Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-991/2021 29.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 Qasım qızı, Ərizəçi2 və Şükürova (Kərimova) Təzəgül Zakir qızının İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 29 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 Qasım qızı (bundan sonra birinci ərizəçi), Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) və Şükürova (Kərimova) Təzəgül Zakir qızı (bundan sonra üçüncü ərizəçi) ərizə ilə müraciət edərək birinci ərizəçinin xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi1 Qasım qızı, doğum yerinin Ermənistan Respublikası Basarkeçər rayonu, atasının X29, anasının X14, ikinci ərizəçinin 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi2, doğum yerinin Ermənistan Respublikası Basarkeçər rayonu, atasının X31, anasının Ərizəçi1 Qasım qızı, üçüncü ərizəçinin xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının X17, doğum yerinin Ermənistan Respublikası Yexeqnadzor rayonu, atasının X26, anasının X27 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. X1 və X6r. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək ailəsi ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmiş və orada məskunlaşmışlar. 1964-cü ildə Soltankənd sakini X31 ilə ailə qurmuşdur. Birgə nikahlarından beş uşaqları doğulmuşdur. Uşaqlardan dördünün doğum haqqında şəhadətnaməsi vardır. İş üzrə ərizəçilər oğlu Habil 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda, gəlini Təzəgül isə xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. X13 X17 ilə 12 mart 1992-ci il tarixdə rəsmi nikah bağlanmış, Təzəgülə Şükürova soyadı verilmişdir. Təzəgülün atası X26, anası isə X27 olmuşdur. Oğlu Habilin və gəlini Təzəgülün də doğum haqqında şəhadətnamələri olmuşdur. Lakin 1988-ci ilin sonlarında Ermənistan Respublikasını tərk edən zaman onun, oğlunun və gəlinin bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnamələri də orada qalmışdır. Üçünündə şəxsiyyət vəsiqələrinin olmasına baxmayaraq ərindən miras qalan əmlakların qəbul olunması ilə bağlı onlardan doğum haqqında şəhadətnamələri tələb olunur. Doğum haqda akt qeydləri olmadığından onlara doğum şəhadətnaməsi vermirlər. Ermənistan Respublikası ilə əlaqələr olmadığına görə onların doğum haqda akt qeydlərini bərpa etmək mümkün deyil. Yenidən doğum şəhadətnaməsi verilməsi üçün onların doğumunun qeyd edilmə faktları müəyyən edilməlidir. Bu faktların müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəməyə müraciət etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. X10, anası isə Ərizəçi1 Qasım qızıdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək ailəsi ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmiş və orada məskunlaşmışlar. Ərizəçi1 onun anası, digər Ərizəçi3 isə qardaşının arvadıdır. Onların doğum haqqında şəhadətnamələri olmuşdur. Lakin 1988-ci ilin sonlarında Ermənistan Respublikasını tərk edən zaman onun, anasının və qardaşı arvadının bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnamələri də orada qalmışdır. Ermənistan Respublikası ilə əlaqələr olmadığına görə onların doğum haqda akt qeydlərini bərpa etmək mümkün deyil. Yenidən doğum şəhadətnaməsi verilməsi üçün onların doğumunun qeyd edilmə faktları müəyyən edilməlidir. Bu faktların müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəməyə müraciət etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü ərizəçi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə üçüncü ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Cəbiyev Namil Maarif oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçilərə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçilərə doğumlarının qeydə alınması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. X2 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Ermənistan Respublikasında bir rayonda yaşamışlar. Xoramanla Habil onun qohumları olmuşdur. Xoramanın oğlu Nemət qonşu rayonda yaşayan Təzəgüllə ailə qurmuşdur. Təzəgül də ərinin soyadını qəbul etmişdir. Təzəgülün valideynləri X26 və X15 da yaxından tanımışdır. O, birinci ərizəçinin xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda, ikinci ərizəçinin 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda və üçüncü ərizəçinin xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulmasını təsdiq edir. X3 X2 ilə eyni məzmunlu ifadə verərək birinci ərizəçinin xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda, ikinci ərizəçinin 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda və üçüncü ərizəçinin xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulmasını təsdiq etdi. AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Qasım qızı xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X17 xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AZE 17844212 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X32 02 yanvar 1968-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AZE 15587657 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 06 noyabr 1977-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AA0421604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 05 may 1982-ci il tarixdə anadan olmuşdur. AA0341028 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X34 08 may 1984cü il tarixdə anadan olmuşdur. İ-3Ж ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 X10, anası X12r. AZ-İ 645864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 X10, anası X12r. İİİ-СЛ 482065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 X10, anası Ərizəçi1 Qasım qızıdır. İV-СЛ 433159 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 X10, anası Ərizəçi1 Qasım qızıdır. XVİİ-ЖГ 462243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 atası X32, anası Ərizəçi3dır. XVİ-ЖГ 455961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası X32, anası Ərizəçi3dır. Vİ- ЖГ 267170 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin suətindən görünür ki, X32 və X17 arasında 12 mart 1992-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. AZ-İİ 205674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 10 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 128 nömrəli arayışından görünür ki, birinci ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində yaşayır və qeydiyyatdadır. İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 129 nömrəli arayışından görünür ki, ikinci ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində yaşayır və qeydiyyatdadır. İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 127 nömrəli arayışından görünür ki, üçüncü ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində yaşayır və qeydiyyatdadır. JN-0028 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən X31, X23, X32, Ərizəçi2, X35, X33, X34, Ərizəçi3, X16 və X22 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 10,10 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 23 sentyabr 2021-ci il tarixli 05 / Q-488/13, 05 / Q-489/13 və 05 / Q-490/13 nömrəli məktubundan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçilərə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçilərin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, birindi ərizəçi xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda, ikinci ərizəçi 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda və üçüncü ərizəçi xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda anadan olmuşlar. Onların hər üçünə şəxsiyyət vəsiqələri verilmişdir. Doğum haqqında şəhadətnamələri olsa da məlum hadisələrlə bağlı qaçqın düşərkən bütün sənədləri Ermənistan Respublikasında qalmışdır. Onların doğum haqqında şəhadətnamələrinin verilməsinə əsas olmuş doğum akt qeydləri və digər arxiv sənədləri Ermənistan Respublikasının ərazisində olduğundan, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğumu haqqında hər hansı məlumat olmadığından ərizəçilərə doğum haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamışdır. Doğum haqqında şəhadətnamələri olmadığından ərizəçilər ailə üzvündən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Ərizəçilər doğum haqqında təkrar şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, müraciətlərinə cavab olaraq doğumlarını təsdiq edən sənədlər olmadığı üçün məhkəməyə müraciət etmələri hüququ izah olunmuşdur. Ərizəçilərin doğumlarının qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmələri, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçilərin doğumlarının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydlərinin bərpa edilməsi, birinci ərizəçinin xx xxxx 1947-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulması, atasının X29, anasının X14, ikinci ərizəçinin 20 avqust 1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulması, atasının X31, anasının Ərizəçi1 Qasım qızı, üçüncü ərizəçinin xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulması, atasının X26, anasının X27 olması ərizəçilərin izahatları, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçilərin doğumlarının qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmələri, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 Qasım qızının doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyadı Şükürova, adı Xoraman, ata adı Qasım, doğulduğu yer Ermənistan Respublikası Basarkeçər rayonu, doğulduğu tarix xx xxxx 1947-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yeri İsmayıllı rayonu Soltankənd kəndi, atası X29, anası X14 qeyd edilsin. Ərizəçi2 doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyadı Şükürov, adı Habil, ata adı Rəşid, doğulduğu yer Ermənistan Respublikası Basarkeçər rayonu, doğulduğu tarix 20 avqust 1973-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yeri İsmayıllı rayonu Soltankənd kəndi, X10, anası Ərizəçi1 Qasım qızı qeyd edilsin. Ərizəçi X9 doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyadı Kərimova, adı Təzəgül, ata adı Zakir, doğulduğu yer Ermənistan Respublikası Yexeqnadzor rayonu, doğulduğu tarix xx xxxxxx 1973-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yeri İsmayıllı rayonu Soltankənd kəndi, atası X26, anası X27 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-991/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-991/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver