Məhkəmə qərarları › İş №2(038)-545/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-545/2023

14.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-545/2023 14.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh 3 qızına, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payının müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Ş, Cavabdeh2, Cavabdeh 3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı məhkəmədə iddia qaldıraraq Yardımlı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 4/6 saylı qərarına əsasən birgə mülkiyyətlərinə verilmiş 2,42 ha torpaq sahəsində onun və cavabdehlərin hər birinin payının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 15 aprel tarixli, 4/6 saylı qərarına əsasən o və cavabdehlər daxil olmaqla 10 nəfər ailə üzvünə Yardımlı rayonu Vərgədüz kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 2.42 ha torpaq sahəsi verilmişdir. Bu barədə ailə başçısı kimi mərhum atası X5 adına JN 139, KOD 80411018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Dəfələrlə cavabdehlərə paylarının müəyyən olunması barədə müraciət etsə də, bundan imtina etmişlər. Bu barədə aidiyyəti orqanlara müraciət etsə də cavabdehlər payının ayrılmasına mane olmuşlar. Onların maneçiliyi nəticəsində torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə, paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə edə bilmir. Halbuki, mübahisəli torpaq sahəsində qanunla müəyyən edilmiş qaydada onun torpaq payı vardır və həmin torpaq sahəsinin qanuni mülkiyyətçilərindən biridir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ümumi sahəsi 2.42 ha olan torpaq sahəsindən ona düşən payın ayrılması ilə əlaqədar cavabdehlərlə razılağa gəlməyə çalışsa da, bu mümkün olmamışdır. Cavabdehlər tərəfindən ona torpaq sahəsinin yarasız hissəsi təklif edilmişdir. Bu səbəbdən mübahisənin məhkəmə qaydasında həll edilərək ona düşən payın ayrılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. JN 139, KOD 80411018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 4/6 saylı qərarı ilə X7 və onun ailə üzvləri X8, Cavabdeh1, Cavabdeh2, Sultanova (Cəbiyeva) Günel Gülverdi qızına, X4, Cavabdeh5, İddiaçı, Cavabdeh6 və Cavabdeh7 2,42 ha torpaq sahəsi verilmişdir. 18 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MPM) 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmaqla xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hazırki mülki iş üzrə İddiaçı digər birgə mülkiyyətçilərlə razılığa gələ bilməmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 4/6 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvləri olan iş üzrə cavabdehlərə, eləcə də iddiaçının mərhum valideynlərinə Yardımlı rayonu Vərgədüz kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 2,42 ha torpaq sahəsi verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslıdır və İddiaçı mübahisəli torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etmək hüququna malikdir. Belə ki, 2,42 ha torpaq sahəsi 10 nəfər ailə üzvünə ümumi birgə mülkiyyət üzrə verilmişdir. Payların bölünməsi ilə bağlı razılıq olmadığına görə, Mülki Məcəllənin 223-cü maddəsinin tələbinə uyğun olaraq onların hər birinin payları bərabər, yəni hər birinin 1/10 hissə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddianın dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Yardımlı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 4/6 saylı qərarına əsasən Yardımlı rayonu Vərgədüz kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə verilmiş 2.42 ha torpaq sahəsinə X5, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, İddiaçı, Cavabdeh6 və Cavabdeh7 hər birinin 1/10 hissədə bərabər payları müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar