Məhkəmə qərarları › İş №2(038)-1/2024

Yardımlı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(038)-1/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-1/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı Xubalı oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Xubalı oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış fayda olaraq 2000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarına əsasən X3 və onun ailə üzvlərinə fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə 1,72 ha topraq sahəsi ayrılmış və bu barədə JN024A, KOD 80407038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Həmin torpaq sahəsinin 0,33 ha hissəsi Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh istifadəsinə verilmişdir. Həmçinin, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə X4 və onun ailə üzvlərinə JN 0024; KOD 80407038 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə xx.xx.2000-ci ildə 0,23 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh faktiki olaraq orada yaşamır. Lakin torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. (ot əkir, biçir və mal-qara sürüsü otladır). Qeyd edir ki, ona xx.xx.1997-ci il tarixli Yardımlı RİHB-nın 07 Saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı Çıxarış verilmişdir. Bundan başqa, "Göyərçin" Kooperativinin xx.xx.1999-cu il tarixli protokol qərarına əsasən ona 1,0 ha torpaq sahəsi ayrılmışdır. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli C-201 nömrəli sxemdən görünür ki, faktiki istifadəsində 2,3160 ha həyətyanı torpaq sahəsi vardır. Amma torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edildiyinə görə mülkiyyət hüququ üzrə ona məxsus 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsi qanunsuz istifadədə qalır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticə verməmiş, cavabdehin həyat yoldaşı tərəfindən dəfələrlə təhqir olunmuş və Yardımlı RPŞ-ə və Daxi|li İşlər Naziıliyinin 102 Qanar Xəttinə şikayətləri olmuşdur. Odur ki, torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, cavabdehin 6 ilə yaxın davam edən bu qanunsuzhərəkətləri nəticəsində yəni, torpaq sahəsini zəbt etməsi və oradan kənd təsərrüfatı məqsədi ilə istifadə etməsi nəticəsində ona maddi ziyan dəyir. Cavabdehin torpaq sahəsini əkməsi ilə bağlı bildirmişdir ki, həmin sahədə cavabdeh tərəfindən ot əkilir, həmin otun 1 küpünün satış qiymətindən asılı olaraq 3-5 manat arasında dəyişir. Nəticə etibarı ilə o, həmin torpaq sahəsindən əldə edə biləcəyi 2000 manat gəlirdən də məhrum olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(038)-220/2022 saylı qərardadı ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbi hissədə icraata xitam verilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(038)-220/2022 saylı qətnaməsi ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinin qadağan edilməsi, həmçinin əldən çıxmış fayda olaraq 2000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın cavabdehdən alınaraq ona verilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı Xubalı oğlunun şikayət ərizəsi əsasında Yardımlı rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-220/2022 saylı qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(038)-220/2022 saylı qərardadı ləğv edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli qərardadı ilə həmin iş üzrə Yardımlı rayon Məhkəməsinin 2(038)-220/2022-saylı 19 yanvar 2023-cü il tarixli qərardadı “mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, Yardımlı rayon Məhkəməsininm 14 dekabr 2022-ci il tarixli, 2(038)-220/2022 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apelyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilərək, İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işin materialları mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli qərardadı ilə Yardımlı rayon Məhkəməsinin 2(038)-220/2022-saylı 19 yanvar 2023-cü il tarixli qərardadı ləğv edildiyindən iddia tələbinin İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə hissəsinə dair əlavə qətnamə çıxarılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Məhkəmə iclasında İddiaçı Xubalı oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, “Göyərçin” koopeativinin 10 noyabr 1999-cu il tarixli qərarına əsasən ona 1,0 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin 1,0 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Cavabdeh mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsindən qanunsuz istifadə edir. O, həmin torpaq sahəsini boşaltmasını dəfələrlə cavabdehdən tələb etsə də, Cavabdeh torpaq sahəsini boşaltmır. Sonda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, arvadı Cavabdeh atası cavabdeh X3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi və digər cavabdeh İddiaçı Xubalı oğlu tərəfindən zəbt edilmiş həmin torpaq sahəsinin boşaltması barədə iddia tələbi Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi ilə təmin edilmişdir. Yardımlı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi icra edilmiş, qətnamədə qeyd edilən 0,33 ha torpaq sahəsinin razılığa əsasən 0,30 ha hissəsi İddiaçı qanunsuz sahibliyindən azad edilərək Cavabdeh verilmişdir. Qeyd edilən 0,30 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh adına çıxarış verilmişdir. Hazırda Cavabdeh özünə məxsus torpaq sahəsindən istifadə edir. Onun istifadəsində olan torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,39 ha torpaq sahəsi İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,30 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)- 06/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi, digər cavabdeh İddiaçı Xubalı oğluna qarşı zəbt etdiyi torpaq sahəsini boşaltması və 2000 manat məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə iddia tələbi qismən qəmin edilərək, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə X5 və onun ailə üzvlərinə verilmiş (Torpağın mülkiyyətə verilməsinə dairJN-024A KOD 80407038 nömrəli şəhadətnamə) 1,72 hektar torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 (sıfır tam otuz üç) ha torpaq sahəsi ayrılaraq Cavabdeh verilməsi və zəbt edilmiş torpaq sahəsinin İddiaçı Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli 2(102)-2686/2017 saylı qərarının surətindən görünür ki, Cavabdeh X3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi və digər cavabdeh İddiaçı Xubalı oğlu tərəfindən zəbt edilmiş həmin torpaq sahəsinin boşaltması barədə iddia tələbi üzrə Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsindən İddiaçı Xubalı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2016-cı il tarixli, 2(106)-1887/2016 saylı qətnaməsi ilə,həmin qətnamədən isə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli 2(102)-2686/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/100 saylı rəyindən məlum olur ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6697/2023 saylı mütəxəssis rəyinə əsasən, **********39 reyestr nömrəli çıxarış əsasında İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları İlə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.29 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. **********30 reyestr nömrəli çıxarış əsasında X1 mülkiyyətinə verilmiş 0.30 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları ilə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.24 ha hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6697/2023 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh X6 İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyi müəyyən edilmişdir. **********30 reyestr nömrəli çıxarış əsasında X1 mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsinin 175 kv.m hissəsindən faktiki olaraq İddiaçı Xubalı oğlu istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını və tədqiq olunmuş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə iclasında araşdırılmış hallarından və iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla 0,39 ha torpaq sahəsi İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmişdir. Həmçinin Cavabdeh Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsinə əsasən 0,33 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Hazırda iş üzrə İddiaçı Xubalı oğlu mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsin cavabdehin qanunsuz sahibliyində olmasını iddia edir və onun həmin torpaq sahəsinin boşaldılmaqla geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında **********39 reyestr nömrəli çıxarış əsasında İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları ilə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.29 ha hissəsinin üst-üstə düşdüyü, **********30 reyestr nömrəli çıxarış əsasında X1 mülkiyyətinə verilmiş 0.30 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları ilə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.24 ha hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin cavabdeh X1 İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyi, bunun əksi olaraq **********30 reyestr nömrəli çıxarış əsasında X1 mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsinin 175 kv.m hissəsindən faktiki olaraq İddiaçı Xubalı oğlu istifadə etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və qanunsuz istifadə etməsi kimi hallar sübuta yetirilmir, bunun əksi olaraq iddiaçının Cavabdeh verilmiş 0.30 ha torpaq sahəsinin 175 kv.m hissəsindən istifadə etməsi halı müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Xubalı oğlundan məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi rədd edilsin. İddiaçı Xubalı oğlundan məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: x11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar