Məhkəmə qərarları › İş №2(037)-951/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-951/2022

16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-951/2022 16.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 01 iyul 1955-ci il tarixdə İsmayıllı rayonun Basqal kəndində doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin İsmayıllı rayonun Basqal qəsəbəsi, atasının X15, anasının X16 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində anadan olmuşdur. X1 və X10r. X25 20 oktyabr 1974-cü il tarixdə, anası Şura Fətalıyeva isə 17 iyul 2021-ci il tarixdə vəfat etmişlər. Valideynlərindən qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur. Doğum haqqında şəhadətnaməsinin olub-olmamasını dəqiq bilmir. Doğum haqda şəhadətnaməsi olmadığına görə X5 atası, X6 isə anası olduğunu təsdiq etmək mümkün deyil. Yenidən doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 12 iyun 2008-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində ay və gün yazılmamışdır. Onun 1955-ci ilin oktyabr ayında İsmayıllı rayonun Basqal kəndində anadan olmasını ailə üzvləri, həmkəndliləri və yaxın qohumları da təsdiq edə bilərər. Doğulduğu ay və günü dəqiq bilmədiyindən və bunu təsdiq edən heç bir rəsmi sənəd olmadığından doğulduğu ay və günün qanunvericiliyin tələbinə uyğun olaraq 01 iyul yazılmasına etirazı yoxdur. Onun doğum faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X19 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan doğum haqqında akt qeydiyyatı kitabında ərizəçinin doğum haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçinin doğum haqqında akt qeydi olmadığından doğumun qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində doğulmuşdur. X1 və X10r. Onun və digər bacılarının doğum haqqında şəhadətnaməsi var və həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışlar. Bacısı Rəfilə 2008-ci ildə şəxsiyyət vəsiqəsi almışdır. Lakin bacısının doğum haqqında şəhadətnaməsi yoxdur. Ona doğum haqqında şəhadətnamə alınıb-alınmamasını bilmir. O, ərizəçinin 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində doğulmasını, valideynlərinin X15 və X16 olmasını təsdiq edir. X2 və X11 X3 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində doğulmasını, valideynlərinin X15 və X16 olmasını təsdiq etdilər. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin xx.xx.1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində anadan olduğu, İsmayıllı rayonun Basqal qəsəbəsində yaşadığı qeyd olunmuşdur. AZE 04700428 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21 noyabr 1953-cü il tarixdə İsmayıllı rayonun Basqal kəndində anadan olduğu, İsmayıllı şəhəri Qələbə küçəsi ev 4, mənzil 14-də yaşadığı qeyd olunmuşdur. AA0774482 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X14 15 sentyabr 1959-cu il tarixdə İsmayıllı rayonun Basqal kəndində anadan olduğu, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi 11Ada yaşadığı qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 205571 nömrəli 23 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 17 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli 319105 nömrəli arayışdan görünür ki, X15 20 oktyabr 1974-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 193 nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci ildə İsmayıllı rayonu Basqal kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə 1952- 1958-ci ilkin, 1955-1963-cü il bərpa aktları üzrə yoxlama aparılmış, Ərizəçi doğumu haqqında akt qeyd aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 234 nömrəli arayışdan görünür ki, X15 və X8 nikahları haqqında məlumatı müəyyən etmək məqsədilə 20 oktyabr 1974-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahları haqqında akt qeydi aşkar edilməmişdir. Basqal kənd sovetliyi tərəfindən verilmiş 24 iyun 1975-ci il tarixli 493 nömrəli çıxarışın surətindən görünür ki, Ərizəçi 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində anadan olmuş, X4 və anası X12r. Hər ikisinin milliyyəti azərbaycanlı olub, SSRİ vətəndaşıdırlar. İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, ərizəçinin atası X18, anası X13r. İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli 107 nömrəli arayışdan görünür ki, ərizəçi “Ev təsərrüfatlarının uçotu kitabı” üzrə İsmayıllı rayon Basqal qəsəbəsində qeydiyyatdadır və ərazidə yaşayır. Maraqlı şəxs 28 iyun 2022-ci il tarixli 05 / Q-348 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində və Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ərizəçinin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində anadan olmuşdur. X4 və anası X12r. Atası 20 oktyabr 1974-cü il tarixdə, anası isə 17 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçiyə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 12 iyun 2008-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilsə də, doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi doğum haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərzəçinin doğumu haqqında hər hansı məlumat olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində anadan olduğunu təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndində əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi, ərizəçinin 1955-ci ildə İsmayıllı rayonun Basqal kəndində doğulması, atasının X15, anasının X16 olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Ərizəçinin rəsmi sənədlərdə doğum günü və ayı qeyd olunmadığından qanunvericiliyin tələbinə uyğun olaraq və ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer İsmayıllı rayonun Basqal kəndi, doğulduğu tarix 01 iyul 1955-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Basqal qəsəbəsi, X4, anası X16 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar