Məhkəmə qərarları › İş №2(038)-226/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-226/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-226/2024 24.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı, Cavabdeh ., müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh Ataməli oğluna qarşı «yolun açılması» tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ataməli oğlu tərəfindən onun evinə gedən avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi və avtomobil yolunun asudələşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 rayon Avur kəndində yaşayır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2009- cu il tarixli çıxarışına əsasən mülkiyyətində olan 0,63 ha torpaq sahəsində yerləşən ikimərtəbəli beş otaqlı, 110 m2 yaşayış sahəsini köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Yaşadığı evə gedən avtomobil yolu Cavabdeh Ataməli oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Avtomobil yoluna darvaza qoyulmuşdur. Halbuki,zəbt edilmiş torpaq sahəsi ona aid deyil,tarixən onun istifadəsində olmuşdur. Həmin yol 2009-cu il tarixində Cavabdeh . qaynanası X3 tərəfindən də zəbt edilmişdir.Həmin yolun açılması barədə Yardımlı Rayon Məhkəməsinə müarciət etmişdir. xx.xx.2009-cu il tarixli 2(038)-26/2009 saylı qətnamə ilə avtomobil yolunun açılması qət edilmişdir. Həmin qətnamə icra edilərək evinə gedən yol asudələşdirilmişdir. Yenidən evinə gedən avtomobil yol Cavabdeh Ataməli oğlu tərəfindən zəbt edilmişdir.Yolun ortasına darvaza qoyulmuş, yolun yuxarı tərəfi tikanlı məftililə ,aşağı tərəfi isə torpaqla daraldılmışdır.Dəfələrlə cavbdehlə yolun açılması barədə fərdi söhbət etmiş, lakin, söhbətləri nəticəsiz qalmışdır. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia tələbi üzrə işdə cavabdeh qismində Cavabdeh . göstərilməsi doğru deyil. Həmin mübahisəli torpaq sahəsi ona məxsusdur. Anasından miras qalmışdır. Ekspert rəyində yazılanlarla razı deyil. Həmin mübahisəli torpaq sahəsi 1997-ci il islahatı zamanı ona yəni anasına pay torpağı kimi verilmişdir. Yolun cənub-şərq hissəsi də onların pay torpağına aid edilmişdir. Qoyulmuş darvaza onun həyətinə aiddir. Məhkəmə iclasında iddiaçı İddiaçı, Cavabdeh Ataməli oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun yoluna qoyduğu darvaza ilə həyətinə gedən yolu kəsmişdir. Uzun illər həmin mübahisəli yoldan istifadə etmişlər, evinə həyətinə gedən digər yol çox narahat omaqla ilin bir çox vaxtlarında işlək vəziyyətdə olmur. Məhkəmə iclasında Cavabdeh Ataməli oğlu iddinı qəbul etməyərək iddiaçının evinə başqa istiqamətdən yolun olduğunu bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahat verərək darvazanı öz həyətinin girişinə qoyduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin 2(038) 26/2009 saylı, xx.xx.2009-c il tarixli qətnaməsindən görünür ki, İddiaçı evinə gedən avtomobil yolu bərpa edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Yardımlı rayonu, Avur kəndində İddiaçı mülkiyyətində olan 0,63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 110.1 kv.m yaşayış, 130.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyetr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-007A KOD 80421038 dövlət aktının surətindən görünürki ki, Yardımlı rayonu Avur kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi X4 və ailə üzvü Cavabdeh Ataməli oğlu və digər ailə üzvlərinin mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş rəydən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi və darvaza qoyulmuş yerin Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə- keçid kimi qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmin gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçəkeçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. İddiaçı və digər ailə üzvlərinə mülkiyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub-şərq istiqamətində Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqları daxilində ümumi istifadəli gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/5387 №-li, 16 iyul 2024-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 3218/2024 №-li mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi və darvaza qoyulmuş yerin Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 2024-cü il tarixli, 3-21-3-44/2-3218/2024 №-li mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarında, İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə- keçid kimi qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmin gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 2024-cü il tarixli, 3-21-3-44/2-3218/2024 №-li mütəxəssis rəyinə əsasən, Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə- keçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 2024-cü il tarixli, 3-21-3-44/2-3218/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və digər ailə üzvlərinə mülkiyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub-şərq istiqamətində Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqları daxilində ümumi istifadəli gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, evinə gedən avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi və avtomobil yolunun açılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzası, 47-ci maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Mülki Məcəllənin 157.4-cü maddəsinin dispoziya şərtlərinə uyğun olduğundan təmin edilməlidir. Hazırkı mülki iş üzrə təqdim edilmiş ekspert rəyindən məlum olur ki, İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə- keçid təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin ekspert rəyi ilə Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvazanın Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə- keçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri İddiaçı mülkiyyətindən birbaşa olaraq məhrum etməsə də, ona bu hüquqları həyata keçirməkdə maneçilik yaradır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia Mülki Məcəllənin 157.4-cü maddəsi tətbiq edilməklə təmin edilməlidir. Bundan əlavə məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsinə münasibətdə qeyd edir ki, G.Qürbətovanın ərizəsində göstərdiyi hallar, yəni darvazanın qoyulduğu torpaq sahəsinin ona məxsus olması və bu səbəbdən iddia ərizəsində cavabdeh qismində onun göstərilməli olması ilə bağlı hallar məhkəmə araşdırılması zamanı sübuta yetmədiyindən, yəni darvaza qoyulmuş torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması alınmış ekspert rəyi ilə müəyyən edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin doğru cavabdehə qarşı irəli sürüldüyü hesab edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh Ataməli oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Yardımlı rayonu Çayüzü bələdiyyəsinin mükiyyətində olan və Yardımlı rayonu, Çayüzü kəndində yerləşən (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sxemdə göstərilmiş) torpaq sahəsində (gediş gəliş yolu) Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza sökülməli və həmin gediş-gəliş yolu açılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh Ataməli oğluna aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yardımlı rayonu Çayüzü bələdiyyəsinin mükiyyətində olan və Yardımlı rayonu, Çayüzü kəndində yerləşən (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sxemdə göstərilmiş) torpaq sahəsində (gediş gəliş yolu) Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza sökülsün və həmin gediş-gəliş yolu açılsın. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh Ataməli oğluna aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar