Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-135/2025 11.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 may 2024-cü il tarixdə icarə müqaviləsi üzrə ödəməli olduğu 3.550 manat icarə haqqı məbləğinin, onun xx.xx.2024-cü il tarixli BD554897 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDF**********7880, mühərrikin nömrəsi **********9118 və buraxılış ili 2007-ci il olan MERCEDES BENZ VİTO Minik markalı **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq barəsində tətbiq olunan cərimə növündə inzibati təhbehə görə ödədiyi 790 manat cərimə borcunun və həmin avtomobilə nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün «X1» MMC-də yoxlama üçün ödədiyi 230 manat xidmət haqqının və yoxlamanın nəticəsi olaraq müəyyən edilən ziyanın məbləği olaraq çəkməli olduğu 10837 manat xərclərin, ümumilikdə 15407 manat və dövlət rüsumu olaraq ödənilmiş 137 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 26 may 2024-cü il tarixdə icarə müqaviləsi bağlayaraq RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli BD554897 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDF**********7880, mühərrikin nömrəsi **********9118 və buraxılış ili 2007-ci il olan MERCEDES BENZ VİTO minik markalı, **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini cavabdehin icarəsinə vermişdir. Müqavilənin şərtlərinə görə də cavabdeh hər ay 1.350 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 3 ay avtomobilin cavabdehdə qalmasına baxmayaraq bu günə qədər ödənilməmiş 3.550 manat icarə haqqı qalmışdır, aralarındakı danışıqlar, mesajlar və səs yazılarından da görünür ki, cavabdeh pulu ödəməkdən boyun qaçırır və hətta danışıqlardan sonra maşını gəlib həyətə atıb qaçmışdır. İşə əlavə etdiyi sənədlərdən də göründüyü kimi icarə predmeti olan avtomobil cavabdehdə olduğu 3 ay ərzində yol hərəkəti qaydalarını pozduğuna görə müxtəlif cərimələr, cəmi 790 manat gəlmiş və avtomobilin idarə olunması məhdudlaşdırılmışdır, həmin cərimələrin ödənilməsini tələb etsə də, cavabdeh cərimələri ödəməkdən boyun qaçırmışdır, o da mülkiyyətində olan əmlakla bağlı hüquqi hərəkətlər etmək, istifadə və s hüquqları həyata keçirə bilmək üçün məcbur qalıb həmin cərimələri də ödəmişdir. Cərimələri ödəməklə bağlı çekləri də iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa icarə müqaviləsi bağlayarkən o, istifadəyə yararlı saz vəziyyətdə avtomobil verməsinə baxmayaraq, avtomobilin cavabdeh tərəfindən istifadəsi zamanı avtomobilinə müxtəlif ziyanlar dəymişdir və cavabdeh həmin qüsurları da aradan qaldırmaqdan imtina etmişdir, o da məcbur qalıb servisə - «X1» MMC-yə müraciət etmişdir ki, qüsurlarının tam olaraq nədən ibarət olduğunu məhkəmənin nəzərinə çatdırsın və avtomobilinə vurulmuş ziyanın məbləğini bildirsin. İddia ərizəsinə əlavə etdiyi müvafiq sənədə əsasən onun avtomobilinə dəyən zərər 10.837 manat təşkil edir və yoxlama üçün ödədiyi məbləğ isə 230 manat təşkil edir. Məlum olduğu kimi, cavabdehin icarə əsasında ona vurduğu ziyan cəmi 15407 manat təşkil edir və məhkəməyə ödədiyi rüsum da məbləğə uyğun olaraq 136.37 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia əizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh ilə 26 may 2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh hər ay 1350 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil icarəyə verilərkən cavabdehlə iddiaçı arasında təhvil-təslim aktının olduğunu bilmir. Avtomobil üç ay cavabdehdə olmuş, sonra isə cavabdeh avtomobili gətirib həyətdə:atasının yanında qoyub qaçmışdır. Avtomobilin yoxlanması zamanı dəyən zərərin 10.837 manat müəyyən olunmuşdur. Avtomobilin cəriməsinə görə 36 halda cərimə ödəmişlər. Sənədlərdə cərimələrin həmin avtomobilə aid olduğu görünməsədə təqdim olunan flaşkartda və diskdə cavabdeh etiraf etmişdir. Flaşkartda və diskdə olan səs yazısı cavadehə aiddir. Whatcap yazılarında olan telefon nömrəsi görünməsə də cavadehin adı Rahib yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 26 may 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə X3 arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan MERCEDES BENZ VİTO minik markalı **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq 1350 manat məbləğində icra haqqın ödəməklə X2 icarəyə vermişdir. Ödəniş qəbzlərindən görünür ki, MERCEDES BENZ VİTO minik markalı, **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsin yol verilmiş inzibati xətalara görə xx.xx.2024-cü il tarixli qəbzə əsasən 36 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 18 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 12.80 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 14.30 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 25.20 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 71 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 45 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 11.30 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 56.40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 11 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 53.20 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10.80 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10.80 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10.80 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10.80 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10.40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 40 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 9 manat məbləğində cərimə ödənilmişdir. «X1»MMC-nin icra edilmiş xidmətlərə dair aktından görünür ki, **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün sifariş olunmuş işlərin xərci olaraq 230.71 manat məbləğində qiymətləndirilmişdir. «X1» MMC-nin ilkin təmir sifarişi haqqında arayışından görünür ki, **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün sifariş olunmuş ehtiyat hissələrinin ümumi qiyməti 10837.21 manat qiymətləndirilmişdir. DVD diskdə olan «whatsap» yazışmalarından və səs yazılarından görünür ki, Rahim adlı şəxs MERCEDES BENZ VİTO minik markalı, **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarə haqqını və avtomobilin idarə edilməsi nəticəsində cərimələri ödəyəcəyini bildirmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 137 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə 26 may 2024-cü il tarixdə icarə müqaviləsi bağlayaraq MERCEDES BENZ VİTO minik markalı **- RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini cavabdehin icarəsinə vermişdir. Müqavilənin şərtlərinə görə də cavabdeh hər ay 1350 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 3 ay avtomobilin cavabdehdə qalmasına baxmayaraq, ödənilməmiş 3550 manat icarə haqqı qalmışdır. İddiaçının işə əlavə etdiyi sənədlərdən də göründüyü kimi icarə predmeti olan avtomobil cavabdehdə olduğu 3 ay ərzində yol hərəkəti qaydalarını pozduğuna görə müxtəlif cərimələr, cəmi 790 manat olmuş və avtomobilin idarə olunması məhdudlaşdırılmışdır. İddiaçı cərimələrin ödənilməsini tələb etsə də, cavabdeh cərimələri ödəməkdən boyun qaçırmışdır. İddiaçı mülkiyyətində olan əmlakla bağlı hüquqi hərəkətlər etmək, istifadə və s hüquqları həyata keçirə bilmək üçün məcbur qalaraq həmin cərimələri özü ödəmişdir. Bundan başqa icarə müqaviləsi bağlayarkən o, istifadəyə yararlı saz vəziyyətdə avtomobil verməsinə baxmayaraq, avtomobilin cavabdeh tərəfindən istifadəsi zamanı avtomobilinə müxtəlif ziyanlar dəymişdir və cavabdeh həmin qüsurları aradan qaldırmaqdan da imtina etmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müvafiq sənədə əsasən onun avtomobilinə dəyən zərər 10837 manat təşkil etmiş və əlavə olaraq yoxlama üçün 230 manat ödəmişdir. Məlum olduğu kimi, cavabdehin icarə əsasında ona vurduğu ziyan ümumi olaraq 15407 manat müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş icarə müqaviləsi, qəbzləri, “X1” MMC tərəfindən verilmiş akt və arayış, həmçinin iddiaçı tərəfindən verilmiş flaşkartda olan «WhatsApp» vasitəsi ilə yazışmaları və səs qeydləri iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin əsaslarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış icra müqaviləsi əsasən iddiaçıya olan borc, habelə nəqliyyat vasitəsinə vurulmuş zərərərin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 175,5 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 may 2024-cü il tarixdə icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı məbləği – 3.550 manat, icarə predmeti olan - MERCEDES BENZ VİTO Minik markalı **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən tətbiq olunan cərimə növündə inzibati təhbehə görə ödənilmiş 790 manat, icarə predmeti olan - MERCEDES BENZ VİTO minik markalı **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün «X1» MMC-də yoxlama üçün ödənilmiş 230 manat, həmin nəqliyyat vasitəsinin təmir və bərpasına çəkməli olan xərclərin əvəzi – 10.837 manat olmaqla, ümumilikdə 15.407 manat, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 137 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 may 2024-cü il tarixdə icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı məbləği – 3.550 manat, icarə predmeti olan - MERCEDES BENZ VİTO Minik markalı **-RH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən tətbiq olunan cərimə növündə inzibati təhbehə görə ödənilmiş 790 manat, MERCEDES BENZ VİTO minik markalı **-RH- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün ödənilmiş 230 manat, həmin nəqliyyat vasitəsinin təmir və bərpasına çəkməli olan xərclərin əvəzi – 10.837 manat olmaqla, ümumilikdə 15.407 manat, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 137 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(038)-135/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-135/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver