Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-952/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 1952-ci il tarixdə doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə anasının X7, atasının X16, doğulduğu yerin İsmayıllı rayonun Lahıc qəsəbəsi, doğulduğu tarixin xx xxx 1952-ci il,milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 38 ünvanı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində anadan olmuşdur. X8 və anası X4r. X8 09 oktyabr 1984-cü ildə, anası X7 isə 28 avqust 2006-cı ildə vəfat etmişlər. Valideyinləri və özü daimi olaraq İsmayıllı şəhərində yaşamışlar və o hal-hazırda da İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 38 ünvanında yaşayır. 2025-ci ildə mülkiyyətində olan İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 143, hazırkı ev 38 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150.7 kv.metr olan fərdi yaşayış evini X3 notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında bağışlamaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notatiat ofisi X11 onun bacısı olmasını təsdiq etməsi üçün ondan və bacısından doğum haqqında şəhadətnamələri tələb etmişdir. X3 məxsus doğum haqqında şəhadətnamə olsa da, ancaq ona məxsus doğum haqqında şəhadətnamə olmadığından İsmayıllı rayon Notariat ofisində bağışlanma müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Bunun üçün o Maraqlı şəxsnə müraciət etmiş və həmin qurum 11 iyun 2025-ci il tarixdə verdiyi məktubda onun doğum haqqında akt qeydi 1948-1954-cü illər İsmayıllı rayon Lahıc qəsəbə icra nümayəndəliyi üzrə və 1949-1970-ci illər bərpa akt qeydləri üzrə habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamış, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 5 ünvanında yaşayır. Ərizəçi onun qohumudur. Ərizəçini və ailəsini yaxından tanıyır. Ərizəçi xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində doğulmuşdur. X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Topçu kəndində yaşayır. Ərizəçi onun bacısıdır.Ərizəçi xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində doğulmuşdur. X6 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 7 ünvanında yaşayır. Ərizəçi onun qohumudur. Ərizəçini və ailəsini yaxından tanıyır. Ərizəçi xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində doğulmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İsmayıllı RPŞ QVŞV Qrupu tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonu,Lahıc qəsəbəsində doğulmuşdur və İsmayıllı şəhəri, Mübariz Orucov küçəsi ev 38 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, №075531 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 2-ci qrup ümumi əlildir. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1120 nömrəli arayışdan görünür ki, Ərizəçi İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 38 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16-5/8-15-240/2025 nömrəli məktubundan görünür ki, ərizəçinin doğum haqqında akt qeydi 1948-1954-cü illər İsmayıllı rayon Lahıc qəsəbə icra nümayəndəliyi üzrə və 1949-1970-ci illər bərpa akt qeydləri üzrə habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamış,ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarış və çıxarışa əlavə edilmiş fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 143 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 150.7 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi adına qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün xx.xx.2025-ci il tarixdə 14221301 nömrəli büdcə təsnifat koduna 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində doğulmuşdur. X8 09 oktyabr 1984-cü ildə, anası X7 isə 28 avqust 2006-cı ildə vəfat etmişlər.Ərizəçi mülkiyyətində olan İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 143, hazırkı ev 38 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150.7 kv.metr olan fərdi yaşayış evini X3 notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında bağışlamaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, ancaq ona məxsus doğum haqqında şəhadətnamə olmadığından İsmayıllı rayon Notariat ofisində bağışlanma müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ərizəçinin doğum haqqında akt qeydi 1948-1954-cü illər İsmayıllı rayon Lahıc qəsəbə icra nümayəndəliyi üzrə və 1949-1970-ci illər bərpa akt qeydləri üzrə habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamış,ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Ərizəçi xx xxx 1952ci il tarixdə doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində anasının X7, atasının X16, doğulduğu yerin İsmayıllı rayonun Lahıc kəndi, doğulduğu tarixin xx xxx 1952-ci il, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 38 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun ərizəyə münasibətini müəyyən etmək mümkün olmamnışdır. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc kəndində anadan olduğunu təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur.Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki,ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, ərizəçinin xx xxx 1952-ci il tarixdə İsmayıllı rayonun Lahıc kəndində doğulması, atasının X16, anasının X7 olması ərizəçinin izahatı, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer İsmayıllı rayonun Lahıc kəndi, doğulduğu tarix xx xxx 1952ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 38, X8, anası X7 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-952/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-952/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver