Məhkəmə qərarları › İş №2(038)-639/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-639/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-639/2024 05.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, Ərizəçi və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət еdərək, 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində onun əmək fəaliyyətində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını хahiş еtmişdir. Ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ciil tarixdə Yardımlı rayonun bozayran kəndində anadan olmuş və hazırda bozayran kəndində yaşayir.Yaşa görə əmək pensiyasının təyin edilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir, müraciyyətinə cavab olaraq qeyd edilmişdir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ( qanunla nəzərdə tutulan 25 ildən) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajı 4 il 11 ay qeyd olunmuşdur və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik idarəsində fəaliyyət göstərmişdir.Fəaliyyətində olduğu müddət ərzində ona məxsus olan əmək kitabçasında qeydiyyata alınmışdır. O, cümlədən, həmin istilik idarəsində işləməyi barədə heç bir sənəd mühafizə olunmaq üçün Yardımlı rayon Dövlət Arxiv İdarəsinə Təhvil verilməmişdir. O əmək fəaliyyəti faktının müəyyən olunması əmək pensiyasının təyin edilməsinə mane olur.Onun yardımlı rayon İstilik İdarəsində əmək fəaliyyətində olmağını Yardımlı rayonunda hal-hazırda yaşayan vətəndaşlar, X1 və X3 öz əmək kitabçalarında aparılan qeydlərlə faktiki istilik İdarəsində fəaliyyət göstərdiyini sübut edə bilərlər. Əmək kitabçası işlədiyi dövrdə olub. O, həmçinin Bakıda maşınqayırma zavodunda da işləmişdir. Yardımlı rayon İstilik idarəsində işləyəndə yoldaşı xəstə olmuş, o çox xəstəxanalara getmiş və həyat yoldaşı Bakıda əməliyyat olmuşdur. Bir müddətdən sonra bilmişdir idarə ləğv olunmuş və əmək kitabçası itmişdir. Zavodda və uşaq baxçasında işlədiyi yerlərdən arayış almışdır. Yardımlı rayon İstilik idarəsindən sənəd ala bilməmişdir və Şəmsəddinlə və Şakirlə bir yerdə işləmişlər. Şəmsəddin tez işdən çıxmış, Şakir isə 2001-ci ilə kimi onunla birgə işləmişdir. Sənədləri üçün istilik təchizat idarəsinə kimi getmişdir, lakin ona demişlər ki, idarə fəaliyyət göstərib ancaq sənədlər arxivə verilməmişdir. Mərkəzi arxiv idarəsinə müraciət etmiş, oradan isə ona sənədlərin verilməməsini bildirmişlər. Maraqlı şəxs- Dövlət Sosial Müdafiə Fondu ərizəçinin tələbinə qarşı etiraz verərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yazılı etirazda və məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 etirazını onunla əsaslandırılmışdır ki, hazır ki iş üzrə maraqlı şəxs olan Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinin əsl maraqlı şəxs olan Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti mövcuddur. Belə ki, ərizəçi 1986-cı ildən başlayaraq 2001-ci ilə qədər Yardımlı rayon İstilik İdarəsində işlədiyini iddia edir. Ərizəçi güzəştli şərtləılə yaşa görə əmək pensiyasının təyin olunması uçun cavabdeh filiala müraciət etmiş lakin tələb olunan sosial sığorta stajının (25 ıl) olmaması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Cəbrayıl Həsənov 1986-cı ildən başlayaraq 2001-cı ilə qədər Yardımlı rayon İstilik İdarəsində işləməsi faktının müəyyən olunması uçun məhkəməyə müraciət etmişdir. MPM-nin 308-cı maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kırm məhkəmə huquqı əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9 1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ıl çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında' Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 06 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-cı maddəsində qeyd olunmuşdur ki işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə. 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədlərdən bərpa elmək muınkuıı olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sıgoıta stajı müəyyən edilir. Hazıda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədlər bərpa etmək mümkün olmadtqda sosial sığorta stajı ən azı iki şahıdın ifadələrinə əsasən və onların edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 11 1992 cı ıl tarixli 638 №-lı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-cı bəndinə əsasən də ış stajı barəda sənədlər olmadıqda və idarə təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi uçun çatışmayan ış stajı ərizəçim bır idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan ıkı nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kımı ış stajının təsdiq olunması uçunə ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçi ilə birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il. 03 saylı Qərar) Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edılməməsınə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçim birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə. ış stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki. yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Beləliklə ərizəçi əmək kitabçasının ümumiyyətlə olmadığı halda həmin illəri məhkəmə qaydasında təsdiqlədə bilərdi. Əmək kitabçası olduğu halda isə sözügedən illərin qeydiyatının aparılmaması iddiaçının həmin müəssisədə işləməsini şübhə altına alır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: AA******* nömrəli səxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci ildə Yardımlı rayonu Bozayran kəndində doğulmuş, həmin kənddə yaşayır. AZE 09108587 nömrəli səxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 21 may 1961ci ildə Yardımlı rayonu Bozayran kəndində doğulmuş, həmin kənddə yaşayır. AZE 09109152 nömrəli səxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14 dekabr 1961-ci ildə Yardımlı rayonu Ostair kəndində doğulmuş, həmin kənddə yaşayır. Yardımlı rayоn Dövlət Arхiv İdarəsinin 27 iyun 2024-cü il tarixli, 5-81-xx/xx/2024 nömrəli arxiv arayışından görünür ki, Yardımlı rayon İstilik İdarəsinə aid heç bir sənəd mühafizə olunmaq üçün Yardımlı rayon arxiv İdarəsinə təhvil verilməmişdir. 0381650 №-li əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.1986-cı ildən xx.xx.2001-ci ilə kimi Yardımlı rayon İstilik İdarəsində işləmişdir. 0782714 №-li əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Yardımlı rayon İstilik İdarəsində işləmişdir. 13 sentyabr 2024-cü il tarixli, 5300 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndli kimi yaxından tanıyır və onunla bir yerdə işləmişlər. Həmkəndlidirlər. O, Yardımlı rayon İstilik təsərüfat hesablı sahəsində işləmişdir. Yardımlı rayon İstilik idarəsində 1986-ci ildən işləmiş, Ali məktəbi bitirdikdən sonra ağac emalı kombinatında işləmişdir. Sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətindən qayıtdıqdan sonra Yardımlı rayon İstilik təsərüfat hesablı sahəsində mühəndis işləmişdir. Həmin idarədə 2001-ci ilin təxminən iyun ayına kimi çalışmışdır. Cəbrail Həsənovla bir yerdə işləmişlər. Cəbrail Həsənov həm çilingər, həm də kadrlar üzrə mütəxəssis vəzifəsini aparırdı. Onunla bərabər işləmişdir. İdarə ləğv olunandan sonra sənədlər itmiş, binanını isə sökmüşlər. Onların bir yerdə işləmələri beş on gün fərq etmişdir. Müəssisənin içində çayxana var idi. O, çayxananı idarə üçün onlar işlətmişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək, göstərmişdir ki, Ərizəçila 1986-1992-ci illərdə birlikdə işləmişlər. İstilik təsərüfatında belə bir sahə var idi, xəstəxanlara istilik verirdilər. O həmin idarədə anbardar işləmişdir. Bakıdan anbara materiallar gəlirdi, o da malları təhvil alırdı və lazım olan materialları müəssələrə verirdilər. Həsənov Cəbrail orada çilingər vəzifəsində işləyirdi. Şakir də həmin idarədə baş mühəndis işləyirdi. İdarə təzə yaranmışdı və hamısı bir ildə işləməyə başlamışdır. Cəbrayıl həm də kadrlar üzrə mütəxəssis vəzifəsini aparmağına baxmayaraq çilngərin maaşını alırdı. O.1992-ci ildə işdən çıxmışdır. Müəssəsinin tərkibində çayçı olmuşdur. Hər biri o, çayxananı işlətmişlər, gəlirlərini idarəyə verirmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş matеriallarını nəzərdən kеçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək hеsab еdir ki, ərizə təmin еdilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi 1986-cı ildən 2001ci ilədək Yardımlı rayon İstilik İdarəsində çilingər işləmiş, lakin ərizəçi tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə ismin müvafiq halında MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata kеçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim еtdiyi sübutları araşdırmalı və оnlardan istifadə еtməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və еtirazlarının əsası kimi istinad еtdiyi halları sübut еtməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Beləliklə məhkəmə hesab edir ki, 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində Ərizəçilunun əmək fəaliyyətində оlmаsı fаktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 307-311 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ЕTDİ: Ərizə təmin еdilsin. Ərizəçilunun 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində çilingər vəzifəsində əmək fəaliyyətində оlmаsı fаktı müəyyən еdilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar