Məhkəmə qərarları › İş №2(038)-260/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-260/2023

28.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-260/2023 28.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, k1oğlunun katibliyi, İddiaçı sədri X1, Cavabdeh iştirakları ilə, İddiaçı sədri X1 Cavabdeh qarşı İddiaçı mülkiyyətinə məxsus yolun zəbtən azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş, Yardımlı rayonu, Hamarkənd Bələdiyyəsinin mülkiyyətinə məxsus yolun açılmasl barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı sədri X2 iddia tələbini müdafiə edərək göstərdi ki, Yardımlı rayonu Zəngəran kənd sakini Cavabdeh razılaşma yolu ilə aldığı torpaq sahəsinin yanından keçən və Hamarkənd Bələdiyyəsinin mülkiyyətində olan yolu zəbt edərək, oraya taxta darvaza qoymuş və gegiş-gəliş yolunu kəsmişdir. Bu barədə qonşuluqda yaşayan sakinlər tərəfindən Hamarkənd Bələdiyyəsinə şikayətlər daxil olmuşdur. Yolun tutulması ilə əlaqədar 28 mart 2023cü il tarixdə cavabdehin ünvanına bələdiyyə tərəfindən pretenziya məktubu göndərilərək, zəbt etdiyi yoldan maneləri aradan qaldırmağı və yolu açması ona bildirilmişdir. Aidiyyatı təşkilatların iştirakı ilə mübahisəli yola baxış keçirilmiş və akt tərtib olunmuşdur. Görülmüş tədbirlər nəticə verməmiş və bələdiyyə mülkiyyətində olan yolun cavabdeh tərəfindən bağlanması məsələsi bələdiyyə müzakirəsinə çıxarılmışdır. Qeyd edilən məsələ Bələdiyyənin 18 aprel 2023-cü il tarixli iclasında müzakirə olunmuş, cavabdeh tərəf iclasa dəvət olunsa da iclasa gəlməmişdir. İclasda zəbt edilmiş yolun açılmağı barədə məhkəməyə müraciyyət edilməsi qərarına alınmışdır. Hal-hazırdada cavabdeh yolu zəbt etməkdə davam edir. İddiaçı sədri X2 məhkəmə iclasında ərizə ilə təqdim edərək iş üzrə verilmiş ekspert rəyi ilə razı olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının iddiasından imtina etməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı sədri X1 Cavabdeh qarşı İddiaçı mülkiyyətinə məxsus yolun zəbtən azad olunması tələbi barədə iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 266-268 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı sədri X1 Cavabdeh qarşı İddiaçı mülkiyyətinə məxsus yolun zəbtən azad olunması tələbi barədə iddiasından imtina etməsi qəbul olunsun və mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: x4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar