Məhkəmə qərarları › İş №2(038)-147/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-147/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-147/2025 15.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı «mənzildən çıxarma və mənzilin boşaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6, onun ailə üzvülərinin, onlara aid əşyaların Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilindən çıxarılmaqla, mənzilin boşaldılaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı şəhəri Xətai küçəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzili onun mülkiyyətindədir. Belə ki, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 31 may 1993-cü il tarixli 115 saylı sərəncaml ilə ona 32.7 kv metr sahəsi olan həmin mənzili qızı X4 ilə birlikdə tutmaq hüququ verilmişdir. Bu barədə ona 03 iyun 1993-cü il tarixli 108 saylı order verilmişdir. Qeyd etdiyi mənzil hazırda da monun adınadır və kommunal xidmətlər də onun adındadır. Həmin mənzildə qızı ilə bir müddət yaşadıqdan sonra xəstə və qoca anasına qulluq etmək üçün Yardımlı şəhərində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Cavabdeh X12 bacısı X2 əridir. Onlar 1994cü ildə evləndilər və cavabdehin qeydiyyatda olduğu Yardımlı rayonu Osnaqaran kəndində yaşayırdılar. Cavabdeh Yardımlı şəhərində yerləşən bankda işlədiyi üçün gəlib-gedirdi. Cavabdeh və arvadı - bacısı xahiş etdilər ki, gəlib-getməsi çətin olduğundan həmin mənzildə müvəqqəti olaraq yaşamalarına razılıq versin. O da də onların xahişini nəzərə alaraq yaşamalarına razılıq vermişdir və cavabdeh ailə üzvüləri ilə köçüb həmin mənzildə yaşamağa başlamışdır. Bir müddətdir ki, cavabdeh iş yeri ilə bağlı Lənkəran şəhərində yaşayır və onun Lənkəran, Sumqayıt şəhərlərində mənzili vardır. Cavabdeh qeyd etdiyi mülkiyyətində olan həmin mənzilin qapısını bağlayaraq orada yaşamır və özlərinə məxsus əşyaları da oradadır. Həmin mənzildə yaşayış olmadığından yaşayış sahəsi korlanır. O isə valideynlərinin adına olan, köhnə, yaşayış üçün yararsız vəziyyətə düşmüş, uçmaq təhlükəsində olan evdə olur. Cavabdehə və arvadı Ülviyyəyə dəfələrlə mənzili boşaldaraq, təhvil vermələrini xahiş etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hətta Yardımlı rayon Polis Şöbəsinə də bu barədə müraciət etmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh X12 iddiaya qarşı etiraz (ərizə) verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, onun daimi qeydiyyatı ünvan 2-dır. O, öz şəxsi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Müvəqqəti yaşayış yeri isə iş cə xidməti zərurətlə əlaqədar Lənkəran şəhəri, X11 küçəsi ev 78/15, mənzil 9 ünvanıdır. Hal hazırda bu ünvanda nortarial qaydada təsdiq olunmuş kirayə müqaviləsinə əsasən yaşayır. Şəxsi mülkiyyətində danışmaz əmlakın olması barədə Arayışı və kirayə müqaviləsini məhkəməyə təqdim edir. X1 ilə şəxsi mübahisəli heç bir əmlakı yoxdur. İddiaçının bildirdiyinə görə o guya ona məxsus Yardımlı rayonu, Yardımlı şəhəri, Xətai küçəsində yerləşən mənzili zəbt etmiş və mənzili boşaltmır. Nərminə Zairova onun həyat yoldaşı X2 doğma bacısıdır. İddiada qeyd edilən mənzil adıçəkilən şəxslərin atası tərəfindən dövlətdən alınmış və order razılıq əsasında Nərminə Zairovanın adına olmuş, mənzil ayrılan vaxtdan həmin həmzildə X9 daimi qeydiyyatda olmuşdur. O və Ülviyyə Zairova 1994-cü ildə ailə qurmuşlar. Ailənin və şəxsən Nərminə Zairovanın razılığı ilə 1995-ci ildə həmin mənzilə köçmüşlər. Köçərkən həmin mənzil istifadəyə yararlı olmamışdır. Nərminə Zairova həmin mənzildə yaşamamış və qeydiyyatda olmamışdır. Mənzil onlar tərəfindən təmir edilmiş və yaşayışa yararlı hala gətirilmişdir. Ümumiyyətlə, mənzildə yaşadığı müddət ərzində mənzilin təmirinə təqribən 20000 manatadək vəsait sərf etmişlər. Mənzil alınan gündən mübahisə yarananadək Nərminə Zairova tərəfindən kommunal xərclər üzrə heç bir ödəniş olmamışdır. Mənzildə işıq, qaz və su üzrə abonent kodları onun adına olmuş və 1995-ci ildən hal hazıradək bütün ödənişlər onun tərəfindən edilmişdir. Mənzildə olan 6-22-46 nömrəli telefon Ülviyyə Zairovanın adına olmuş, bütün ödənişlər və internet haqları onun adından ödənilmişdir. 2019-cu ildən xidməti fəaliyyətiylə əlaqədar həmin mənzildə yaşamır. Hal hazırda mənzildə onun ailəsinə aid cehiz əşyalar və yaşayış vasitələri olduğu üçün yoldaşı Ülviyyə Zairova nəzarət edir. Nərminə Zairovanın mənzil verildiyi dövrdən indiyədək həmin mənzildə yaşamamasını və həmin mənzilin onların tərəfindən təmir olunmasını bina sakinləri təsdiq edə bilər. Nərminə Zairova tərəfindən həmin mənzilin yaşayışa yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar heç bir vəsait sərf etməmişdir. Eyni zamanda, hal hazırdək edilmiş kommunal ödənişlərin onun tərəfindən ödənilmədiyini aidiyyəti orqanlardan məlumat almaqla dəqiqləşdirmək olar. O 2009-cu ildən Nərminə Zairova ilə heç bir ünsiyyət və münasibət saxlamır. Eyni zamanda qeyd edilən mənzildə onun bacısı X9 qeydiyyatda olduğu və yaşadığı üçün o ümumiyyətl iddianın subyekti deyildir. Qeyd edilən mübahisəli mənzilə dair mübahisə ailə üzvlərinə, daha dəqiq desək 2 bacıya aid olan mübahisədir. Məhkəmə iclasında İddiaçı izahat verərək, bildirmişdir ki, iddiaçının arvadına məxsus cehiz əşyaları mübahisəli mənzildədir. Lakin iddiaçı və arvadı həmin mənzildə yaşamırlar. Onun dediklərini şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh X12 məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Şahid1 ifadəsində bildirmişdir ki, Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 nömrəli evdə, yəni mübahisəli mənzilin yerləşdiyi binada yaşayır, o mənzil Nərminə Zairovanın adınadır, mənzil onundur. Habil o evdə arada bir yaşayır, 2-3 il olar ki, Habil o mənzildə yaşamır. Lakin Habilin əşyaları həmin evdədir. Nərminə həmin mənzildə heç yaşamamışdır. Həmin mənzili yaşamaq üçün Nərminə bacısına vermiş və bacısı da o mənzildə yaşamışdır. Şahid2 ifadəsində bildirmişdir ki, 1976-cı ildən təhsil şöbəsində işləmişdir. Nərminə də onun iş yoldaşı olmuşdur. İşlədiyi zaman Nərminə Zairovaya mənzil vermişlər. Nərminə həmin mənzili bacısı ilə yeznəsi Habilə vermişdir. Habil də arvadı ilə həmin mənzildə yaşamışlar. Hazırda isə yaşamırlar. Yardımlı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 108 №-li Orderdən görünür ki, X5 Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 №-li binanın 2-ci blokunda və 1-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 12 №-li mənzil sahəsini tutmaq hüququ verilmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı Şəhər kommunal Təsərrüfatı idarəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 1 №-li Arayışdan görünür ki, Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 №-li evin 12 №-li mənzili X3 adınadır. Abonent kartının surətindən görünür ki, su təsərrüfatı üzrə Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 №-li evin 12 №-li mənzil üzrə abonent olaraq X3 adı qeydə alınmışdır. Abonentin Saldosundan görünür ki, qaz təchizatı üzrə Yardımlı şəhəri, Xətai küçəsində yerləşən ev 0, mənzili 14 üzrə abonent olaraq X3 adı qeydə alınmışdır. Daşınmaz əmlakın mövcudluğu barədə elektron Arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 78/15 ünvanında yerləşən 9 №-li mənzilini Cavabdeh xx.xx.2024-cü il tarixədək kirayəyə vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 №-li binanın 2-ci blokunda və 1-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 12 №-li mənzil iddiaçı X3 mülkiyyətindədir. Həmin mənzilə iddiaçının razılığı ilə cavabdeh və onun arvadı – iddiaçının bacısı köçmüş, cavabdeh 2022-ci il tarixədək həmin ünvanda yaşamışlar. Cavabdehin ailə üzvlərinə malik əmlaklar həmin ünvanda yerləşir. İddiaçı cavabdehin, onun ailə üzvlərinin, habelə cavabdehin arvadına məxsus cehiz əmlakların mübahisə mənzildən çıxarılmasını tələb edir, cavabdeh isə onun ümumiyyətlə həmin ünvanda yaşamadığını və mənzildə olan əmlakların isə ona məxsus olmadığını, iddiaçının bacısına məxsus olduğunu və iddianın ona qarşı deyil, iddiaçının bacısına qarşı verilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinin İ bəndinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunun hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə;

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz əmlakının cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir ki, həmin əmlakı cavabdehin qanunsuz sahibliyində olması müəyyən olunmur. Belə ki, iddianın irəli sürüldüyü şəxs ümumiyyətlə iddiaya cavab verən şəxs deyil, bununla bağlı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı müvafiq təklif olunsa da, sonuncu cavabdeh əsl cavabdehlə əvəz olunmasından imtina etmişdir. Belə olan halda isə iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, İddiaçı cavabdeh X7 qarşı «cavabdehin, onun ailə üzvülərinin, onlara aid əşyaların Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilindən çıxarılmaqla, mənzilin boşaldılaması» barədə iddiası ona cavab verməli olan şəxsə qarşı irəli sürülmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh X7 qarşı «cavabdehin, onun ailə üzvülərinin, onlara aid əşyaların Yardımlı şəhəri, Xətai küçəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilindən çıxarılmaqla, mənzilin boşaldılaması» barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar