Məhkəmə qərarları › İş №2(038)-541/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-541/2025

15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-541/2025 15.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs kimi qeyd edilən) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs kimi qeyd edilən) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1924-cü il təvəllüdlü X1 xx.xx.2007-ci ilədək 12 il 11 ay və xx.xx.1928-ci il təvəllüdlü X2 xx.xx.2007-ci ilədək 8 il 5 ay qulluq göstərməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə hesab edir ki, xx.xx.1924-cü il təvəllüdlü X1 xx.xx.2007-ci ilədək 12 il 11 ay və xx.xx.1928-ci il təvəllüdlü X2 xx.xx.2007-ci ilədək 8 il 5 ay qulluq göstərməsi faktının müəyyən edilməsi xüsusi məhkəmə icraatı qaydasında deyil, müvafiq inzibati orqana müraciət etməklə həll edilə bilər. İnzibati orqan müraciətə müsbət cavab vermədiyi halda onun hərəkətlərindən və ya qərarından ərizəçinin müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Hesab edir ki, hazırkı tələbə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə xüsusi məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs kimi qeyd edilən) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs kimi qeyd edilən) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizədə qeyd edilən xüsusatla bağlı müvafiq inzibati orqana, inzibati orqan müraciətə müsbət cavab vermədiyi halda onun hərəkətlərindən və ya qərarından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 102 (yüz iki) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar