Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-54/2023 26.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, Məhkəmə iclasının katibi T1katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı 23 may 2021-ci il tarixli, 48 saylı əmrin etibarsız olunması və Cavabdehnə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 23 may 2021-ci il tarixli ,48 saylı əmrin etibarsız olunması və Cavabdehnə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehnə fiziki tərbiyə müəllimi kimi işə qəbul edilmiş və uzun illər həmin məktəbdə işləmişdir. İşlədiyi müddətdə həmışə nümunəvi müəllim olmuşdur. Heç bir vaxt nizam-intizam qaydalarını pozmamışdır. Cavabdeh direktoru İlqar Xubaliyev 2020-ci ildə onu şərləyərək, guya onu ağac parçası ilə vurduğunu bildirərək barəsində cinayət işi başlanılmış və 2021-ci ildə ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası verilməsinə nail olmuşdur. Bundan sonra İlqar Xubaliyev xx.xx.2021ci il tarixli əmri ilə Azərbaycan Respubiikası Əmək Məcəlləsinin 74-cü maddəsinin ç bəndinə əsasən onu Cavabdehndə tutduğu fiziki tərbiyə müəllimi vəzifəsindən azad etmişdir, işdən azad edilməsinin səbəbini isə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi olmuşdur. O,xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün cəzadan azad edilmiş və bundan sonra müvafiq əmri almış və mediasiya qrumuna müraciət etmişdir. Cavabdeh direktoru İlqar Xubaliyev onu işdən azad edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.2-ci maddəsinin 1-ci bəndinin, 74-cü maddəsinin “ç” bəndinin, 70-ci maddəsinin və 76-cı maddəsinin tələblərini pozmuş, həmçinin onun işdən azad olunması barədə ilk öncə həmkarlar ittifaqının razılığı alınmalı olduğu halda, işə götürən tərəfindən belə bir razılıq alınmamışdır. Bundan əlavə onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi tamamılə əsassızdır. Bu Cavabdeh direktoru İlqar Xubaliyevin öz quraması olmuşdur və məqsədli şəkildə edilmiş bir əməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslar ona şamil edilə bilməz, çünki o, həmişə üzərinə düşən öhdəliklərini layiqincə və vicdanla yerinə yetirmiş və heç bir zaman işinə görə töhmət almamışdır. Odur ki, göstərdiklərini nəzərə alaraq Cavabdeh üzrə verilmiş 23 may 2021-ci il tarixli, 48 saylı əmrin etibarsız olunması və Cavabdehnə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddia ərizəsində göstərdiyi əsaslara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, səlahiyyətli şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh 15 sentyabr 2014-cü il tarixli,10 saylı əmri ilə Telavar kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Yardımlı rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsinin 17 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı cəza müddəti sona çatdığı üçün 17 sentyabr 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh 23 mart 2021-cü il tarixli,104 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. “B.Q.Mansurov” adına Telavar kənd tam orta məktəbinin 23 mart 2021-ci il tarixli, 104 nömrəli əmrinin çıxarışında qeyd olunmuşdur ki, X2 haqqında həbs qətimkan qədbiri seçildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilidirşdən görünür ki, bildiriş xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş, xxxxxxx0001X0 nömrə ilə qeydiyyata alınmışdır. Bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4 və 9-cu hissələrinə əsasən əmək münasibətləri–əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndində əsasən işəgötürən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hisəssinə uyğun olaraq , bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları” barədə 74-cü maddəsinin “ç” bəndində qeyd edilir ki, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Məhkəmə göstərilən maddi hüquq normalarını iddia tələbinin əsasları ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı qanuni əsaslarla işdən azad edilmişdir. Belə ki, Cavabdehnə fiziki tərbiyə müəllimi işləmiş iddiaçı Sultanov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Cavabdeh direktoru Azərbaycan Respubiikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsaslanaraq onu xx.xx.2021-ci il tarixli 104 nömrəli əmr ilə işdən azad etmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 74-cü maddəsi işəgötürən və işçinin iradəsindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Həmin əsaslardan biri də, Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndində nəzərdə tutulmuş şəxsin azadlıqdan məheum etmə cəzasına məhkum edilməsi ilə bağlıdır. Mübahisəli əmrin məzmununa nəzər yetirildikdə məhkəmənin hökmü qanuni qüvvəyə minmədən verildiyi müəyyən olunur, lakin Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilidirşin sistemə daxil edilməsi tarixindən göründüyü kimi, müqavilə hökm qanuni qüvvəsini aldıqdan sonra, yəni xx.xx.2021-ci il tarixdə, xxxxxxx0001X0 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hisəssinə uyğun olaraq əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi üçün, əmrin hökm qanuni qüvvəyə minməsindən əvvəl verilməsi mahiyyəti dəyişmir. Məhkəmə iddiaçının cavabdeh tərəfin “həmkarlar ittifaqının razılığının alınmaması” əsasına qiymət verərək qeyd edir ki, “Həmkarlar İttifaqı haqqında” Qanunun 20-ci maddəsinə əsasən yalnız işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması tələb olunur. Hazırkı mübahisədən göründüyü kimi isə, işəgötürən özünü iradəsindən asılı olmayan səbəbə görə əmək müqaviləsinə xitam vermişdir. Yəni bu halda Həmkarlar İtifaqının razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdehnə qarşı 23 may 2021-ci il tarixli, 104 saylı əmrin etibarsız olunması və Cavabdehnə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X4
Məhkəmə qərarları › İş №2(038)-54/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-54/2023
26.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver