Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-951/2021 19.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına glməmiş, teleqram göndərərk işə iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən illik 25 faiz dərəcəsi ilə 20 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq ikinci cavabdehlə zaminlik müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 12 aprel 2022-c il tarixədək uzadılmışdır. Lakin birinci cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. 27 avqust 2021-ci il tarixədək birinci cavabdehin 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə şifahi və rəsmi xəbərdarlıqlar olunmuşdur. Lakin borc məbləği ödənilməmiş qalmışdır. Cavabdehlərdən müştərək qaydada 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək kredit bocundan ödənişlər etdiyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə birinci cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İkinci cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə ikinci cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli 24-MZ-2-0- 85-20 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə illik 25 faiz dərəcəsi ilə 20 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. 12 fevral 2020-ci il tarixli 24-MZ-2-0-85-20 nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 20 ay müddətində 2000 manat əsas borcu və 466 manat faiz borcu – cəmi 2466 manat ödəməyi öhdəsinə götürmüşdür. 12 fevral 2020-ci il tarixli 24-MZ-2-0-85-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, ikinci cavabdeh kredit müqaviləsi üzrə kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 12 may 2020-ci il tarixli əlavə sazişdən görünür ki, 12 fevral 2020-ci il tarixli 24-MZ-2- 0-85-20 nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti 12 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 12 may 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 20 ay müddətində 1918,37 manat əsas borcu və 579,21 manat faiz borcu – cəmi 2497,58 manat ödəməyi öhdəsinə götürmüşdür. 27 oktyabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, 12 fevral 2020-ci il tarixli 24- MZ-2-0-85-20 nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti 12 aprel 2022-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 27 oktyabr 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 18 ay müddətində 2173,06 manat əsas borcu və 513,63 manat faiz borcu – cəmi 2686,69 manat ödəməyi öhdəsinə götürmüşdür. 16 avqust 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. 27 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 12 fevral 2020-ci il tarixli 23-MZ-2-0-85-20 nömrəli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borcu qaldığı qeyd olunmuşdur. 02 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli 24-MZ-2-0-85-20 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 25 faiz dərəcəsi ilə 20 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli 24-MZ-2-0-85-20 nömrəli zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh kredit müqaviləsi üzrə kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında imzalanmış 12 may 2020-ci il tarixli sazişlə kredit müddəti 12 yanvar 2022-ci il tarixədək və 27 oktyabr 2020-ci il tarixli sazişlə 12 aprel 2022-ci il tarixədək uzadılmışdır. 27 oktyabr 2020-ci il tarixli sonuncu sazişə əsasən birinci cavabdeh 18 ay müddətində 2173,06 manat əsas borcu və 513,63 manat faiz borcu – cəmi 2686,69 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun vaxtlıvaxtında ödənilməsini təmin etməmişlər. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. 27 avqust 2021-ci il tarixədək birinci cavabdehin 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə olmaqla cəmi 2681,84 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh bir müddət pandemiya səbəbindən kredit borcunu ödəyə bilmədiyini, hazırda isə ödənişlər aparmağa başladığını göstərərək qanuni qərar qəbul olunmasını xahiş edir. İkinci cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq birinci cavabdeh kredit borcunu və ona hesablanmış faizləri ödəməli olduğundan, lakin kredit borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzağa qızından 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2173,06 manat əsas, 452,95 manat faiz, 55,83 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 2711 (iki min yeddi yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-951/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-951/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver