Məhkəmə qərarları › İş №2(037)-98/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-98/2023

13.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-98/2023 13.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı Abasova Lətı̇ fə Seyfulla qızının, Cavabdeh Mı̇ kayılova Sevdagül Əvəz qızının iştirakları ilə İddiaçı Abasova Lətı̇ fə Seyfulla qızının cavabdehlər Mı̇ kayılova Sevdagül Əvəz qızı və İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı qanun üzrə birinci növbədə vərəsə kimi mirasın şəxs tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Abasova Lətı̇ fə Seyfulla qızı (bundan sonra iddiaçı) cavabdehlər Mı̇ kayılova Sevdagül Əvəz qızı və İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu ildə İsmayıllı şəhərində vəfat etmiş X10 münasibətdə mərhumədən qalmış mirasın yalnız xx.xx.2022-ci ildə vəfat etmiş oğlu, yəni mərhum X23 tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, qaynanası X15 xx.xx.2010-cu ildə vəfat edənədək əri və uşaqları ilə birlikdə onunla bir ailədə yaşamışlar. Qaynanası vəfat etdiyi günədək əri ilə birlikdə onun qayğısını çəkmiş, vəfatından sonra da hal-hazıradək həmin evdə yaşayırlar. Qaynanasının sağlığında köhnə yer evi olmuş, ev yaşayış üçün yararsız hala düşərək uçub dağılmışdır. Respublikada aparılan məlum torpaq islahatları zamanı 0.06 hektar həyətyanı torpaq sahəsi mərhum qaynanası X15, X23, o, oğlu X31, qızı Abasova (nikahdan sonra İsrafilova) Könül Əşrəf qızı və oğlu X21 birgə mülkiyyətinə verilərək JN-2716F Kod KOD 40701004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadənamə tərtib olunmuşdur. Sonradan mərhum əri ilə birlikdə sağlığında həmin həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etdirmişlər, lakin ev dövlət qeydiyyatına alınmamışdır. X23 xx.xx.2022-ci ildə vəfat etmişdir. Ərinə anasından 0.06 hektar həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsi miras qalmışdır. Qaynanasından miras qalan daşınmaz əmlakı faktiki olaraq mərhum əri qəbul etmiş, qorumuş, istifadə etmiş və sahiblik etmişdir. Ərinin sağlığında qaynanasının digər vərəsələri mirasla bağlı heç bir mübahisə etməmiş və bu haqda onlara heç nə bildirməmişlər. X2 bütün dəfn və hüzr xərclərini mərhum əri, miras qoyanın oğlu X34 çəkmişdir. Ona görə də xx.xx.2010-cu ildə İsmayıllı şəhərində vəfat etmiş X10 münasibətdə mərhumədən qalmış mirasın yalnız xx.xx.2022-ci ildə vəfat etmiş oğlu, yəni mərhum X23 tərəfindən qəbul olunmasının müəyyən edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Mı̇ kayılova Sevdagül Əvəz qızı izahat verərək göstərdi ki, iddiaçı mərhum qardaşı X24 arvadıdır. Onlar ailədə dörd uşaq, yəni iki bacı, iki qardaş olmuşlar. X13 04 noyabr 1991-ci ildə, anası X15 27 iyun 2010-cu ildə, qardaşı X22 01 aprel 2012-ci ildə, bacısı X5 17 oktyabr 2019-cu ildə və qardaşı X34 18 aprel 2022-ci ildə vəfat etmişlər. Ailə üzvlərindən təkcə o sağ qalmışdır. O, valideynlərindən miras qalmış, İsmayıllı şəhəri Xanlar küçəsində yerləşən 12 nömrəli evdə böyüyüb boya-başa çatmışdır. Daha sonra ailə quraraq İsmayıllı rayonun Aşıqbayramlı kəndinə köçmüş və hal-hazıradək həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Anasından miras qalan həyətyanı torpaq sahəsində mərhum qardaşı Əşrəf Abasov özünə ev tikərək həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Atası vəfat etdikdən sonra anası isə öz evində yaşamışdır. Qardaşı Abbasəli, bacısı Gülsümxanım və o evə gələrək anasına qulluq etmişlər. Qardaşı Əşrəfin arvadı Lətifə isə anasına qulluq etməmişdir. İddiaçı anası xəstə olarkən onlara anasını aparıb saxlamalarını demiş, anası isə öz evindən çıxmaq istəməmişdir. Anası hələ sağlığında özünə məxsus daşınmaz əmlakı ona təklif etmiş, mərhum qardaşı Əşrəfə isə təklif etməmişdir. Valideynləri, qardaşları və bacısının vəfatından sonra qardaşı arvadı Lətifə evin yararsız olduğunu bəhanə edərək valideynlərindən miras qalmış fərdi yaşayış evini sökmüşdür. Amma qardaşı Əşrəf sağlığında bu təklifi onlara etməmişdir. İddiaçının onu ev məsələsi barədə narahat etməsini istəmir. Çünki qardaşı sağlığında lazım olsaydı özü bu məsələni həll edə bilərdi. Əlavə olaraq bildirdi ki, nəticəsindən asılı olmayaraq məhkəmənin yekun qərarını qəbul edir. Cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 11 sentyabr 1984-cü il tarixli İİİ-ЖГ № 424029 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X34 ilə X6 nikaha daxil olmuşlar. JN-2716F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadənamədən görünür ki, İsmayıllı rayon X19 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsi X15, X33, X12, X27, X25 və X16 birgə mülkiyyətinə verilmişdir. 29 iyun 2010-cu il tarixli AZ-İ № 409906 saylı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X15 27 iyun 2010-cu il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, X22 01 aprel 2012-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, X5 17 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. 20 aprel 2022-ci il tarixli AZ-İİ № 243565 saylı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X34 18 aprel 2022-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 05 noyabr 2022-ci il tarixli 1380 nömrəli məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətinə dayandırılmış, həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılmışdır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli 3921 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X34 vəfat etdikdən sonra həyat yoldaşı İddiaçı, oğlu X31, X28 və X29 adlı vərəsələri qalmışdır. İsmayıllı Rayon Notariat Ofisinin 30 dekabr 2022-ci il tarixli 1693 nömrəli məktubundan görünür ki, xx.xx.2010-cu il tarixində vəfat etmiş X9 vərəsəsi X3 Rayon Dövlət Notariat Kontoruna 25 avqust 2010-cu il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş və həmin müraciət ərizəsində X9 vərəsələri özü ilə bərabər X7, Cavabdeh1 və X33 olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, mərhum X15 27 iyun 2010-cu ildə vəfat etmişdir. İsmayıllı rayon X19 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhəri ərazisindən verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsinin Zabikə Abasovanın payına düşən hissəsi miras qalmışdır. İddiaçının mərhum əri X4 anasından miras qalmış 0.06 hektar həyətyanı torpaq sahəsinin ona çatan hissəsindən ailəsi ilə birlikdə istifadə etmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. X34 18 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı mərhum Əşrəf Abasovun birinci növbədə vərəsəsi kimi İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 27 iyun 2010-cu ildə İsmayıllı şəhərində vəfat etmiş X8, JN-2716F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadənaməyə əsasən miras qalmış 0.06 hektar həyətyanı torpaq sahəsinin ona aid hissəsindən 18 aprel 2022-ci il tarixdə vəfat etmiş oğlu, yəni iddiaçının mərhum X23 tərəfindən qəbul olunması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. 27 iyun 2010-cu ildə İsmayıllı şəhərində vəfat etmiş X8, JN-2716F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadənaməyə əsasən miras qalmış 0.06 hektar həyətyanı torpaq sahəsinin ona aid hissəsinin 18 aprel 2022-ci il tarixdə vəfat etmiş oğlu, yəni iddiaçının mərhum X23 tərəfindən qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçı Abasova Lətı̇ fə Seyfulla qızının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar