Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-966/2021 03.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əzı̇ zov Bəhruz Bəybala oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 03 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əzı̇ zov Bəhruz Bəybala oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 (bundan sonra birinci cavabdeh) və Cavabdeh3 (bundan sonra ikinci cavabdeh) mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, 1 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 107, 13 saylı mənzili notarial qaydada alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Ağabab oğlundan satın almışdır. Qeyd olunan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən ona RX seriyalı ******* nömrəli 23 iyul 2018-ci il tarixli çıxarış verilmişdir. Mənzildə qeydiyyatda olan cavabdehlər alğı-satqı zamanı mənzilin satılmasına razılıqlarını bildirimiş və qısa müddət ərzində həmin mənzildən qeydiyyatdan çıxacaqlarına dair söz vermişlər. Ötən müddət ərzində cavabdehlər mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamış və dəfələrlə onlarla əlaqə saxlasa da nəticəsi olmamışdır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları həmin mənzilə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 23 iyul 2018-ci il tarixli çıxarış üzrə mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, 1 saylı mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. 23 iyul 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, H.Əliyev prospekti, bina 107, mənzil 13 (yeni qaydalarla İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, mənzil 1) ünvanında yerləşən ümumi sahəsi 64,8 kv.m olan mənzil DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 və Tağıyeva X1 şəhəri, H.Əliyev prospekti, bina 107, mənzil 13 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, mənzil 1 iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçıya məxsus məznildə qeydiyyatdadırlar. Qeyd edilən mənzildə cavabdehlərin qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şərh olunan əsaslara və qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, hazırkı iddianın predmetinə aid olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, mənzil 1 iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin həmin evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Əzı̇ zov Bəhruz Bəybala oğlunun mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 116, M3, 1 saylı mənzildən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-966/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-966/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver