya pul qaytarmışdır. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehdən qalan borcunu qaytarmasını xahiş etsə də nəticəsi olmamışdır. Cavabdeh iddiaçıya olan borcundan 800 manat ödəmiş və 1050 ABŞ dolları borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən 1050 ABŞ dolları əsas borc, 250 manat hüquqi yardım və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 1050 ABŞ dolları və 280,40 manat məbləğinin alınaraq iddiaçıya verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə tanışdır. 12 oktyabr 2018-ci il tarixdə o, pula ehtiyacı olduğundan 1500 ABŞ dolları iddiaçıdan borc almışdır. O, bu barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. O, iddiaçıya ümumilkdə 800 manat ödəmiş, lakin sonradan maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Onun iddiaçıya 1750 manat borcu var və həmin borcunu hissə-hissə ödəyəcəkdir. Bundan başqa, iddiaçı ondan 250 manat hüquqi yardıma görə pul tələb etsə də o, bununla razı deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 12 oktyabr 2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 1500 ABŞ dolları məbləğində borc pul aldığını və həmin borc məbləğini 15 yanvar 2019-cu il tarixinə kimi qaytaracağını bildirmişdir. Cavabdeh qəbzi öz imzası ilə təsdiq etmişdir. 11 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. 15 noyabr 2021-ci il tarixli BPM**********46 nömrəli mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə İsmayıllı rayon Vəkil Bürosunun hesabına 200 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən 1050 ABŞ dolları əsas borc, 250 manat hüquqi yardım və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 1050 ABŞ dolları və 280,40 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh borcu olduğu 1050 ABŞ dolları məbləğini iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi 1050 ABŞ dolları əsas borc hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə 250 manat məbləğinin cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, 15 noyabr 2021-ci il tarixli BPM**********46 nömrəli mədaxil qəbzinə əsasən hüquqi yardıma görə İsmayıllı rayon Vəkil Bürosunun hesabına 200 manat pul ödənilmişdir. Məhkəmə qərara gəlir ki, iddia tələbi həmin hissədə qismən - 200 manat məbləğində təmin edilməlidir. İddia tələbi 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nurı̇ yev Tural Nazı̇ m oğlundan həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1050 ABŞ dolları əsas borc, 200 manat hüquqi yardım və 30,40 manat ödənilmiş dövlət rüsum məbləği alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar