Məhkəmə qərarları › İş №2(038)-636/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-636/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-636/2024 22.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2, məhkəmə iclasının katibi K1 katibliyi ilə, iddia ərizəsində etibarnamə üzrə nümayəndə kimi göstərilmiş Nümayəndə iştirakı ilə, iddiaçı Paşayev X6 Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Paşayev X1 Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 26 may 2024cii il tarixdə icarə müqaviləsi üzrə ödəməli olduğu 3550 manat icarə haqqı məbləğinin, onun xx.xx.2024-cii il tarixli BD554897 nömrəl qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDF**********7880. mühərrikin nömrəsi **********9118 və buraxılış ili 2007-ci il olan MERCEDES BENZ VİTO Minikmarkalı 99RH037 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibat Xətalar Məcəlləsinin tələblərini pozaraq barəsində tətbiq olunan cərimə növündə inzibati təhbehə görə ödədiyim 790 manat cərimə borcunun, xx.xx.2024-cü il tarixli BD554897 nömrəl qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDF**********7880. mühərrikin nömrəsi **********9118 və buraxılış ili 2007-ci il olan MERCEDES BENZ VİTO Minik markalı 99RH037 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün “X4" MMC-də yoxlama üçün ödədiyim 230 manat xidmət haqqının, yoxlamanın nəticəsi olaraq müəyyən edilən ziyanın məbləği olaraq çəkməli olduğum xərclərin -10837 manat pulun, ümumilikdə 15407 manat pulun, dövlət rüsumu olaraq ödənilmiş 137 manat pulun alınaraq mənə ödənilməsi barədə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Məhkəmə iclasında iddia ərizəsində etibarnamə üzrə nümayəndə kimi göstərilmiş Nümayəndə bildirmişdir ki, iddia ərizəsi onun tərəfindən imzalanmış və Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə ƏN-İİ seriyalı, 020208 №-li etibarnamə əsasında səlahiyyətlidir. Etibarnamədə ona iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməməsindən məlumatı olmamışdır. Vəkil ona təqdim edilmiş etibarnamə ilə məhkəmədə iştirak etmək hüququnun olmasını bildirmişdir. İddia ərizəsinin imzalandığı tarixə nümayəndə kimi səlahiyyətli olduğunu təsdiq edən başqa etibarnaməni məhkəməyə təqdim edə bilmir, çünki iddiaçı yalnız bu etibarnaməni ona vermişdir. İddiaçının özü də hazıra Azərbaycan Respublikasının hüdudlarından kənardadır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-nin) 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Hazırki iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Paşayev X7 adından Nümayəndə tərəfindən imzalanmış və ərizəyə Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə ƏN-İİ seriyalı, 020208 №-li etibarnamə əlavə edilmişdir. Lakin verilmiş etibarnamənin məzmunundan görünür ki, etibarnamədə Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Halbuki, MPM-nin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi iddia ərizəsi imzalanarkən, yəni xx.xx.2024-cü il tarixdə Nümayəndə bunu imzalamaq səlahiyyəti olmamışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, yeni etibarnamə təqdim etməklə də həmin nöqsanı aradan qaldırmaq mümkün deyildir. Belə ki, yenidən veriləcək etibarnamə də hazırki iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan sonra olacaqdır və iddia ərizəsinin imzalandığı tarixdən əvvəlki tarixə də etibarnamənin verilməsi qeyri-mümkündür. MPM-nin 259.0.3-cü maddəsində göstərilir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi MPM-nin tələblərinə uyğun səlahiyyətli şəxs tərəfindən imzalanmadığından ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi MPM-nin 74-cü maddəsində göstərilən səlahiyyətlər verilmiş şəxs tərəfindən imzalanaraq məhkəməyə yenidən müraciət oluna bilər. Belə ki, MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 149.1, 259.0.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Paşayev X6 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra iddiaçının ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ ona izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar