Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-229/2023 04.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi ilə. İddiaçı Zülfəli oğlunun cavabdehlər Hamarkənd bələdiyyəsinin sədri X1 və X2 qarşı borc piyada yolunun açılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Zülfəli oğlu cavabdehlər Hamarkənd bələdiyyəsinin sədri X1 və X2 qarşı piyada yolunun açılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı Zülfəli oğlu məhkəməyə ərizə göndədərək, mülki işin icraatının baxılmamış saxlanılmasını iddia ərizəsini və əlavə olunmuş sənədləri ona qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Hamarkənd bələdiyyəsinin sədri X1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Zülfəli oğlunun cavabdehlər Hamarkənd bələdiyyəsinin sədri X1 və X2 qarşı piyada yolunun açılması tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı Zülfəli oğluna qaytarılsın Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: T1
Məhkəmə qərarları › İş №2(038)-229/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-229/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver